Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4906/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 260 (iki yüz altmış) manat borc məbləği, 35 (otuz beş) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 340 (üç yüz qırx) manat məbləğinin tutularaq tələbkara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzaladığı müqaviləyə əsasən, sonuncunun borclu Cavabdeh ilə bağladığı 28 aprel 2018-ci il tarixli 01-AGT000024055 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir. Müqaviləyə əsasən Alıcı Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1.088 (bir min səksən səkkiz) manat olan “Samsung A530 gray” (İMEİ **********98608) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq Alıcı Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ayın 28dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 88 (səksən səkkiz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu 260 (iki yüz altmış) manat hissəsini mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcüd qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Daha sonra İddiaçı MMC iddia tələbin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, sonuncu borclu Cavabdeh ilə "xxxx" arasında bağlanılmış 28 sentyabr 2017-ci il tarixli 01-AGT000016660 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən Alıcı olan Cavabdeh "World Telekom” mağazasından ümumi nisyə dəyəri 722 (yeddi yüz iyirmi iki) manat olan “Samsung A320 ds Black” (İMEİ **********07913) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq Alıcı Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ayın 28-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 80 (səksən) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu - 160 (bir yüz altmış) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcüd qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. İddiaçı Cavabdeh 160 manat borc məbləği, 15 manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 205 manat məbləğinin tutularaq tələbkara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, işə iddiaçının iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin həmin qurumun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01- AGT000024055 saylı xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” ("xxxx") “Alıcıya” (Cavabdeh) müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 11 ay müddətinə 1088 (bir min səksən səkkiz) manat məbləğində əşyanı (əmtəəni) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əşya Alıcıya təhvil verilən gündən etibarən hər ay 30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Əgər “Alıcı”nın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və ya bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Satıcı” razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qaydasında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinin b bəndinə görə “Alıcı” müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə “Satıcı” verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 01- AGT000024055 saylı xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən 1088 manat dəyərində olan malın Alıcı olan Cavabdeh tərəfindən xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində hər ay 88 manat, xx.xx.2019-cu il tarixdə 93 manat ödəmək şərtilə 11 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nə 260 manat məbləğində əsas, 35 faiz borcu, 25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 310 manat məbləğində borcu vardır. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. İddiaçı MMC (faktor) ilə "xxxx" MMC (müştəri) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə əsasən müştəri siyahısı və ümumi dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən, 1 nömrəli əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini Faktora güzəşt etməyi, Faktor isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə Əlavə 1-də göstərilən borclular haqqında məlumatda Cavabdeh adlı müştərinin adı qarşısında müqavilənin tarixi xx.xx.2017-ci il kimi qeyd edilmişdir. Güzəşt edilən tələb məbləği qrafasında 160 rəqəmi qeyd edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01-AGT000016660 saylı xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” ("xxxx") “Alıcıya” (Cavabdeh) müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 9 ay müddətinə 722 (yeddi yüz iyirmi iki) manat məbləğində əşyanı (əmtəəni) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əşya Alıcıya təhvil verilən gündən etibarən hər ay 30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Əgər “Alıcı”nın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və ya bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Satıcı” razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qaydasında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinin b bəndinə görə “Alıcı” müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə “Satıcı” verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 01-AGT000016660 saylı xx.xx.2017-ci il tarixli ödəniş cədvəlinə əsasən 722 manat dəyərində olan malın Alıcı olan Cavabdeh tərəfindən əsasən xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində hər ay 80 manat olmaqla, xx.xx.2018-ci il tarixdə 82 manat ödəmək şərtilə 9 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2017-ci il Sar-000010790 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 160 manat borc məbləği vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC ilə arasında hal-hazırki xx.xx.2022-ci il tarixində ödənişlə bağlı heç bir öhdəçiliyi yoxdur. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, "xxxx" MMC-nin VÖENİ (**********) üzrə qeydiyyata alınmış qurum qismində "xxxx" MMC adlı kommersiya qurumun məlumatları qeydə alınıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixinə icra edilməmiş öhdəliyi yoxdur. Mülki Məcəllənin 657.7-ci maddəsinə görə əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Həmin Məcəllənin 657.4-cü maddəsinə görə əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. İş materiallarından görünür ki, cavabdeh iddia tələblərinə etiraz edərək, 28 sentyabr 2017-ci il tarixli müqavilə üzrə aldığı kredit üzrə borc məbləğinin ödənildiyini bildirmişdir. İş materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin ("xxxx" MMC) xx.xx.2022-ci il tarixinə cavabdehə qarşı tələb hüququnun olmaması nəzərə alınaraq iddia tələbləri təmin edilməli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 2236-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) 28 sentyabr 2017-ci il tarixli 01-AGT000016660 nömrəli alqı-satqı müqaviləsi üzrə “borcunun qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4906/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4906/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver