Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-491/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1nə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh2, Cavabdeh1nə qarşı – cavabdehlər tərəfindən 7055 manat dəymiş ziyanın məbləğini, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manatın, iddiaçı tərəfindən ödənilmiş 300 manat hüquqi xidmətə görə xərcin və ödənilmiş 96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 01 radələrində Bakı şəhəri Xətai rayonu, S.Orucov küçəsi ilə F.Bayramov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, idarə etdiyi Hyundai Matrix markalı 77PL651 dövlət qeydiyyat nişanlı avtomobili ilə 2.5 nişanının tələbini pozaraq İddiaçı idarə etdiyi BMW markalı 77RZ045 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsindən sonra məlum olmuşdur ki, Hyundai Matrix markalı 77PL651 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Cavabdeh2 lizinq əsasında həmin avtomobildən istifadə etmişdir. Eyni zamanda nəqliyyat vasitəsini icbari sığortası da mövcud olmamışdır. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya xx.xx.2024-cü il tarixli X1 əsasən ümumilikdə 7055 manat maddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən cavabdeh dəymiş ziyanın aradan qaldırılması üçün ödənilməmiş məbləği ödəməlidir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, 27 fevral tarixindən etibarən Türkiyə Respublikasına işgüzar səfəri ilə əlaqədar olaraq Bakıda deyil. Odur ki məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iş üzrə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X2 etibarnamə üzrə İddiaçı BMW 528İ minik markalı, 77RZ045 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə səlahiyyətini vermişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, **********10 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 324.8 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyinin surətindən görünür ki, baxış zamanı məlum olmuşdur ki, avtomobilə zərbə ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin yekun dəyəri 7055 manat olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 191214 nömrəli qəbzin surətindən görünür ki, zərərin qiymətləndirilməsi üçün 250 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7641/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/8750-8/2991/2024 nömrəli məktubu ilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-12/25 nömrəli rəyindən görünür ki, 77RZ045 dövlət qeydiyyat nişanlı BMW 528İ minik markalı avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 6905 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 06/5323/YİLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, buraxılış ili 2008-ci il olan, NLHPN81UP9Z042670 ban nömrəli Hyundai Matrix markalı nəqliyyat vasitəsi Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-yə lizinqə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsindən görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Buna görə də məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh2 daşımalı, Cavabdeh1nə münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, BMW 528İ minik markalı, 77RZ045 dövlət qeydiyyat nişanlı avtomobilə zərər Cavabdeh2 tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin Cavabdeh2 səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtomobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə ekspertiza aparılması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-12/25 nömrəli rəyindən görünür ki, 77RZ045 dövlət qeydiyyat nişanlı BMW 528İ minik markalı avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 6905 manat müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh2 dəymiş ziyana görə 6905 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan iddia təmin olunaraq, göstərilən məbləğ 300 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 6905 manat olduğundan cavabdehdən 89.05 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iddia tələbinin ekspert rəyinin alınması üçün ödənilmiş 250 manatın cavabdehdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, iddia ərizəsi verilərkən ekspertizanın iddiaçı tərəfindən keçirilməsi imperativ norma deyildir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 6905 (altı min doqquz yüz beş) manat dəymiş ziyanın məbləği, iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat hüquqi xidmətə görə xərc və 89.05 (səksən doqquz manat beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspert rəyinin alınması üçün ödənilmiş 200 (iki yüz) manat Cavabdeh2 alınaraq "xxxx" MMC-nin (kod-200145, VÖEN: **********, S.W.İ.F.T kod: AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ90AİİB********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-491/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-491/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver