Məhkəmə qərarları › İş №e-2(011)-4910/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4910/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4910/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdehnə qarşı maddi ziyana görə 4809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat, “Verdiktum” Vəkil Bürosu ilə hüquqi yardıma görə xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə ilə bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5309,35 (beş min üç yüz doqquz manat otuz beş qəpik) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri ondan ibarətdir ki, qeyd edilən iddia ilə məhkəməyə müraciət etməyinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Ağsu X21 İdarəsinin Şamaxı xidmət sahəsinin əməkdaşlarının cinayət əməlləri nəticəsində Şamaxı rayon sakini X2 ölməsi səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Ağsu X21 İdarəsinin Şamaxı xidmət sahəsinin təmirçi çilingəri X7 ehtiyyatsızlığı və həmin xidmətin 8-ci dərəcəli texniki X1 üzündən 01 oktyabr 2021-ci il tarixdə qaz xəttindən sızan qazın Şamaxı şəhəri M.Qəniyev küçəsi 17 saylı evin kanalizasiya borusu vasitəsilə hamam-ayaqyolu otağının daxilinə dolaraq partlaması və yanğına səbəb olması nəticəsində həmin evin sakini X5 ölmüşdür. Mərhum Babayev X4 Ülkər Rafiq qızı ilə evli olmuşdur. Onların birgə nikahdan xx.xx.2011, xx.xx.2014 və xx.xx.2021-ci il təvəllüdlü 3 azyaşlı uşaqları var. Uşaqlardan ən kiçik olanı serebrial iflic xəstəliyindən əziyyət çəkməkdədir. Qeyd edilən hadisə ilə əlaqədar olaraq Şamaxı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə mərhumun həyat yoldaşı İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Həmin cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 1(074)-39/2022 saylı hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, X17 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Həmin hökmün surətindən görünür ki, qeyd edilən cinayət hadisəsi nəticəsində fiziki şəxsin, yəni zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı qanunla qorunan mənafeyinə 4809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat məbləğində mühüm ziyan vurulmuşdur. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi X19 məhkəmə iclasında iddiaya etirazla müraziət edərək bildirmişdr ki, İddiaçı cavabdeh X3rşı mənəvi zyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2414/2023 saylı , 17 aprel 2023-cü il tarixli qətnaməsindən X11 tərəfindən kassasiya şikayəti verilmişdir. X8 Birliyinin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İspəndiyar Şəfiyevin icraatındadır. Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 1(074)- 39/2022 saylı hökmündə olan X12 firması tərəfindən verilmiş xx.xx.2022-ci iul tarixli, 21 saylı mütəxəssis aktına əsasən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında baş vermiş qaz partlayışı nəticəsində ev sahibinin əmlakına 6870.50 manat dəyərində amortizasiya xərcini yəni 30 % köhnəlmələri nəzərə alsaq ümumilikdə 4809.35 manat məbləğində ziyan dəyməsi qeyd olunmuşdur. Halbuki Məhkəməninin hökmündə (5 vərəq) partlayış nəticəsində hamam otağının yalnız duş krantı olan hissəsinin üstü alovun təsirindən yanmış və dağılmış, hamam otağında olan digər kapron materialdan olan hissələr də alovun təsirindən əridiyi göstərilmişdir. Beləliklə hökm üzrə hamam otağına dəymiş ziyanın məbləği daha yüksək məbləğdə göstərilmişdir. X11 iddianı qəbul etmir. İddianın əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş edir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı ünvan 2 ünvanında yaşayan İddiaçı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehİstehsalat Birliyindən maddi ziyana görə 4809.35 manat , “Verdiktum” Vəkil Bürosu ilə hüquqi yardıma görə xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə ilə bağlı ödənilmiş 500 manat olmaqla , ümumilikdə 5309.35 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz”İstehsalat Birliyindən tutularaq X18 ödənilməsi barədə iddiasının rədd edlməsinə dair Qətnamə çıxarmağınızı xahiş etmişdir. İşin halları Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-39/2022 saylı hökmü ilə X15 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X7 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, X17 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X9 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Qeyd edilən hökmdən göründüyü kimi, Cavabdeh əməkdaşı X24 almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin yanıq şoku ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yerləşən 5 saylı xəstəxanasında ölümünə və fiziki şəxsin qanunla qorunan mənafeyinə 4809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat məbləğində mühüm ziyan vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Hökmdə öz əksini tapmış “Nihad” İstehsalat Kommersiya firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 21 saylı mütəxəssis aktına əsasən müəyyən edilmişdir ki, xx.xx.2021 -ci il tarixdə ünvan 3 ünvanında baş vermiş qaz partlayışı nəticəsində ev sahibinin əmlakına 6870,50 (altı min səkkiz yüz yetmiş əlli qəpik) manat dəyərində, amortizasiya xərclərini yəni 30% köhnəlmələri nəzərə alınmaqla ümumilikdə 4.809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat məbləğində maddi ziyan dəymişdir Babayev X4 Ülkər Rafiq qızı xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar (AZ-İ № 595072 saylı nikah haqqında şəhadətnamə). Həmin hökmdə İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. “Verdiktum” Vəkil Bürosu ilə hüquqi yardıma görə xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə ilə bağlı 500 (beş yüz) manat məbləğində vəsait ödənilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh əməkdaşlarının səhlənkarlığı, İddiaçı məbləğində maddi ziyan vurulması ilə nəticələnmiş hadisə baş vermişdir. Nəticədə “Nihad” İstehsalat Kommersiya firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 21 saylı mütəxəssis aktına əsasən İddiaçı əmlakına 4809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat məbləğində ziyan vurulmuşdur. Odur ki, 4809,35 manat məbləğində maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin hökmdə dəymiş ziyanın məbləğinin yüksək göstərilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, X2 qanunla qorunan mənafeyinə 4809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat məbləğində mühüm ziyan vurulması Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-39/2022 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyindən və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən qeyd edilən hökm preyudisial əhəmiyyətə malik olduğundan, məhkəmə ziyanın məbləğinin müəyyən edilməsi hissəsinə təkrarən qiymət vermir. Məhkəmə həmçinin iddianın 500 manat məbləğində xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən vurulmuş maddi zərərə görə 4809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat, “Verdiktum” Vəkil Bürosu ilə hüquqi yardıma görə xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə ilə bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5309,35 (beş min üç yüz doqquz manat otuz beş qəpik) pul vəsaiti alınaraq İddiaçı na ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar