Məhkəmə qərarları › İş №e-2(011)-4921/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4921/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4921/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 may 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79293 olan Samsung Galaxy A21s markalı telefon üçün 379 manat ödənilməmiş hissə, 37 manat cərimə borcu; 03 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********30390 olan Samsung Galaxy A10s markalı telefon üçün 348.80 manat ödənilməmiş hissə, 34.20 manat cərimə borcu; 11 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, Huawei markalı saat üçün 275.50 manat ödənilməmiş hissə, 27.50 manat cərimə borcu; 29 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən, X1 Bank, Mi True qulaqlıq, Xiaomi Mi saat üçün 87 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu olmaqla, ümumilikdə 1197 manat borc və 31.97 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla saslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01 may 2021-ci il, 03 aprel 2021-ci il, 11 noyabr 2020-ci il və 29 yanvar 2021-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung Galaxy A21s, Samsung Galaxy A10s markalı telefonlar, Huawei markalı saat almış və nəticədə cavabdehin 1197 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 11 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 549 manat olan Huawei markalı saat üçün ümumilikdə 303 manat olmaqla 275.50 manat ödənilməmiş hissə, 27.50 manat cərimə borcu; 29 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 196.20 manat olan X1 Bank, Mi True qulaqlıq, Xiaomi Mi saat üçün ümumilikdə 95 manat olmaqla 87 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu; 03 aprel 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 388.80 manat olan Samsung Galaxy A10s markalı telefon üçün ümumilikdə 383 manat olmaqla 348.80 manat ödənilməmiş hissə, 34.20 manat cərimə borcu; 01 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 429 manat olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 416 manat olmaqla 379 manat ödənilməmiş hissə, 37 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 472.70 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Samsung Galaxy A21s, Samsung Galaxy A10s markalı telefonlar, Huawei markalı saat almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 01 iyul 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 11 noyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 27.50 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 03 aprel 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 34.20 manat cərimə məbləği azaldılaraq 5 manat məbləğində; 01 may 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 37 manat cərimə məbləği azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 275.50 manat əsas borc, 2 manat cərimə borcu; 29 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 87 manat əsas borc, 8 manat cərimə borcu; 03 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 348.80 manat əsas borc, 5 manat cərimə borcu; 01 may 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 379 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, cəmi 1.110,30 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 31.97 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 31.97 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 275.50 (iki yüz yetmiş beş manat əlli qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 29 yanvar 2021ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 87 (səksən yeddi) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu; 03 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 348.80 (üç yüz qırx səkkiz manat səksən qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu; 01 may 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 379 (üç yüz yetmiş doqquz) manat əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 1.110,30 (bir min yüz on manat otuz qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 31.97 (otuz bir manat doxsan yeddi qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar