Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4938/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC ərizə ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 2101 (iki min yüz bir) manat əsas borcun, 630 (altı yüz otuz manat) manat dəbbə pulunun, mediasiyaya dair ödənilmiş 70 manat dövlət rüsumu, cəmi 2801 (iki min səkkiz yüz bir) manat Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanmışdır, iddia tələbi həmin müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış mübahisə ilə (borcun qaytarılması) əlaqədardır, müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər, müqavilə üzrə mübahisələrin danışıqlar yolu ilə həll edilməsi, meydana çıxan mübahisələr üzrə razılıq əldə edilmədikdə mübahisələrin Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada həll edilməsi barədə razılığa gəlmişlər. Lakin ərizəyə, müqavilənin tərəflər arasında razılaşdırılmış bəndlərinin yerinə yetirilməsini təsdiq edən sübutlar əlavə olunmamış, Cavabdeh ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına əməl edilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəyə əlavə etmədiyindən ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə məhkəmə qeyd edir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin “2101 manat əsas borcun, 630 manat dəbbə pulunun, mediasiyaya dair ödənilmiş 70 manat dövlət rüsumu, cəmi 2801 manat Cavabdeh alınıb İddiaçı MMCyə ödənilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4938/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4938/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver