Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4942/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və X4 qarşı borcun ödənilməsi tələbi barədə ilkin iddiasına; İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı müqavilədə nəzərdə tutulmuş qapının başqa qapı ilə əvəz edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə müraciət edərək 01/568/19-AQV saylı, 29 dekabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 537,01 manat, cərimə üzrə 100.00 manat olmaqla, cəmi 637.01 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarixdə 01/568/19-AQV saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 1,895.01 manat olan 1 (bir) ədəd 2019-ci il buraxılışlı avtomatik qapı sistemini sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan Ödəniş qrafikinə əsasən cari borcu 537.01 manat, cərimə üzrə 2529.75 manat olmaqla, cəmi 3066.76 manat məbləğində borcu yaranıb. Müqavilənin müddəti hazırda bitib. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi uzun müddətdir gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 29 dekabr 2019-cu il tarixdə 01/568/19-AQV saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək müqavilədə nəzərdə tutulmuş qapının başqa qapı ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı tələblə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış NAS-01 /568/19-AVQ saylı, 29 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 537.01 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 637.01 manat məbləğində borcun, həmçinin dövlət rüsumu kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC Cavabdeh1 bir ədəd 1895.01 manat dəyərində avtomatik qapı sistemi təhvil verilməsi barədə razılığa gəlmişlər. Lakin gətirilən qapı qüsurlu çıxdığından Cavabdeh1 onu təhvil almamışdır. Digər jalüz-darvaza qoyuldu, bu qapı isə Cavabdeh1 tərəfindən geri qaytarıldı. Cavabdeh1 da müqavilə üzrə 1358 manat ödəniş etdi. Lakin həmin qapını geri qaytardıqları və "xxxx" MMC tərəfindən həmin qüsur aradan qaldırılıb qapı onlara təhvil verilmədiyi üçün onlar da həmin qapının pulu olan 500 manatı ödəməmişlər. İndi isə məhkəmə qaydasına həmin pul onlardan tələb olunur. Buna görə də hesab edir ki, ilkin iddia tam əsassızdır. Qeyd edilən qapı qüsurlu olduğundan qiymətinin öncədən razılaşdırılan məbləğdə tələb olunması və həmçinin, qapının ilkin iddia üzrə İddiaçı MMCyə dərhal qaytarılmasına baxmayaraq, qapının məbləğinin bizdən tələb olunması əsaslı deyildir. Bu səbəbdən də qapının qüsursuz vəziyyətdə bizə təhvil verilməsi və ya həmin qapıya görə istənilən məbləğin azaldılması halında ödənişi həyata keçirə bilər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında iştirak edərək ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, NAS-01/568/19-AQV saylı Nisyə Alqı-Satqı Müqaviləsinə əsasən satıcı qiyməti 1,895.01 manat olan 1 (bir) ədəd 2019-ci il buraxılışlı avtomatik qapı sistemini 12 ay müddətinə sənəd və ləvazimatları ilə birlikdə alıcıya təhvil verib, alıcı isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. İş materiallarında olan əmlakın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh1 2019-ci il buraxılışlı avtomatik qapı sistemini ünvan 1 ünvanında yeləşən mənzildə əhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 sözügedən müqavilə üzrə 537.01 manat əsas borcu, 2529.75 manat cərimə borcu olmaqla, cəmi 3066.76 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələb məktubundan görünür ki, iddiaçı Cavabdeh1 yaranmış borcunu 7 gün ərzində ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə X6 arasında imzalanmış 29 dekabr 2019-cu il tarixli 01/568/19-AQV-Z3 saylı Zaminlik müqaviləsindən görünür ki, hazırki iş üzrə cavabdeh sayılan X1 Hüseyn Kazım oğlunun NAS-01/568/19-AQV nömrəli, 29 dekabr 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsi üzrə öhdəliklərinnin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə satıcı verən qarşırında məsuliyyət daşıyır. İş materiallarında olan diskdə yerləşdirilən səs yazılarından aydın olur ki, 2019-ci il buraxılışlı avtomatik qapı sistemi Cavabdeh1 qüsurlu şəkildə təqdim edilmişdir. Cavabdeh1 İddiaçı MMC-nin nümayəndəsi ilə razılaşmışdır ki, qapı sisteminin qüsuru aradan qaldırıldıqdan sonra qalıq borc ödəniləcəkdir. Lakin qeyd edilən qüsur aradan qaldırılmamışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müqavilə əsasında İddiaçı MMCdən nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə İddiaçı MMC-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh1 müqavilə əsasında İddiaçı MMC-dən nisyə mal almasına dair hüququndan istifadə etmiş, malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, ilkin iddia üzrə iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddia qismən təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda digər cavabdeh X3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə ilkin iddianın 100.00 manat məbləğində cərimənin ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə ödənişlər edilməsinin uzun müddət gecikdirilməsi və müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə səbəb 2019-ci il buraxılışlı avtomatik qapı sisteminin alıcıya qüsurlu şəkildə təqdim edilməsi və bu qüsurların aradan qaldırılmaması olmuşdur. Belə olan halda, ilkin iddia 100.00 manat məbləğində cərimənin ödənilməsi hissəsində təmin edilməməldir. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı müqavilədə nəzərdə tutulmuş qapının başqa qapı ilə əvəz edilməsi barədə qarşılıqlı iddiasına qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcı satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb edə bilər. Beləliklə, mallar Cavabdeh1 qüsurlu şəkildə təqdim edildiyindən və həmin qüsurlar aradan qaldırılmadığından, Cavabdeh1 lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı müqavilədə nəzərdə tutulmuş qapının başqa qapı ilə əvəz edilməsi barədə qarşılıqlı iddiası təmin edilərək 2019-ci il buraxılışlı avtomatik qapı müqaviləyə uyğun, qüsursuz qapı ilə əvəz edilərək Cavabdeh1 təqdim edilməldir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixdə 01/568/19-AQV saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 537.01 (beş yüz otuz yeddi manat, bir qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. 2019-ci il buraxılışlı avtomatik qapı sistemi 29 dekabr 2019-cu il tarixdə 01/568/19- AQV saylı Nisyə alqı-satqı müqaviləsinə uyğun keyfiyyətdə olan yeni qapı ilə əvəz edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4942/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4942/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver