Məhkəmə qərarları › İş №e-2(011)-4953/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4953/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4953/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 236 (iki yüz otuz altı) manat borc məbləği, 34 (otuz dörd) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun - cəmi 325 (üç yüz iyirmi beş) manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzaladığı müqaviləyə əsasən, sonuncu borclu Cavabdeh bağladığı 03 dekabr 2016-cı il tarixli 01-AGT000009393 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "Vorld Telekom” mağazasından ümumi nisyə dəyəri 164 (yüz altmış dörd) manat olan “Huavvei Y220 black” (İMEİ **********02721) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ayın 03-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 11 (on bir) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu - 236 (iki yüz otuz altı) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. İddiaçının qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01-AGT000009393 saylı xx.xx.2016-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” (“World Telekom”) “Alıcıya” (Cavabdeh) müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 154 (yüz əlli dörd) manat məbləğində əşyanı (əmtəəni) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əşya alıcıya təhvil verilən gündən etibarən hər ay 30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Əgər “Alıcı”nın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və ya bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Satıcı” razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qaydasında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinin b bəndinə görə “Alicı” müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə “Satıcı” verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 01-AGT000009393 saylı xx.xx.2016-ci il tarixli ödəniş cədvəlinə əsasən 154 manat dəyərində olan malın Alıcı olan Cavabdeh tərəfindən xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində hər ay 11 manat, xx.xx.2017-ci il tarixdə 13 manat ödəmək şərtilə 12 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 236 manat məbləğində əsas, 34 faiz borcu, 25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 325 manat məbləğində borcu vardır. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. İddiaçı MMC (faktor) ilə "xxxx" MMC (müştəri) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə əsasən müştəri siyahısı və ümumi dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən, 1 nömrəli əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini Faktora güzəşt etməyi, Faktor isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə Əlavə 1-də göstərilən borclular haqqında məlumatda Cavabdeh adlı müştərinin adı qarşısında xx.xx.2016-cı il tarixi qeyd edilmişdir. Güzəşt edilən tələb məbləği qrafasında 123 rəqəmi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh bağladığı nisyə alğı-satqı müqaviləsi əsasında mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Həmin müqavilə üzrə tələb hüququ iddiaçıya keçdiyindən iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, ilkin ödəniş 20 manat məbləğinin ödənilməsi şərti ilə 154 manat dəyərində əmtəə “X2 filialı” tərəfindən cavabdehdə nisyə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Malın ödənilməmiş qalıq dəyəri 134 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə Əlavə 1-də göstərilən borclular haqqında məlumatdan görünür ki, qeyd edilmiş faktorinq müqaviləsi əsasında İddiaçı MMC-nə 123 manat həcmində borcu tələb etmək hüququ keçmişdir. Buna görə də alınmış malın dəyərinin ödənilməmiş hissəsinin cavabdehdən tutulması ilə bağlı iddia tələbləri 123 manat məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Cavabdehdən 25 manat məbləğində cərimənin tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbləri həmin hissədə təmin edilməli deyil. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirmiş məbləğ olmalıdır. Cavabdehin imzaladığı xx.xx.2016-cı il tarixli nisyə-alqı-satqı müqaviləsi cərimənin ödənilməsini müəyyənləşdirmədiyindən, iddia tələbləri həmin hissədə təmin edilməli deyil. Cavabdehdən 30 (otuz) manat faiz məbləğinin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbləri həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2016-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin aldığı malın dəyərinin ödənilməsi üçün son müddət xx.xx.2017-ci il tarixidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməsini gecikdirdiyi pul məbləğin illik 5 faizi həcmində faiz məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə də iddia tələbləri faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 15 (on beş manat) manat hissəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 2236-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli nisyə-alqı-satqı müqaviləsinə əsasən 123 (bir yüz iyirmi üç) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat faiz borcu olmaqla, cəmi 157 (bir yüz əlli yeddi) manat borc məbləği və 15 (on beş manat) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva İş № 2(011)-3861/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 16 iyun 2023-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – "xxxx" QSC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 25:00-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qətnamə qəbul etdi. Prosessual hərəkət saat 25:05-də qurtardı. Protokol 16 iyun 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar