Məhkəmə qərarları › İş №e-2(011)-4965/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4965/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4965/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5780.68 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 77.81 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli Ərizəanketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept)) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 28% olmaqla, 5000 manat məbləğində kredit xətti açılmışdır. Standart Şərtlərə əsasən, müştəri kredit və ondan istifadəyə hesablanmış faizləri və digər ödənişləri X3, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə banka qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" Kommersiya Bankı ASC-yə 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5780.68 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, belə ki, "xxxx" Kommersiya Bankı ASC-yə 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə borcu olmaqla, cəmi 5780.68 AZN borcu olmasını etiraf edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair 02U/23 saylı Standart Şərtlərdən görünür ki, aksept Standart Şərtləri tam və qeyd-şərtsiz qəbul etməsi barədə müştərinin ərizəsidir, standart məlumatlandırma forması müştəriyə kredit xəttinin verilməzdən əvvəl bankın kağız və ya digər davamlı daşıyıcıda müştəriyə təqdim etdiyi və kredit xətti ilə bağlı məlumatların əks etdirildiyi formadır, Standart məlumatlandırma forması X2n tərkib hissəsi hesab olunur. X3 25 il müddətinə bankla müştəri arasındakı kredit münasibətlərini tənzimləyir, kreditin ayrılması şərtləri və qaydaları X2n müddəaları ilə müəyyən edilir (Müqavilənin 1.1-ci bəndi). X2 qəbul etmiş müştəri burada göstərilən şərtlərlə və qaydada krediti əldə etmək üçün banka müraciət etdikdə, bank tərəfindən müştəriyə kreditin məbləği və valyutası, qaytarılma müddəti, ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi, həmçinin faktiki illik faiz dərəcəsi kimi məlumatların əks olunduğu Standart məlumatlandırma forması təqdim edilir. Müştəri standart məlumatlandırma formasını təsdiq etməklə həmin Standart məlumatlandırma formasında göstərilən göstərilən şərtlərlə kredit verilməsinə razı olduğunu bildirir və müştərinin razılığından sonra kredeit müqaviləsi bağlanmış hesab olunur. Standart məlumatlandırma forması müştəriyə elektron qaydada təqdim edildikdə, müştəri tərəfindən müvafiq məlumatların əldə edilməsi və həmin məlumatlarda göstərilən şərtlərlə kreditin verilməsinə müştərinin razılığı elektron qaydada edilir (Müqavilənin 1.6-cı bəndi). Bank müştəriyə elektron formada (SMS, mobil tətbiq və.s vasitəsi ilə) X2n 1.6-cı bəndində göstərilən məlumatarın qeyd olunduğu Standart məlumatlandırma formasında göstərilən şərtlərlə kredit ayrılmasına dair məlumat göndərə və müştəridən cavab almadan onun ödəniş kartına bağlı müvafiq hesabına kredit (kredit xətti) vəsaitini köçürə bilər, vəsaitin hesaba kiöçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır (Müqaviklənin 1.7-ci bəndi). Kreditin (kredit xəttinin) verildiyi gün kredit məbləğinin müştərinin hesabına mədaxil olunduğu gün hesab edilir (Müqavilənin 2.1-ci bəndi). Müştəri borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, bank kreditin və borcla bağlı banka ödənilməli olan faiz və digər ödənişləri vaxtından əvvəl qaytarılmasını müştəridən tələb edə bilər (Müqavilənin 3.1.3-cü bəndi). Müştəri kreditin və ona hesablanmış faizlərin, o cümlədən Standart məlumatlandırma formasında göstərilən digər ödənişlərin ödənilməsini gecikdirdikdə, bank müştəridən dəbbə pulu tələb edə bilər, dəbbə pulunun məbləği Standart məlumatlandırma formasında göstərilir (Müqavilənin 4.1.1-ci bəndi). Müştəri kredit öhdəliyinin icrasını gecikdirdikdə, bank müştərinin təqdim etdiyi əlaqə məlumatlarına, o cümlədən faktiki və ya qeydiyyat ünvanına özündə kredit borcu haqqında məlumatları əks etdirən bildiriş (xəbərdarlıq, pretenziya) göndərmək hüququna malikdir (Müqavilənin 4.1.7-ci bəndi). X3 və onun çərçivəsində müştəri ilə bağlı müqavilələrdən irəli gələn bütün mübahisələr danışıqlar yolu ilə həll edilir (Müqavilənin 7.2-ci bəndi). İstənilən mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, həmin mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll olunmalıdır (Müqavilənin 7.3-cü bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ərizə-anketdən görünür ki, bu Ərizəanket nümunəsini imzalamaqla, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdiilmiş xx.xx.2023-cü il tarixli, 01U/23 saylı Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər və xx.xx.2023-cü il tarixli, 02U/23 saylı Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlərlə tanış olmuş və onların bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmişdir. İş materiallarından görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 3025nkAHMb/24 saylı Kredit müqaviləsi üzrə 26% ilə 750 AZN nağd kredit, 28% ilə 5000 AZN kredit xətti açılmasına dair SMS göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 1019sAHMb/24 saylı kredit müqaviləsi üzrə 5418.32 AZN məbləğində olan borcu barədə xəbərdar edilmişdir, ondan "xxxx" X1 Səhmdar Cəmiyyətinə olan bütün borcunu 3 iş günü müddətində ödəməsi tələb edilmiş, əks halda bank tərəfindən ona qarşı iddia ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, BANK/PİKMD/1283159 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixinə 1019sAHMb/24 saylı kredit müqaviləsi üzrə 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə borcu olmaqla, cəmi 5780.68 AZN borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsinə görə 77.81 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Ərizə-anket imzalanmışdır, bu Ərizə-anket nümunəsini imzalamaqla, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02U/23 saylı Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlərlə tanış olmuş və onun bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli Ərizə-anket və xx.xx.2023-cü il tarixli, 02U/23 saylı Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlərə əsasən, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 28% olmaq şərti ilə, 5000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə borcu olmaqla, cəmi 5780.68 AZN borcu qalmışdır. Cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsində iddia tələbini qəbul edərək, "xxxx" Kommersiya Bankı ASC-yə 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə borcu olmaqla, cəmi 5780.68 AZN borcu olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin iddia tələbinə dair Cavabdeh etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Həmin Məcəllənin 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Ərizə-anket və xx.xx.2023-cü il tarixli, 02U/23 saylı Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlərə əsasən, 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə borcu olmaqla, cəmi 5780.68 AZN məbləğində borc pul vəsaiti Cavabdeh alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77.81 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli Ərizə-anket və xx.xx.2023-cü il tarixli, 02U/23 saylı Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlərə əsasən 5000 AZN əsas, 669.03 AZN faiz, 111.65 AZN cərimə borcu olmaqla, ümumilikdə 5780 (beş min yeddi yüz səksən) manat 68 (altmış səkkiz) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 (yetmiş yeddi) manat 81 (səksən bir) qəpik məbləğində pul vəsaiti alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar