Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4966/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" X1 nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" X4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Kia Ceed minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Palermo” tipli 2 çıraqlı işıq dirəyini sıradan çıxararaq müəssisəyə 6448 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı 09 noyabr 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və X7 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Kia Ceed minik” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası “Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya’’ şirkətində sığortalanmışdır. Bu səbəbdən “Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya” şirkəti tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisələrinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 21.3 və 1115-ci maddələri ilə əsaslandıraraq, "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 1448 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X1 nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddiaçı tərəfindən tələb olunan məbləği ödəməyə imkanının olmadığını, müharibə iştirakçısı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialında olan "xxxx" X4 tərəfindən verilmiş 10 oktyabr 2021-ci il tarixli Aktın surətindən görünür ki, bu akt tərtib edilmişdir ondan ötrü ki, 10 oktyabr 2021-ci il tarixdə 8 Noyabr prospektində “Kia Ceed minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" X3 məxsus İtaliya istehsalı olan “Polermo” tipli 2 işıq dirəyini vurub sıradan çıxarmış, həmin işıq dirəyinin qiyməti isə 7500 manat kimi göstərilmişdir. İş materiallarında olan Xətai Rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokolun surətindən müəyyən olur ki, Cavabdeh 10 oktyabr 2021-ci il tarixdə, saat 13:00-da ** OG *** dövlət qeydiyyat nişanlı, “Kia Ceed” minik markalı avtomobili idarə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmiş və 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 09 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh baş vermiş YNH-si nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kia Ceed minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh əməlində AR İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-nin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində idarə etdiyi “Kia Ceed minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" X1 balansında olan 2 ədəd “Polermo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və onun Azərbaycan Respublikası İXM –də nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Bundan başqa mülki işdə olan sübutlarla, yəni 10 oktyabr 2021-ci il tarixli Aktla təsdiq edilir ki, "xxxx" X3 məxsus İtaliya istehsalı olan 2 ədəd “Polermo” tipli işıq dirəyi sıradan çıxmış və bunun nəticəsində 6448 manat məbləğində iddiaçıya ziyan dəymiş, həmin məbləğin 5000 manatı Sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1448 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1448 manat dəymiş ziyan tutularaq iddiaçı "xxxx" X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4966/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4966/2022
10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver