Məhkəmə qərarları › İş №e-2(011)-5021/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5021/2025

23.05.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5021/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, kreditor Tələbkar oğlunun Borclu alimentin alınmasına dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: Kreditor Tələbkar ərizəylə müraciət edərək Xətai Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki məhkəmə əmri haqqında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1746/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətlərindən şikayətlə bağlıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki ərizənin icra vərəqəsinin icrası ilə bağlı olduğunu nəzərə alaraq ərizənin əmr icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də kreditorun hazırki ərizəsi geri qaytarılmalı və kreditora pozulmuş hüquqlarının müdafiə edilməsi üçün məhkəmə nəzarəti qaydasında müraciət edilməsi izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kreditor Tələbkar Xətai Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət edilməsinə dair ərizəsi geri qaytarılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor Tələbkar Xətai Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar