Məhkəmə qərarları › İş №e-2(011)-5037/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5037/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5037/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsədən tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı – X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********10 nömrəli kart çərçivə müqaviləsinə əsasən, 1246,14 manat əsas borc, 17,41 manat faiz borcu olmaqla, cəmi 1263,55 manat borcun və ödənilmiş 50 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, BPM**********10 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 163903 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, cavabdeh X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Abşeron rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1883 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə X3 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Xırdalan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 453 saylı maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş qalan 1246,14 manat əsas borcu, 17,41 manat faiz borcu, cəmi 1263,55 qalmışdır. Eyni zamanda bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdeh xx.xx.2022-ci il tarixində 22-8504/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, bank tərəfindən qeyd olunan vəsait cavabdehin atası Əliyev Tahir tərəfindən götürülüb, müqavilədə qeyd olunan kimi bu kredit müqaviləsi xx.xx.2020-ci il tarixində və 3 il müddətinə bağlanılıb.Cavabdehin atası kredit kartını götürəndən 7 ay sonra vəfat edib, ondan sonra kartı istifadə edən olmayıb və kartdan heç bir əməlliyyat aparılmayıb. Onun vərəsəsi həyat yoldaşı Əliyeva Ceyran tanınmışdır. Bank həmin müddət ərzində öhdəliyi üzərinə götürən şəxs vəfat etdikdə faiz hesablanmasını dayandırmalı və qalan borcu vərəsədən istəməli idi. Bəlkə də, zamanında Ceyran Əliyeva həmin borcu ödəyəcəkdi. Həmçinin iddia müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borc verən "xxxx" ASC ilə borc alan X6 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********10 №-li tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 24% olmaqla, 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan maliyyə arayışından görünür ki, Tahir Əliyevin banka 1263,55 manat əsas borcu vardır. İş materiallarında olan ünvan ünvanladığı xx.xx.2022-cil tarixli 1883 №-li məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 xx.xx.2022-ci il tarixdə arvadı X5 tərəfindən vərəsəlik işinin açılması ilə bağlı ərizəsi daxil olmuş və vərəsəlik işi açılmış, Cavabdeh xx.xx.2022-ci il tarixdə X3 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixində Xırdalan şəhərində ölmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin atası Tahir Əliyev kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Tahir Əliyev kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin Tahir Əliyevin vərəsəsi Cavabdeh ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsinə dair qeyd edir ki, borc verən "xxxx" ASC ilə borc alan X6 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit BPM**********10 №-li tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 24% olmaqla, 36 ay müddətinə kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə həmçinin iddianın 50 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında vərəsəsi olduğu atasının bankla aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və bank xidmət haqqının ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidmət haqqı cavabdehlə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 1246,14 (min iki yüz qırx altı manat 14 qəpik) manat məbləğində əsas borc, 17,41 (on yeddi manat 41 qəpik) manat faiz borcu, cəmi 1263,55 (min iki yüz altmış üç manat 55 qəpik) manat məbləğində kredit borcu və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı X3 vərəsəsi olan Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar