Məhkəmə qərarları › İş №e-2(011)-5054/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5054/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5054/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 245 (iki yüz qırx beş) manat borc məbləği, 36 (otuz altı) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun-cəmi 336 (üç yüz otuz altı) manat tutularaq tələbkara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzaladığı müqaviləyə əsasən, iddiaçı sonuncu ilə borclu Cavabdeh arasında 10 noyabr 2016-cı il tarixdə bağlanılmış 01-AGT000008903 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 343 (üç yüz qırx üç) manat olan “Samsung J200H ds 8 black” (İMEl: **********61062) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 10- dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 24 (iyirmi dörd) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-245 (iki yüz qırx beş) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. İddiaçı MMC şikrət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədilər. Daha sonra İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 190 (bir yüz doxsan) manat borc məbləği, 25 (iyirmi beş) manat cərimə üzrə borc qalığı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun-cəmi 245 (iki yüz qırx beş) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01-AGT000008903 saylı xx.xx.2016-cı il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” ("xxxx") “Alıcıya” (Cavabdeh) müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 343 (üç yüz qırx üç) manat məbləğində əşyanı (əmtəəni) (Samsung J200H ds 8 black İMEl: **********61062) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əşya alıcıya təhvil verilən gündən etibarən hər ay 30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən əgər “Alıcı”nın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və ya bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Satıcı” razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qaydasında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinə görə “Alıcı” müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə “Satıcı” verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 01-AGT000008903 saylı xx.xx.2016-ci il tarixli müqavilə üzrə ödəniş cədvəlinə əsasən ilkin ödəniş 50 manat olmaqla, 293 manat məbləğinin Alıcı olan Cavabdeh tərəfindən əsasən xx.xx.2016-xx.xx.2017-ci il tarixlərində hər ay 24 manat olmaqla, xx.xx.2017-ci il tarixdə 29 manat məbləğində 12 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 245 manat məbləğində əsas, 36 faiz borcu, 25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 306 manat məbləğində borcu vardır. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. İddiaçı MMC (faktor) ilə "xxxx" MMC (müştəri) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə əsasən müştəri siyahısı və ümumi dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən, 1 nömrəli əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini Faktora güzəşt etməyi, Faktor isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə Əlavə 1-də göstərilən borclular haqqında məlumatda Cavabdeh adlı müştərinin adından sonra güzəşt edilən tələb məbləği qrafasında xx.xx.2016 tarixli müqavilə üzrə güzəşt edilən məbləğ 190 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsi əsasında mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Həmin müqavilə üzrə tələb hüququ iddiaçıya keçdiyindən iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, ilkin ödəniş 50 manat məbləğinin ödənilməsi şərti ilə 343 manat dəyərində əmtəə "xxxx" “Ofis” filialı tərəfindən cavabdehdə nisyə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Malın ödənilməmiş qalıq dəyəri 293 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsinə Əlavə 1-də göstərilən borclular haqqında məlumatdan görünür ki, qeyd edilmiş faktorinq müqaviləsi əsasında İddiaçı MMC-nə 190 manat həcmində borcu tələb etmək hüququ keçmişdir. Buna görə də alınmış malın dəyərinin ödənilməmiş hissəsinin cavabdehdən tutulması ilə bağlı iddia tələbləri 190 manat məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun olan 30 (otuz) manat məbləği Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2016-ci il tarixli, 01-AGT000008903 nömrəli nisyə-alqı-satqı müqaviləsinə əsasən 190 (bir yüz doxsan) manat əsas borc məbləği, 25 (iyirmi beş) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar