Məhkəmə qərarları › İş №e-2(011)-5059/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5059/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5059/2022 04.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********49924 “Samsung Galaxy S10+ Dual” markalı telefon üçün 827,40 manat ödənilməmiş hissə, 248,60 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********98947 “İphone 12 Pro Max” markalı telefon üçün 4811,20 manat ödənilməmiş hissə, 1417,80 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********94571 “İphone 11 Pro” markalı telefon üçün 259,40 manat ödənilməmiş hissə, 78,30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Tozsoran üçün 91 manat ödənilməmiş hissə, 25,30 manat cərimə borcu, ümumilikdə 7759 manat borc və 97,59 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********49924 “Samsung Galaxy S10+ Dual” markalı telefon, İMEİ Kodu **********98947 “İphone 12 Pro Max” markalı telefon, İMEİ Kodu **********94571 “İphone 11 Pro” markalı telefon, Samsung Tozsoran almış və nəticədə 7759 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 2532,40 manat (12 ay 207,70 manat + 40 manat ilkin ödəniş) İMEİ Kodu **********49924 “Samsung Galaxy S10+ Dual” markalı telefon üçün ümumilikdə, 1076 manat olmaqla ondan, 827,40 manat ödənilməmiş hissə, 248,60 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 5422,20 manat (18 ay x 278,40 manat + 441 manat ilkin ödəniş) İMEİ Kodu **********98947 “İphone 12 Pro Max” markalı telefon üçün ümumilikdə 6229 manat olmaqla ondan, 4811,20 manat ödənilməmiş hissə, 1417,80 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3726,80 manat (12 ay x 261,40 manat + 590 manat ilkin ödəniş) İMEİ Kodu **********94571 “İphone 11 Pro” markalı telefon üçün ümumilikdə 337,70 manat olmaqla ondan, 259,40 manat ödənilməmiş hissə, 78,30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 306 manat (18 ay x 17 manat + 0 manat ilkin ödəniş) Samsung Tozsoran üçün ümumilikdə 116,30 manat olmaqla ondan, 91 manat ödənilməmiş hissə, 25,30 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5998,40 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə № 21058534 saylı, xx.xx.2020-ci il tarixdə № 21058486 saylı, xx.xx.2020-ci il tarixdə № 21262230 saylı, xx.xx.2020-ci il tarixdə № 22129040 saylı müqavilələr bağlanmışdır. Göstərilən müqavilələrə əsasən İMEİ Kodu **********49924 “Samsung Galaxy S10+ Dual” markalı telefon, İMEİ Kodu **********98947 “İphone 12 Pro Max” markalı telefon, İMEİ Kodu **********94571 “İphone 11 Pro” markalı telefon, Samsung Tozsoran alqı ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmış və Cavabdeh müqavilələr üzrə MMC-nə ödənilməmiş əsas və cərimə borcu yaranmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli №21058534 saylı müqaviləyə görə cərimə pulunun 25,30 manat məbləğində deyil, 8 manat məbləğində, xx.xx.2020-ci il tarixli №21058486 saylı müqaviləyə görə cərimə pulunun 78,30 manat məbləğində deyil, 20 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqaviləyə görə cərimə pulunun 248,60 manat məbləğində deyil, 70 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqaviləyə görə cərimə pulunun 1417,80 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 97,59 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 07 avqust 2020-ci il tarixli № 21058534 saylı müqaviləyə görə 91 (doxsan bir) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 07 avqust 2020-ci il tarixli № 21058486 saylı müqaviləyə görə 259,40 (iki yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 20 oktyabr 2020-ci il tarixli müqaviləyə görə 827,40 (səkkiz yüz iyirmi yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, 12 dekabr 2020-ci il tarixli müqaviləyə görə 4811,20 (dörd min səkkiz yüz on bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat cərimə, ümumilikdə 6387 (altı min üç yüz səksən yeddi) manat məbləğində borc pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. 97,59 (doxsan yeddi manat əlli doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar