Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5059/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkum olmuş Cavabdeh törətdiyi cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan kimi 5.610 manat, ödənilmiş dövlət rüsumu kimi 77 manat, cəmi 5.687 manat vurulmuş ziyan məbləğinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının etibarından suiistifadə etmək və aldatmaq yolu ilə iddiaçıya məxsus olan “X1” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki üçün zəruri ehtiyat hissələri alaraq mühərriki təmir edəcəyini yalandan vəd edib 2020-ci ilin oktyabr ayının əvvəllərindən həmin ilin noyabr ayının əvvəllərinə qədər olan müddət ərzində ümumilikdə 5.610 manat məbləğdə pulu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən əməlinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 1(051)-81/2023 saylı hökmü ilə cavabeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib hökmlərin məcmusu qaydasında 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinə baxılarkən iddiaçı mülki iddia verməmişdir və hazırda ziyanın tələbi ilə əlaqədar iddia qaldırmışdır. Bu səbəbdən iddiaçı dəymiş maddi ziyan kimi 5.610 manat, ödənilmiş dövlət rüsumu kimi 77 manat, cəmi 5.687 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh iddiaçının etibarından suiistifadə etmək və aldatmaq yolu ilə iddiaçıya məxsus olan “X1” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki üçün zəruri ehtiyat hissələri alaraq mühərriki təmir edəcəyini yalandan vəd edib 2020-ci ilin oktyabr ayının əvvəllərindən həmin ilin noyabr ayının əvvəllərinə qədər olan müddət ərzində ümumilikdə 5.610 manat məbləğdə pulu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıdan aldığı pulu da qaytarmamışdır. İddiaçı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 1(051)- 81/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 1 il 11 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hal-hazırkı hökm ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, əvvəlki hökm üzrə çəkilmiş cəzanın qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəlinin 15 mart 2022-ci il tarixdən hesablanması hökm edilmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hökmün mətnindən görünür ki, hazırkı iş üzrə iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh olan Cavabdeh təqsirləndirilən şəxs qismində ifadə verərkən zərərçəkmiş şəxsdən yalnız 3.500 manat pul almış, 600 manat pulu qaytarmış, 2.900 manat pulu qaytarmamışdır. Onun 5.610 manat pulu alması iş məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, verdiyi izahat özünü müdafiə üsulu kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir və onun iddia tələbinə etirazı məhkəməyə daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları və iddiaçının izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı avtomobilini təmir etdirmək üçün cavabdehə 5.610 manat pul vermiş, cavabdeh isə iddiaçı ilə aralarında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və aldığı pulu da iddiaçıya qaytarmamışdır. İddiaçı hazırda cavabdehə verdiyi, cavabdehin isə qaytarmadığı pul məbləğini tələb edir. Cavabdehin əməlləri iş materiallarında olan hökmlə dələduzluq olaraq qiymətləndirilmiş, sonuncu, məhkəmə istintaqı zamanı verdiyi ifadədə iddiaçıya qarşı dələduzluq etdiyini etiraf etmişdir. Məhkəmə hökmü ilə cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət işində məhkəmə istintaqı zamanı cavabdehin iddiaçıdan həmin məbləği alması halı öz təsdiqini tapmışdır. Beləliklə, cavabdehin pulu alması və aldığı pulu qaytarmaması işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddiasında haqlıdır və ona dəymiş maddi ziyanın əvəzi olaraq 5.610 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 77 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 77 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 5.610 (beş min altı yüz on) manat maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 77 (yetmiş yeddi) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5059/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5059/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver