Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5070/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********82615 SAMSUNG GALAXY A22 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT üçün 515.86 (beş yüz on beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 51.14 (əlli bir manat on dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU BEKO 429 (dörd yüz iyirmi doqquz) manaöt dənilməmiş hissə, 42 (qırx iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********11169 SAMSUNG GALAXY A02S markalı telefonüçün 337.4 (üç yüz otuz yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 33.3 (otuz üç manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFFMANN musiqi mərkəzi üçün 308.7 (üç yüz səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 30.3 (otuz manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********33904 XİAOMİ REDMİ 9A markalı telefon üçün 252.4 (iki yüz əlli iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********24211 SAMSUNG GALAXY A01 markalı telefon üçün 74.4 (yetmiş dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 7.6 (yeddi manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BOROFONE qulaqlıq üçün 28.2 (iyirmi səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 2.8 (iki manat səksən qəpik) manat cərimə ümumilikdə 2136 manat borc və 41.36 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC il1ə0.03.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod**********82615 SAMSUNG GALAXY A22 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT,SOYUDUCU BEKO, İmei kod **********11169 SAMSUNG GALAXY A02S markalı telefon, 2 ədəd HOFFMANN musiqi mərkəzi,İmei kod **********33904 XİAOMİ REDMİ 9A markalı telefon, İmei kod **********24211 SAMSUNG GALAXY A01 markalı telefon, BOROFONE qulaqlaıqlmış və nəticədə 2136 (iki min yüz otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 815.86 (səkkiz yüz on beş manat səksən altı qəpik) manat (12 ay x 63.03 manat + 59.5 manat ilkin ödəniş) olan İmei kod**********82615 SAMSUNG GALAXY A22 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MüAçTün 567 (beş yüz altmış yeddi) manat olmaqla ondan, 515.86 (beş yüz on beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 51.14 (əlli bir manat on dörd qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 777 (yeddi yüz yetmiş yeddi) manat (18 ay x 43 manat + 3 manat ilkin ödəniş) olan SOYUDUCU BEKOüçün 471 (səksən bir) manat olmaqla ondan 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 472.6 (dörd yüz yetmiş iki manat altmış qəpik) manat (18 ay x 25.45 manat + 14.5 manat ilkin ödəniş) olan İmei kod **********11169 SAMSUNG GALAXY A02S markalı telefonüçün 368 (üç yüz altmış səkkiz) manat olmaqla ondan 337.4 (üç yüz otuz yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 33.3 (otuz üç manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 428.04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat (18 ay x 23.78 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd HOFFMANN musiqi mərkəziüçün 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan 308.7 (üç yüz səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 30.3 (otuz manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 379.8 (üç yüz yetmiş doqquz manat səksən qəpik) manat (18 ay x 21.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********33904 XİAOMİ REDMİ 9A markalı telefonüçün 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla ondan 252.4 (iki yüz əlli iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 224.4 (iki yüz iyirmi dörd manat qırx qəpik) manat (12 ay x 18.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********24211 SAMSUNG GALAXY A01 markalı telefonüçün 82 (səksən iki) manat olmaqla ondan 74.4 (yetmiş dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 7.6 (yeddi manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 86.4 (səksın altı manat qırx qəp) manat (12 ay x 7.2 manat + 0 manat ilkin ödəniş) olan BOROFONE qulaqlıqüçün 31 (otuz bir) manat olmaqla ondan 28.2 (iyirmi səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 2.8 (iki manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1240.84 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 24023067 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə XİAOMİ REDMİ 9A (İmei kod: **********33904) markalı telefon satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, XİAOMİ REDMİ 9A (İmei kod: **********33904) markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 379,80 manat olan malı 18 ay müddətinə, aylıq ödənişi 21,10 manat olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 23130607 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə BEKO markalı soyuducu satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, BEKO markalı soyuducu Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 777 manat olan malı 18 ay müddətinə, aylıq ödənişi 43,00 manat olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 23130690 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə SAMSUNG GALAXY A01 (İmei kod: **********24211) markalı telefon satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, SAMSUNG GALAXY A01 (İmei kod: **********24211) markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 224,40 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 18,70 manat olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 23138503 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə BOROFONE qulaqlıq satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, BOROFONE qulaqlıq Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 86,40 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 7,20 manat olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 02661272 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə SAMSUNG GALAXY A22 (İmei kod: **********82615) markalı telefon və VİNİL ŞƏFFAF, VİNİL MAT satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, SAMSUNG GALAXY A22 (İmei kod: **********82615) markalı telefon və VİNİL ŞƏFFAF, VİNİL MAT Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 815,87 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 63,03 manat olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə SAMSUNG GALAXY A01 (İmei kod: **********24211) markalı telefon satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 26.10.201-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, SAMSUNG GALAXY A01 (İmei kod: **********24211) markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 472,57 manat olan malı 18 ay müddətinə, aylıq ödənişi 25,45 manat olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə 2 ədəd HOFFMANN musiqi mərkəzi satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN musiqi mərkəzi Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 428,04 manat olan malı 18 ay müddətinə, aylıq ödənişi 23,78 manat olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 515,86 manat ödənilməmiş hissə, 51,14 manat cərimə olmaqla, ümumilikdə 567 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 429 manat ödənilməmiş hissə, 42 manat cərimə olmaqla, ümumilikdə 471 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 334,7 manat ödənilməmiş hissə, 33,3 manat cərimə olmaqla, ümumilikdə 368 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 308,7 manat ödənilməmiş hissə, 30,3 manat cərimə olmaqla, ümumilikdə 339 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 252,4 manat ödənilməmiş hissə, 25,6 manat cərimə olmaqla, ümumilikdə 278 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 74,4 manat ödənilməmiş hissə, 7,6 manat cərimə olmaqla, ümumilikdə 82 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 28,2 manat ödənilməmiş hissə, 2,8 manat cərimə olmaqla, ümumilikdə 31 manat, yekun olaraq 2136 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC, Cavabdeh müqavilə üzrə borcunu 3 iş günü müddətdə ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 41,36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında müxtəlif məhsulların alınmasına dair fərqli alqı-satqı müqavilələri bağlanmışdır, iddiaçı, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə - müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya borcu ümumilikdə 2136 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən, ümumilikdə 2136 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilən 41,36 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 515.86 manat ödənilməmiş hissə, 51.14 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 429 manat ödənilməmiş hissə, 42 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 337.4 manat ödənilməmiş hissə, 33.3 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 308.7 manat ödənilməmiş hissə, 30.3 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 252.4 manat ödənilməmiş hissə, 25.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 74.4 manat ödənilməmiş hissə, 7.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 28.2 manat ödənilməmiş hissə, 2.8 manat cərimə olmaqla, ümumilikdə 2136 (iki min yüz otuz altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 36 (otuz altı) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5070/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5070/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver