Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5089/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -ci il tarixlərindəki müqavilələrə əsasən, 2 ədəd HUAWEİ WATCH GT 4 qol saatı, İmei kod **********55384 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, APPLE ADAPTER, PALTARYUYAN TOSHİBA, HOFFMANN SOAC kondisioner, 2ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İNFİNİTİ - YUMSAQ -KUNC divan, SOYUDUCU TOSHİBA, ZƏMANƏT + 2 İL xidməti, HUAWEİ WATCH GT 4 qol saatı, ZƏMANƏT + 1 İL xidməti almış və nəticədə 10779,01 manat borc yaranmışdır.
2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1200,06 manat (18 ay x 66,67 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd HUAWEİ WATCH GT 4 qol saatı üçün 1100 manat olmaqla ondan, 1000 manat ödənilməmiş hissə, 100 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4740,84 manat (18 ay x 263,38 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********55384 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, APPLE ADAPTER üçün 4635,18 manat olmaqla ondan 4213,8 manat ödənilməmiş hissə, 421,38 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2042,82 manat (18 ay x 113,49 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN TOSHİBA, HOFFMANN SOAC kondisioner, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 1872,53 manat olmaqla ondan 1702,3 manat ödənilməmiş hissə, 170,23 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1399,92 manat (24 ay x 58,33 manat + 0 manat ilkin ödəniş) olan İNFİNİTİ - YUMSAQ - KUNC divan üçün 1411,63 manat olmaqla ondan 1283,3 manat ödənilməmiş hissə, 128,33 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1512 manat (18 ay x 84 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU TOSHİBA, ZƏMANƏT + 2 İL xidməti üçün 1293,6 manat olmaqla ondan 1176 manat ödənilməmiş hissə, 117,60 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 529,95 manat (15 ay x 35,33 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT 4 qol saatı, ZƏMANƏT + 1 İL xidməti üçün 466,07 manat olmaqla ondan 423,7 manat ödənilməmiş hissə, 42,37 manat cərimə borcu yaranmışdır.
3. Cavabdehin cəmi ödədiyi məbləğ 1626,49 manat təşkil edir.
İddiaçının tələbi:
4. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd HUAWEİ WATCH GT 4 qol saatı üçün , 1000 manat ödənilməmiş hissə, 100 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********55384 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, APPLE ADAPTER üçün 4213,8 manat ödənilməmiş hissə, 421,38 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN TOSHİBA, HOFFMANN SOAC kondisioner, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 1702,3 manat ödənilməmiş hissə, 170,23 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İNFİNİTİ - YUMSAQ - KUNC divan üçün 1283,3 manat ödənilməmiş hissə, 128,33 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU TOSHİBA, ZƏMANƏT + 2 İL xidməti üçün 1176 manat ödənilməmiş hissə, 117,60 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ WATCH GT 4 qol saatı, ZƏMANƏT + 1 İL xidməti üçün 423,7 manat ödənilməmiş hissə, 42,37 manat cərimə olmaqla, ümumilikdə 10779,01 manat borc və 122,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunmuş məbləğdə borcu olduğunu qəbul etmişdir.
Tərəflərin izahatı:
6. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1000 manat ödənilməmiş hissə, 100 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 4213,8 manat ödənilməmiş hissə, 421,38 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1702,3 manat ödənilməmiş hissə, 170,23 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1283,3 manat ödənilməmiş hissə, 128,33 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1176 manat ödənilməmiş hissə, 117,60 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 423,7 manat ödənilməmiş hissə, 42,37 manat cərimə olmaqla, ümumilikdə 10779,01 manat borcun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsində qeyd olunan həcmdə borcu olduğunu qəbul etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə və ona əlavəyə əsasən, İmei kod **********55384 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, APPLE ADAPTER üçün cavabdeh 18 ay müddətinə hər ay 263,38 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh ********* nömrəli müqaviləyə əsasən, İmei kod **********55384 İPHONE 15 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, APPLE ADAPTER tam qüsursuz halda təhvil verilmişdir.
11. xx.xx.2024-cü il tarixli 14026828 saylı müqavilə və ona əlavəyə əsasən, PALTARYUYAN TOSHİBA, HOFFMANN SOAC kondisioner, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün cavabdeh 18 ay müddətinə hər ay 113,49 manat ödəməyi öhdəsinə götürmüşdür.
12. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 14026828 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
13. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 14026828 nömrəli müqaviləyə əsasən PALTARYUYAN TOSHİBA, HOFFMANN SOAC kondisioner, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti tam qüsursuz halda təhvil verilmişdir.
14. xx.xx.2024-cü il tarixli 11481588 saylı müqavilə və ona əlavəyə əsasən, İNFİNİTİ - YUMSAQ - KUNC divan üçün cavabdeh 24 ay müddətinə hər ay 58,33 manat ödəməyi öhdəsinə götürmüşdür.
15. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 11481588 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
16. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 11481588 nömrəli müqaviləyə əsasən, İNFİNİTİ - YUMSAQ - KUNC divan tam qüsursuz halda təhvil verilmişdir.
17. xx.xx.2024-cü il tarixli 10777140 saylı müqavilə və ona əlavəyə əsasən SOYUDUCU TOSHİBA, ZƏMANƏT + 2 İL xidməti üçün cavabdeh 18 ay müddətinə hər ay 84 manat ödəməyi öhdəsinə götürmüşdür.
18. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 10777140 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
19. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh SOYUDUCU TOSHİBA, ZƏMANƏT + 2 İL xidməti tam qüsursuz halda təhvil verilmişdir.
20. xx.xx.2024-cü il tarixli 03469398 saylı müqavilə və ona əlavəyə əsasən, HUAWEİ WATCH GT 4 qol saatı üçün cavabdeh 18 ay müddətinə hər ay 66,67 manat ödəməyi öhdəsinə götürmüşdür.
21. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 03469398 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
22. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 03469398 nömrəli müqaviləyə əsasən HUAWEİ WATCH GT 4 qol saatı tam qüsursuz halda təhvil verilmişdir.
23. xx.xx.2024-cü il tarixli 09646183 saylı müqavilə və ona əlavəyə əsasən, HUAWEİ WATCH GT 4 qol saatı, ZƏMANƏT + 1 İL xidməti üçün cavabdeh 15 ay müddətinə hər ay 35,33 manat ödəməyi öhdəsinə götürmüşdür.
24. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 09646183 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
25. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 09646183 nömrəli müqaviləyə əsasən, HUAWEİ WATCH GT 4 qol saatı, ZƏMANƏT + 1 İL xidməti tam qüsursuz halda təhvil verilmişdir.
26. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdehnın xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1000 manat ödənilməmiş hissə, 100 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 4213,8 manat ödənilməmiş hissə, 421,38 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1702,3 manat ödənilməmiş hissə, 170,23 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1283,3 manat ödənilməmiş hissə, 128,33 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1176 manat ödənilməmiş hissə, 117,60 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 423,7 manat ödənilməmiş hissə, 42,37 manat cərimə olmaqla, ümumilikdə 10779,01 manat borcu vardır.
27. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2025-ci il tarixli poçt qəbzi) əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
31. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanılmış (MM m.601.1), həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin məhkəmə iclaslarında verdikləri izahlarla da öz təsdiqini tapır.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
33. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1000 manat ödənilməmiş hissə, 100 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 4213,8 manat ödənilməmiş hissə, 421,38 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1702,3 manat ödənilməmiş hissə, 170,23 manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1283,3 manat ödənilməmiş hissə, 128,33 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1176 manat ödənilməmiş hissə, 117,60 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 423,7 manat ödənilməmiş hissə, 42,37 manat cərimə olmaqla, ümumilikdə 10779,01 manat borc pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,34 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1000 manat ödənilməmiş əsas hissə, 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4213,80 manat ödənilməmiş əsas hissə, 421,38 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1702,30 manat ödənilməmiş əsas hissə, 170,23 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1283,30 manat ödənilməmiş əsas hissə, 128,33 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1176 manat ödənilməmiş əsas hissə, 117,60 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 423,70 manat ödənilməmiş əsas hissə, 42,37 manat cərimə borcu olmaqla, ümumilikdə, 10779,01 (on min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,34 (yüz iyirmi iki manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova