Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-509/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə “Asus” markalı komputerin nisyə alqı-satqısı barədə 22001557 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 2014,40 manat, ödəniş müddəti 18 ay, 380 manat ilkin ödəniş, aylıq ödəniş 90,80 manat müəyyən edilmişdir.
2. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
3. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə “Samsung Galaxy A32” markalı telefonun nisyə alqı-satqısı barədə 23009022 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 720 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 60 manat müəyyən edilmişdir.
4. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
5. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə “X1” markalı naqilsiz qulaqcıqların nisyə alqı-satqısı barədə 23157817 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 278,40 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 23,20 manat müəyyən edilmişdir.
6. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
7. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə “LG” markalı kondisionerin nisyə alqı-satqısı barədə 23256206 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 4534,20 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 251,90 manat müəyyən edilmişdir.
8. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
9. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə müqavilələr üzrə cavabdehin əsas borcu 4848 manat, cərimə borcu 1343 manat təşkil edir.
10. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
11. İddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 726 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 315 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 159 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 3648 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, ümumilikdə 6191 manat borc və 81,91 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “LG” markalı kondisioner, “Asus” markalı kompüter, “Huawei” naqilsiz qulaqlıq, “Samsung Galaxy A32” markalı telefon almış və nəticədə 6191 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4534.2 manat (18 ay x 251.9 manat + 0 manat ilkin ödəniş) olan, “LG” markalı kondisioner üçün ümumilikdə 4551 manat olmaqla ondan, 3648 manat ödənilməmiş hissə, 903 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2014.4 manat (18 ay x 90.8 manat + 380 manat ilkin ödəniş) olan “Asus” markalı kompüter üçün ümumilikdə, 942 manat olmaqla ondan, 726 manat ödənilməmiş hissə, 216 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 278.4 manat (12 ay x 23.2 manat + 0 manat ilkin ödəniş) olan “Huawei” markalı qulaqlıq üçün ümumilikdə, 550 manat olmaqla ondan, 159 manat ödənilməmiş hissə, 48 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan “Samsung Galaxy A32” markalı telefon üçün ümumilikdə, 491 manat olmaqla ondan, 315 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 2699 manat təşkil edir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
13. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
19. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
20. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
26. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
27. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
29. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
30. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
31. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 90 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
32. Məhkəmə hesab edir ki, 81,81 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 81%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 726 manat əsas borc, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 315 manat əsas borc, 30 manat cərimə, olmaqla, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 159 manat əsas borc, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3648 manat əsas borc, 90 manat cərimə olmaqla, cəmi 5013 manat borc və 66,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15,57 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı