Məhkəmə qərarları › İş №e-2(011)-5097/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5097/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5097/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrə əsasən İmei kodu **********99102 olan Honor X8A markalı telefon, İmei kodu **********91747 olan İNFİNİX ZERO 20 markalı telefon, Hoffmann Led TV, X1, X2 və Hoverboard almış və nəticədə 1989 (min doqquz yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 708.84 manat (18 ay x 39.38 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********99102 olan Honor X8A markalı telefon üçün 735 manat olmaqla ondan, 668.22 manat ödənilməmiş hissə, 66.78 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 999.36 manat (18 ay x 55.52 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********91747 olan İNFİNİX ZERO 20 markalı telefon üçün 485 manat olmaqla ondan, 440.69 manat ödənilməmiş hissə, 44.31 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 384.84 manat (18 ay x 21.38 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün 377 manat olmaqla ondan, 342.02 manat ödənilməmiş hissə, 34.97 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 313.02 manat (18 ay x 17.39 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün 285 manat olmaqla ondan, 259.91 manat ödənilməmiş hissə, 25.49 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 316.98 manat (18 ay x 17.61 manat + 0 manat ilkin ödəniş) olan X2 üçün 57 manat olmaqla ondan, 51.55 manat ödənilməmiş hissə, 5.45 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 568.8 manat (24 ay x 23.7 manat + 0 manat ilkin ödəniş) olan Hoverboard üçün 50 manat olmaqla ondan, 45.41 manat ödənilməmiş hissə, 4.59 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1484,43 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 284.1, 284.2-ci maddələri ilə əsaslandıraraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********99102 olan Honor X8A markalı telefon üçün 668.22 manat ödənilməmiş hissə, 66.78 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********91747 olan İNFİNİX Zero 20 markalı telefon üçün 440.69 manat ödənilməmiş hissə, 44.31 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Hoffmann Led TV üçün 342.02 manat ödənilməmiş hissə, 34.97 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X1 259.91 manat ödənilməmiş hissə, 25.49 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X2 üçün 51.55 manat ödənilməmiş hissə, 5.45 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoverboard üçün 45.41 manat ödənilməmiş hissə, 4.59 manat cərimə pulu olmaqla, ümumilikdə 1989 manat borc və 39.89 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 02 iyun 2023-cü il, 15 dekabr 2022-ci il, 01 aprel 2023-cü il, 07 mart 2023-cü il, 01 mart 2022-ci il, 08 avqust 2021-ci il tarixli müqavilələrdən və müqavilələrə əlavədən görünür ki, cavabdehə Honor X8A markalı telefon, İNFİNİX Zero 20 markalı telefon, Hoffmann Led TV, X1, X2 və Hoverboard satılmışdır. İş materiallarında olan 02 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********99102 olan Honor X8A markalı telefon üçün 668.22 manat ödənilməmiş hissə, 66.78 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********91747 olan İNFİNİX Zero 20 markalı telefon üçün 440.69 manat ödənilməmiş hissə, 44.31 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Hoffmann Led TV üçün 342.02 manat ödənilməmiş hissə, 34.97 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X1 259.91 manat ödənilməmiş hissə, 25.49 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X2 üçün 51.55 manat ödənilməmiş hissə, 5.45 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoverboard üçün 45.41 manat ödənilməmiş hissə, 4.59 manat cərimə pulu olmaqla, ümumilikdə 1989 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 668.22 manat ödənilməmiş hissə, 66.78 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 440.69 manat ödənilməmiş hissə, 44.31 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 342.02 manat ödənilməmiş hissə, 34.97 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 259.91 manat ödənilməmiş hissə, 25.49 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 51.55 manat ödənilməmiş hissə, 5.45 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 45.41 manat ödənilməmiş hissə, 4.59 manat cərimə olmaqla, ümumilikdə 1989 manat tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 668.22 manat ödənilməmiş hissə, 66.78 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 440.69 manat ödənilməmiş hissə, 44.31 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 342.02 manat ödənilməmiş hissə, 34.97 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 259.91 manat ödənilməmiş hissə, 25.49 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 51.55 manat ödənilməmiş hissə, 5.45 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 45.41 manat ödənilməmiş hissə, 4.59 manat cərimə olmaqla, ümumilikdə 1989 manat borc və 39,89 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar