Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5127/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı –xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 1166 manat ödənilməmiş hissə, 116 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Marvin dolab, Marviz bazalı çarpayı, Marvin termo, Marvin tumba, Matras üçün 684 manat ödənilməmiş hissə, 68 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Anhel divan üçün 415 manat ödənilməmiş hissə, 41 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Şirə çəkən Braun, Hoffmann Kondisioner, Nevresim takımı, Nevresim takımı üçün 111 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu olmaqla, ümumilikdə 2612 manat borc və 46,12 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən X1, Marvin dolab, Marviz bazalı çarpayı, Marvin termo, Marvin tumba, Matras, Anhel divan, Şirə çəkən Braun, Hoffmann Kondisioner, Nevresim takımı, Nevresim takımı almış və nəticədə 2612 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2100,60 manat (yəni 18 ay x 116,70 manat + 0 manat ilkin ödəniş) X1 üçün ümumilikdə, 1282 manat olmaqla ondan 1166 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 116 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2774,40 manat (yəni 24 ay x 115,60 manat + 0 manat ilkin ödəniş) Marvin dolab, Marviz bazalı çarpayı, Marvin termo, Marvin tumba, Matras üçün ümumilikdə, 752 manat olmaqla ondan 684 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2328 manat (yəni 24 ay x 97 manat + 0 manat ilkin ödəniş) Anhel divan üçün ümumilikdə, 456 manat olmaqla ondan 415 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1567,80 manat (yəni 18 ay x 87,10 manat + 0 manat ilkin ödəniş) Şirə çəkən Braun, Hoffmann Kondisioner, Nevresim takımı, Nevresim takımı üçün ümumilikdə, 122 manat olmaqla ondan 111 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6394,80 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00971385 saylı, xx.xx.2020-ci il tarixdə 20305117 saylı, xx.xx.2020-ci il tarixdə № 20305286 saylı və xx.xx.2020-ci il tarixdə 21247562 saylı müqavilələr bağlanmışdır. Göstərilən müqavilələrə əsasən Anhel divan, Marvin dolab, Marviz bazalı çarpayı, Marvin termo, Marvin tumba, Matras, Şirə çəkən Braun, Hoffmann Kondisioner, Nevresim takımı, Nevresim takımı, X1 ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmış və Cavabdeh müqavilə üzrə MMC qarşısında borcu yaranmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 46,12 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 10 oktyabr 2019-cu il tarixli müqaviləyə görə 415 (dörd yüz on beş) manat ödənilməmiş borc, 41 (qırx bir) manat cərimə borcu, 24 may 2020-ci il tarixli müqaviləyə görə 684 (altı yüz səksən dörd) manat ödənilməmiş borc, 68 (altmış səkkiz) manat cərimə borcu, 24 may 2020-ci il tarixli müqaviləyə görə 111 (yüz on bir) manat ödənilməmiş borc, 11 (on bir) manat cərimə, 14 oktyabr 2020-ci il tarixli müqaviləyə görə 1166 (min yüz altmış altı) manat ödənilməmiş borc, 116 (yüz on altı) manat cərimə borcu və 46,12 (qırx altı manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2658,12 (iki min altı yüz əlli səkkiz manat on iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-5127/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5127/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver