Məhkəmə qərarları › İş №e-2(011)-5131/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5131/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5131/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli BRCB5724392B299 saylı kredit müqaviləsi üzrə 9618.36 manat əsas, 1864.62 manat faiz, cəmi 11482.98 manat pul vəsaitinin və 124.45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı ASC-yə qarşı xx.xx.2024-cü il tarixli BRCB5724392B299 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2(006)-480/2025 nömrəli mülki iş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Həbibə Miriyevanın) icraatına daxil olmuşdur. Məhkəmə işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, bir-biri ilə əlaqəli olan işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə bir neçə işin bir icraatda birləşdirilməsinin əsas məqsədi qarşılıqlı əlaqəsi olan iddia tələblərinin daha tez və düzgün həll edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, hər iki mülki iş üzrə iddia tələbi Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi ilə bağlı olduğundan, mülki işlər üzrə irəli sürülən tələblərin araşdırılması baxımından, həmin işlərin bir icraatda birləşdirilməsi onlara daha tez, hərtərəfli və obyektiv həll edilməsi baxımından məqsədəmüvafiqdir. Odur ki, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5131/2025 mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-480/2025 saylı mülki işə birləşdirilməli, hazırki mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) icraatında olan, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə 2(011)-5131/2025 nömrəli mülki iş iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Həbibə Miriyevanın) icraatında olan 2(006)-480/2025 nömrəli mülki işə birləşdirilsin və bir icraatda baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar