Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5145/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/149 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi (bundan sonra – Torpaq sahəsi) əvvəllər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən X3 mülkiyyətində olmuşdur.
2. X5 ilə Maraqlı şəxs arasında xx.xx.2005-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 sahəsinin 0.06 ha hissəsini köhnə məzənnə ilə 9 200 000 manata Maraqlı şəxs satmışdır.
3. Cvabdehlər, Cavabdeh1 mərhum Çingiz Əliyevin arvadı olmuş, Cavabdeh2 isə qızıdır.
4. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “20000 manat pul tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan həmin mübahisə də hazırkı mübahisədə adı çəkilən Torpaq sahəsinin alqı-satqısı ilə bağlı olmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdehlərdən 20000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bacanağı Maraqlı şəxs iştirakı ilə əvvəldən tanımadığı X2 Torpaq sahəsinin 0,06 hektar hissəsini 9.200 000 (həmin dövrün kursu) 11.000 ABŞ dollarına almış, həmin torpaq sahəsinə dair mülkiyyətə verilməsi haqqında şəhadətnamə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri şöbəsi tərəfindən verilmiş 10836 saylı xx.xx.2005 tarixli arayış olmuş, alqı-satqı əməliyyatı Bakı şəhəri 30 saylı dövlət notariat kontorunda aparılmaqla müqavilə bacanağı Maraqlı şəxs adına rəsmləşdirilmiş (səhhətiylə bağlı alqı-satqıda iştirak edə bilməmişdir), sənədlərdə həmin torpaq sahəsi ümumilkdə 0.12 hektar göstərilsə də, təxminən 0,16 hektar olmuşdur. Faktiki olaraq almış olduğu torpaq sahəsinin ətrafına bir neçə gün sonra mişar daşından hasar çəkdirməklə giriş-cıxış darvazası qoymuş, başqa tikili işi aparmamışdır. Ailə üzvülərinin və qohumların dünyasını dəyişməsindən mənəvi sarsıntı keçirdiyindən, həmin torpaq sahəsi nəzarətsiz qalmışdır. 2017-ci ilin axırlarında həmin torpaq sahəsinə baxmaq üçün gələrkən həyətə giriş-cıxış qapısının qıfılının dəyişdirilməsini görmüş, səbəbini Əliyev Çingizin həyat yoldaşından soruşarkən sonuncu Çingiz Əliyevin bir həftə əvvəl rəhmətə getməsini, rəhmətə getməzdən əvvəl torpaq sahəsini X1 demişdir, hətta həmin torpaq sahəsinə cıxarış alması bəlli olmuşdur.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
10. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
11. Maddə 26.İİ Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
12. Maddə 60 İ Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
18. Məhkəmə qeyd edir ki, ilk öncə iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir.
19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
21. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
22. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı Torpaq sahəsini əvvəl tanımadığı Çingiz Əliyevdən aldığını və buna görə 2005-ci il tarixdə 9.200.000 manata, həmin dövrün məzənnəsi ilə 11.000 ABŞ dollarına aldığını bildirsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Torpaq sahəsinin 0.06 hissəsinin iddiaçının sahibliyinə verilməsi üçün qanuni əsaslar iş materiallarında mövcud deyil.
23. Digər bir tərəfdən, iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən Torpaq sahəsi Çingiz Əliyev tərəfindən Maraqlı şəxs satılmışdır. İddiaçı Maraqlı şəxs satılmış Torpaq sahəsinə görə iddiaçılardan pul tələb etməsi ilə bağlı mübahisənin nə faktiki əsaslarını, nə də ona aid hüquqi bağlılığını iddia ərizəsində əsaslandıra bilməmiş, habelə iddiasının dəlillərini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
24. Həmçinin, işin faktiki halları ilə o da müəyyən edilir ki, Maraqlı şəxs “pul tələbinə dair” iddia qaldıraraq iddiaçının göstərdiyi Torpaq sahəsinə görə cavabdehlərdən 20000 manat pul tələb etmiş və onun iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
25. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün sbyrktiv hüququ olmadığı halda, əlavə olaraq iddia müddətinin tətbiq edilməsi əsası ilə mübahisəyə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı