Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5159/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X11, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh xx.xx.2013-cü il tarixli CC0199321U/13U saylı müqaviləyə əsasən 827,4 ABŞ dolları əsas, 1.462,94 ABŞ dolları faiz, cəmi 2.290,34 ABŞ dollarının və xx.xx.2013-cü il tarixli BAL0992721/13 saylı müqaviləyə əsasən 200,17 manat əsas, 418,1 manat faiz borcu olmaqla, cəmi 618,27 manatın və 73 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış 29 aprel 2013-cü il tarixli, CC0199321U/13U saylı, müqaviləyə əsasən 2.000 ABŞ dolları, 29 aprel 2013-cü il tarixli BAL0992721/13 saylı müqaviləyə əsasən 400 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X4 2.290,34 ABŞ dolları və 618,24 manat Banka borcu vardır. X6 30 sentyabr 2013-cü il tarixdə vəfat etmişdir. 2 saylı “ASAN xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Cavabdeh iddia müddıtinin tətbiqi barədə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin ona qarşı borc tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin ona qarşı xx.xx.2013-cü il tarixli CC0199321U/13U saylı müqaviləyə əsasən 827.4 ABŞ dolları əsas 1462.94 ABŞ dolları faiz cəmi 2.290,34 ABŞ dollarının və xx.xx.2013-cü il tarixli BAL0992721/13 saylı müqaviləyə əsasən 200,17 manat əsas, 418,1 manat faiz borcu olmaqla, cəmi 618,27 manat borc tələbinə dair iddiası vardır. Mərhum X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, CC0199321U/13U saylı, müqaviləyə əsasən 2.000 ABŞ dollar, xx.xx.2013-cü il tarixli BAL0992721/13 saylı müqaviləyə əsasən 400 manat məbləğlərində kredit verilmişdir. X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN xidmət” notariat qurumunun verdiyi xx.xx.2014-cü ıl tarixil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum anası X4 vərəsəsi o - yəni X10r. Göründüyü kimi mərhum X3 ilə İddiaçı ASC arasında bağlanmış olan CC0199321U/13U saylı və BAL0992721/13 saylı hər iki müqavilə 2013-cü ildə bağlanmışdır. Sözügedən CC0199321U/13U saylı müqavilənin müddəti 24 ay olmuş, BAL0992721/13 sayiı müqavilənin müddəti isə 12 ay olmuşdur. Belə ki, iddia tələbi üzrə CC0199321U/13U saylı müqavilənin iddia müddəti müddəti 2018-ci ilin may ayında keçmiş, BAL0992721/13 saylı müqavilənin iddia müddəti isə 2017-ci ildə keçmişdir. İddiaçı ASC-nin nümayəndəsi X12 məhkəmə iclasında iştirak edərək, iddia tələbinin müdafiə etmişdir və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X4 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak AR İH Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 30/24313 qeydəalma nömrəli, ÖM seriyalı, 059305 nömrəli Qeydiyyat Vəsiqəsinə və ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş, 10A2/2261 çıxış nömrəli, xx.xx.2013-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 46.0 kv.m olan 3 (üç) otaqlı 14 saylı mənzilin ona məxsus iki otaq – 2/3 hissəsindən ibarətdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə “beyin işemiyası” səbəbindən ölmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən X5 bankın bolkart layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 400 manat məbləğində bərpaolunan kredit xətti açmışdır. Həmin müqavilənin İİ hissəsində qeyd edilmişdir ki, müqavilə müddəti xx.xx.2016-cı il tarixində bitir. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli balansdankənar məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd kart X5 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, CC0199321U/13U saylı istehlak krediti müqaviləsindən görünür ki, X5 İddiaçı ASC tərəfindən illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2.000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinə əlavəyə əsasən cavabdeh Sevda Abdullayeva 24 ay müddətində xx.xx.2013-xx.xx.2015-ci il tarixlərində 106,75 manat, xx.xx.2015-ci il tarixində isə 108,70 manat ödəniş etməli idi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, CC0199321U/13U nömrəli istehlak kredit müqaviləsi üzrə 827,4 ABŞ dolları əsas, 1.462,94 ABŞ dolları faiz və xx.xx.2013-cü il tarixli, BAL0992721/13 saylı müqaviləyə əsasən 200,17 manat əsas, 418,1 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi bağlanmış və İddiaçı ASC tərəfindən X5 bolkart layihəsinə qoşularaq 400 manat məbləğində kredit xətti açmışdır. Bundan əlavə İddiaçı ASC ilə X6 arasında xx.xx.2013-cü il tarixli, CC0199321U/13U saylı istehlak krediti müqaviləsi bağlanmış və X5 illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2.000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. X2 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Cavabdeh X4 qanun üzrə vərəsəsi təyin edilmiş və o, AR İH Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 30/24313 qeydəalma nömrəli, ÖM seriyalı, 059305 nömrəli Qeydiyyat Vəsiqəsinə və ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş, 10A2/2261 çıxış nömrəli, xx.xx.2013-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 46.0 kv.m olan 3 (üç) otaqlı 14 saylı mənzilin ona məxsus iki otaq – 2/3 hissəsindən ibarət miras əmlakdan tam hissədə pay almışdır. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilələrin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır. Hal-hazırda cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı verilmiş iddia tələbi üzrə müddətin tətbiq edilməsi əsası ilə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilib-bilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə mərhum X6 arasında bağlanmış qarşı xx.xx.2013cü il tarixli CC0199321U/13U saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının son müddəti xx.xx.2015-ci il, xx.xx.2013-cü il tarixli BAL0992721/13 saylı müqavilə üzrə isə xx.xx.2016-cı il tarixidir. X2 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi olan Cavabdeh xx.xx.2014-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçı isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.” X1 xx.xx.2013-cü il tarixdə vəfat etməsini; xx.xx.2013-cü il tarixli CC0199321U/13U saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının son müddəti xx.xx.2015-ci il, xx.xx.2013-cü il tarixli BAL0992721/13 saylı müqavilə üzrə isə xx.xx.2016-cı il tarixi olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Buna görə də iddia təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli CC0199321U/13U saylı müqaviləyə əsasən 827.4 ABŞ dolları əsas, 1.462,94 ABŞ dolları faiz, cəmi 2.290,34 ABŞ dollarının və xx.xx.2013-cü il tarixli BAL0992721/13 saylı müqaviləyə əsasən 200,17 manat əsas, 418,1 manat faiz borcu olmaqla, cəmi 618,27 manatın və 30 (otuz) manat məbləğındə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5159/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5159/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver