Məhkəmə qərarları › İş №e-2(011)-5179/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5179/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5179/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun və ona hesablanmış faizlərin qaytarılması tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı, cavabdehdən "xxxx" QSC-nin xeyrinə 778.23 (yeddi yüz yetmiş səkkiz manat 23 qəpik) manat məbləğində əsas borc, 17.71 (on yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu, 2.98 (iki manat, 98 qəpik) məbləğində cərimə borcu, 56.10 (əlli altı manat, 10 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 855.02 (səkkiz yüz əlli beş manat, 02 qəpik) manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh xx.xx.2019-cu il tarixli, LM111901346 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, LM111901346 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 849.54 (səkkiz yüz qırx doqquz manat 54 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddətiərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 24 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 778.23 (yeddi yüz yetmiş səkkiz manat 23 qəpik) manat məbləğində əsas borc, 17.71 (on yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu, 2.98 (iki manat, 98 qəpik) məbləğində cərimə borcu, 56.10 (əlli altı manat, 10 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 855.02 (səkkiz yüz əlli beş manat, 02 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111901346 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 849.54 (səkkiz yüz qırx doqquz manat 54 qəpik) manat restrukturizasiya olunmuşdur. İş materiallarında olan "xxxx"QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" QSC-yə 778.23 (yeddi yüz yetmiş səkkiz manat 23 qəpik) manat məbləğində əsas borc, 17.71 (on yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu, 2.98 (iki manat, 98 qəpik) məbləğində cərimə borcu, 56.10 (əlli altı manat, 10 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 855.02 (səkkiz yüz əlli beş manat, 02 qəpik) manat borcu vardır. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı bildirişdən görünür ki, iddiaçı cavabdehdən kredit borcunun ödənilməsini 5 (beş) təqvim günü ərzində təmin etməyi, əks təqdirdə müqavilənin şərtlərinə və Azərbaycan Respublikasını qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, LM111901346 saylı restrukturizasiya müqaviləsi üzrə 778.23 (yeddi yüz yetmiş səkkiz manat 23 qəpik) manat məbləğində əsas borc, 17.71 (on yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu, 2.98 (iki manat, 98 qəpik) məbləğində cərimə borcu, 56.10 (əlli altı manat, 10 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 855.02 (səkkiz yüz əlli beş manat, 02 qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar