Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-518/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 Məhəmməd oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə X3 arasında xx.xx.2013-cü il tarixdə R-BS-DK057961/13 Razılaşma bağlanmış, razılaşmaya əsasən Südabə Hacıyevaya dostlar klubu kartının verilməsi ilə bağlı olaraq 150 manat məbləğində 12 ay müddətində kredit xətti açılmış və eyni tarixdə kart ona verilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixdə MA/80272/50/1 saylı kredit sazişi bağlanmış, Sazişə görə iddiaçı Südabə Hacıyevaya illik faiz dərəcəsi 26% olmaqla, 35 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 3587 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Südabə Hacıyeva xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə V-106 saylı vərəsəlik işi açılmış, cavabdehlərdən – Cavabdeh3 (ölən şəxsin əri), Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 (ölən şəxsin övladları) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Südabə Hacıyevadan miras qalmış əmlaklara dair vərəsələrin payları müəyyən edilmişdir.
3. Həmçinin, xx.xx.2015-ci il tarixli Kredit sazişinin təminatı olaraq iddiaçı ilə Cavabdeh5 arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır.
4. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh5 qarşı zamin olduğu xx.xx.2015-ci il tarixli Kredit sazişi üzrə 2906,39 ABŞ dolları əsas borcun və 30 manat məbləğində pul tələbi barədə iddiası Bank vaxtında müraciət etmədiyində görə zaminlik müqaviləsinə xitam verilməsi əsası ilə rədd edilmişdir.
5. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-518/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən Cavabdeh5 münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir.
6. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
7. İddiaçı cavabdehlərdən xx.xx.2015-ci il tarixli, MA/80272/50/1 saylı müqaviləyə əsasən 1438.15 ABŞ dolları əsas borcun, xx.xx.2013-cü il tarixli, DK057961/13 saylı müqaviləyə əsasən 147.22 manat əsas borcun və 46 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Südabə Hacıyeva ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MA/80272/50/1 saylı müqavilələrə əsasən bank ona 3587 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, DK057961/13 saylı müqaviləyə əsasən 150 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X4 ümumi olaraq 1438.15 ABŞ dolları borcu vardır. Südabə Hacıyeva xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Seymur X1i vərəsələridir. Südabə Hacıyeva tərəfindən vərəsələrinə qalan miras əmlak Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında mülkiyyətində olan 0.05 ha torpaq sahəsi, onun üzərində Bağ evi ünvanında yerləşən ümumi sahəsi 21.2 kv.m olan, 1 otaqlı və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56.5 kv/m olan, 2 otaqlı daşınmaz əmlaklardan ibarətdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdehlər iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddiaçının onlara qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər.
10. Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi.
12. Cavabdehlər, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdilər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
19. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. İddiaçı hazırda X6 arasında bağlanılmış kredit sazişi və razılaşma əsasında cavabdehlərdən borclunun vərəsələri kimi, Cavabdeh5 isə kredit sazişi üzrə zamin olduğu üçün kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.
26. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Südabə Hacıyeva arasında xx.xx.2013cü il tarixdə dostlar klubu kartının alınması barədə R-BS-DK057961/13 saylı razılaşma ilə 150 manat, xx.xx.2015-ci il tarixdə isə illik faiz dərəcəsi 26% olmaqla, 35 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 3587 ABŞ dolları məbləğində kreditin verilməsi MA/80272/50/1 saylı kredit sazişi bağlanmışdır. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, borc alan Südabə Hacıyeva xx.xx.2016-cı il tarixdə ölmüş, ondan qalmış miras əmlak qanun üzrə vərəsəlik yolu ilə cavabdehlər - Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 keçmişdir. Bu halda, sözügedn cavabdehlər– Südabə Hacıyevanın miras passivi üzrə öhdəliklərinə görə də cavabdehlik daşımışdır. Çünki, Mülki Məcəllənin 1294cü maddəsində qeyd olunur ki, payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir.
27. Lakin, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir (§ 16).
28. İş materiallarında olan hesabdan çıxarışa əsasən Südabə Hacıyeva kredit sazişi üzrə ödənişi sonuncu dəfə xx.xx.2015-cı il tarixdə, DK057961/13 saylı razılaşma üzrı ödənişi isə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə etmiş, onun ölümündən (xx.xx.2016cı il) sonra heç bir ödəniş edilməmişdir. 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən isə xx.xx.2016-cı il tarixdə V-106 saylı vərəsəlik işi açılmış, cavabdehlər - Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Seymur X1 üzrə vərəsələri hesab edilərək, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı ilə mərhum Südabə Hacıyeva arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit sazişinin müddəti 35 ay, yəni xx.xx.2018-ci il tarixdək, xx.xx.2013-cü il tarixdə bağlanmış razılaşmanın müddəti isə 12 ay, yəni xx.xx.2014-cü il tarixədək müəyyən edilmişdir. Bu halda, iddiaçı müqavilənin icra müddəti başa çatdıqdan sonra 3 il müddətinə, yəni kredit sazişi üzrə xx.xx.2021-ci il tarixədək, xx.xx.2013-cü il tarixli razılaşma üzrə isə 24.0.2017-ci il tarixədək iddia ərizəsi ilə məhhəməyə müraciət etməli olduğu halda, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
29. İddiaçının nümayəndəsi məhkəmə iclasında vərəsələrinin müəyyən olunubolunmaması barədə notariusa müraciət edildiyini, lakin onlara məlumat verilmədiyini, yalnız onların xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinə müraciətlərindən sonra Südabə Hacıyevanın ölməsi və vərəsəlik şahadətnaməsi barədə məlumatlarının olduğunu, başqa sözlə hüquqlarının pozulduğunu həmin vaxt bildiyini bildirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, iddiaçı əvvəllər notariat orqanlarına müraciət etmələrini və məlumat ala bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
30. Digər bir tərəfdən, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2018-ci il tarixdə digər cavabdeh (zamin) Cavabdeh5 qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş (həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir) və həmin iddia ərizəsində də Südabə Hacıyevanın öldüyünü göstərmişdir. Güründüyü kimi, Südabə Hacıyevaının ölümündən hələ 2018-ci ildən iddiaçının məlumatlı olmasına baxmayaraq, bundan sonra onun vərəsələrinin olub-olmamasının müəyyən edilməsi ilə bağlı heç bir hərəkət etməmiş, Südabə Hacıyevanın vərəsələri olan cavabdehlərə hələ xx.xx.2016-cı il tarixdə vərəsəlik şəhadətnaməsi verilməsinə baxmayaraq, 2018-ci ildə zamin olmuş Cavabdeh5 qarşı iddia qaldırdığı halda, digər cavabdehlərə, yəni vərəsələrə qarşı heç bir iddia qaldırmamışdır.
31. Fərz etsək ki, Südabə Hacıyevanın ölümündən, yaxud onun vərəsələrinin mövcudluğundan iddiaçının 2018-ci ildə xəbəri olmuşdur, bu halda da iddiaçı 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
33. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia müddətini ötürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 aid hissədə təmin edilə bilməz.
34. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia müddətinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün də hüquqi əsas mövcuddur. Belə ki, qanunvericilikdə iddia müddətinin tətbiqinin, bu barədə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında mümkün olduğu göstərilmişdir (§ 19 ).
35. Cavabdehlər xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər .
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
37. Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli, R-BS- DK057961/13 saylı Razılaşma üzrə iddia tələbi Cavabdeh5 aid hissədə ona görə təmin edilə bilməz ki, həmin öhdəliyin təminatı ilə bağlı iddiaçı ilə Cavabdeh5 arasında, ümumiyyətlə zaminlik müqaviləsi bağlanmamış və sonuncunun bank qarşısında heç bir öhdəliyi yaranmamışdır.
38. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə təqdim etdiyindən və iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən iddia müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir (§ 13).
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı