Məhkəmə qərarları › İş №e-2(011)-5180/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5180/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5180/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı iddiaçı “ABC-Telecom“ MMC-nin cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızına qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “ABC-Telecom“ MMC cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızından İmei Kodu **********86998 Samsung Galaxy A51 markalı telefon üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, İmei Kodu **********20087 Samsung Galaxy A70 markalı telefon, Mİ Power Bank üçün 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, Soyuducu HOFFMANN üçün 441 (dörd yüz qırx bir) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, İmei Kodu **********45049 Samsung Galaxy A20s markalı telefon üçün 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə, İmei Kodu **********36119 Samsung Galaxy A7 markalı telefon üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, İmei Kodu **********46694 Samsung Galaxy A70 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, İmei kodu **********66149 Samsung Galaxy A20s markalı telefon üçün 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, X1 üçün 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, GORENJE İzqara üçün 83 (səksən üç) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, ümumilikdə 3653 manat borc, 56.53 manat ödənilmiş dövlət rüsumu cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızından alınaraqbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********86998 Samsung Galaxy A51 markalı telefon, İmei Kodu **********20087 Samsung Galaxy A70 markalı telefon, Mİ Power Bank, Soyuducu HOFFMANN, İmei Kodu **********45049 Samsung Galaxy A20s markalı telefon, İmei Kodu **********36119 Samsung Galaxy A7 markalı telefon, İmei Kodu **********46694 Samsung Galaxy A70 markalı telefon, İmei kodu **********66149 Samsung Galaxy A20s markalı telefon, X1, GORENJE İzqara almış və nəticədə 3653 (üç min altı yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 901.8 (doqquz yüz bir, səksən qəp) manat (18 ay x 50 manat + 1.8 manat ilkin ödəniş) İmei Kodu **********86998 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 770 (yeddi yüz yetmiş) manat olmaqla ondan, 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1072.8 (min yetmiş iki, səksən qəp) manat (18 ay x 59.6 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********20087 Samsung Galaxy A70 markalı telefon, Mİ Power Bank üçün ümumilikdə 545 (beş yüz qırx beş) manat olmaqla ondan, 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1137 (min yüz otuz yeddi) manat (18 ay x 63 manat+ 3 manat ilkin ödəniş) Soyuducu HOFFMANN üçün ümumilikdə 485 (dörd yüz səksən beş) manat olmaqla ondan, 441 (dörd yüz qırx bir) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş İmei Kodu **********45049 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 471 (dörd yüz yetmiş bir) manat olmaqla ondan, 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1225 (min iki yüz iyirmi beş) manat (24 ay x 49 manat + 49 manat ilkin ödəniş) İmei Kodu **********36119 Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 415 (dörd yüz on beş) manat olmaqla ondan, 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 906 (doqquz yüz altı) manat (12 ay x 75 manat + 6 manat ilkin ödəniş) İmei Kodu **********46694 Samsung Galaxy A70 markalı telefonüçün ümumilikdə 330 (üç yüz otuz) manat olmaqla ondan, 300 (üç yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410.4 (dörd yüz on, qırx qəp) manat (12 ay x 34.2 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********66149 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 300 (üç yüz) manat olmaqla ondan, 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (24 ay x 16 manat+ 0 manat ilkin ödəniş) X1 üçün ümumilikdə 246 (iki yüz qırx altı) manat olmaqla ondan, 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 168 (yüz altmış səkkiz) manat (12 ay x 14 manat + 0 manat ilkin ödəniş) GORENJE İzqara üçün ümumilikdə 91 (doxsan bir) manat olmaqla ondan, 83 (səksən üç) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə təşkil Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 3475 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2019-cu il tarixli, 01123605 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, aylıq 14 manat ödəmək şərti ilə 168 manat məbləğində GORENJE İzqara verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2019-ci il tarixli, 00753030 saylı müqaviləyə əsasən borcluya 24 ay müddətinə, aylıq 16 manat ödəmək şərti ilə 384 manat məbləğində X1 verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2020-ci il tarixli, 20056899 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, aylıq 34.2 manat ödəmək şərti ilə 410.4 manat məbləğində İmei kodu **********66149 Samsung Galaxy A20s markalı telefon verilmiş, ilkin ödəniş kimi cavabdeh 6 manat ödəniş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2019-cu il tarixli, 00940802 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, aylıq 75 manat ödəmək şərti ilə 906 manat məbləğində İmei Kodu **********46694 Samsung Galaxy A70 markalı telefon verilmiş, ilkin ödəniş kimi cavabdeh 6 manat ödəniş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2018-ci il tarixli, 00364860 saylı müqaviləyə əsasən borcluya 24 ay müddətinə, aylıq 49 manat ödəmək şərti ilə 1225 manat məbləğində İmei Kodu **********36119 Samsung Galaxy A7 markalı telefon verilmiş, ilkin ödəniş kimi cavabdeh 49 manat ödəniş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2019-cu il tarixli, 00694168 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 63 manat ödəmək şərti ilə 1137 manat məbləğində Soyuducu HOFFMANN verilmiş, ilkin ödəniş kimi cavabdeh 3 manat ödəniş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2019-cu il tarixli, 01067713 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 33 manat ödəmək şərti ilə 594 manat məbləğində İmei kodu **********66149 Samsung Galaxy A20s markalı telefon verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2019-cu il tarixli, 01134756 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 59.6 manat ödəmək şərti ilə 1072.8 manat məbləğində İmei Kodu **********20087 Samsung Galaxy A70 markalı telefon verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı arasında xx.xx.2020-ci il tarixli, 20060476 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 50 manat ödəmək şərti ilə 901.8 manat məbləğində İmei Kodu **********86998 Samsung Galaxy A51 markalı telefon verilmiş, ilkin ödəniş kimi cavabdeh 1.8 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı xx.xx.2020-ci il tarixli, 20060476 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 201.8 manat məbləğində ödəniş etmiş, lakin qalan 700 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 70 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 770 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli, 01134756 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 576,8 manat məbləğində ödəniş etmiş, lakin qalan 496 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 49 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 545 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli, 00694168 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 696 manat məbləğində ödəniş etmiş, lakin qalan 441 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 44 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 485 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli, 01067713 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 165 manat məbləğində ödəniş etmiş, lakin qalan 429 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 42 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 471 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2018-ci il tarixli, 00364860 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 847 manat məbləğində ödəniş etmiş, lakin qalan 378 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 37 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 415 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli, 00940802 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 606 manat məbləğində ödəniş etmiş, lakin qalan 300 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 30 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 330 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli, 20056899 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 137.4 manat məbləğində ödəniş etmiş, lakin qalan 273 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 27 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 300 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-ci il tarixli, 00753030 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 160 manat məbləğində ödəniş etmiş, lakin qalan 224 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 22 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 246 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli, 01123605 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 85 manat məbləğində ödəniş etmiş, lakin qalan 83 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 8 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 91 manat məbləğində borc müəyyən olunmuşdur.Beləliklə cavabdeh hər doqquz müqavilə üzrə ümumilikdə 3475 manat məbləğində ödəniş etmiş, 3324 manat məbləğində ödənilməmiş hissə və 329 manat məbləğində cərimə ilə birlikdə ümumilikdə 3653 manat məbləğində borc müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızına ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 56.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Tağıyeva (Rzayeva) Nərminə Namiq qızı müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında həmin malların dəyərini razılaşdırılmış şərtlərlə və müddətə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mallar almasına dair hüququndan istifadə etmiş, malların dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə həmçinin iddianın 56.53 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 20060476 saylı müqavilə üzrə əsas borca görə 700 (yeddi yüz) manat, cərimə borcuna görə 70 (yetmiş) manat, xx.xx.2019-cu il tarixli, 01134756 saylı müqavilə üzrə əsas borca görə 496 (dörd yüz doxsan altı) manat, cərimə borcuna görə 49 (qırx doqquz) manat, xx.xx.2019-cu il tarixli, 00694168 saylı müqavilə üzrə əsas borca görə 441 (dörd yüz qırx bir) manat, cərimə borcuna görə 44 (qırx dörd) manat, xx.xx.2019-cu il tarixli, 01067713 saylı müqavilə üzrə əsas borca görə 429 (dörd yüz iyirmi doqquz) manat, cərimə borcuna görə 42 (qırx iki) manat, xx.xx.2018-ci il tarixli, 00364860 saylı müqavilə üzrə əsas borca görə 378 (üç yüz yetmiş səkkiz) manat, cərimə borcuna görə 37 (otuz yeddi) manat, xx.xx.2019-cu il tarixli, 00940802 saylı müqavilə üzrə əsas borca görə 300 (üç yüz) manat, cərimə borcuna görə 30 (otuz) manat, xx.xx.2020-ci il tarixli, 20056899 saylı müqavilə üzrə əsas borca görə 273 (iki yüz yetmiş üç) manat, cərimə borcuna görə 27 (iyirmi yeddi) manat, xx.xx.2019-ci il tarixli, 00753030 saylı müqavilə üzrə əsas borca görə 224 (iki yüz iyirmi dörd) manat, cərimə borcuna görə 22 (iyirmi iki) manat, xx.xx.2019-cu il tarixli, 01123605 saylı müqavilə üzrə əsas borca görə 83 (səksən üç) manat, cərimə borcuna görə 8 (səkkiz) manat ümumilikdə 3653 (üç min altı yüz əlli yeddi üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 56.53 (əlli altı manat, əlli üç qəpik) manat məbləğində pul vəsaiti Tağıyeva (Rzayeva) Nərminə Namiq qızından tutularaq “ABC-Telecom“ MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar