Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5202/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayeva Aydın qızı – LPO QSC “Bank Standard” KB-nın Cavabdeh qarşı “borcun tutulması” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı LPO QSC “Bank Standard” KB Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək LPO QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 111/00/260/19 saylı restruktizasiya müqaviləsi üzrə cavabdehdən 514,38 (beş yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 11,88 (on bir manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 16,62 (on altı manat, altmış iki qəpik) məbləğində cərimə borcu, 46,41 (qırx altı manat qırx bir qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 589,29 (beş yüz səksən doqquz manat iyirmi doqquz qəpik) məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, LPO QSC “Bank Standard” KB ilə X1 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, 111/00/260/19 saylı restruktizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 111/00/260/19 saylı restruktizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 514,38 (beş yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləği restruktizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktizasiya müqaviləsi 24 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 514,38 (beş yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 11,88 (on bir manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 16,62 (on altı manat altmış iki qəpik) məbləğində cərimə borcu, 46,41 (qırx altı manat qırx bir qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 589,29 (beş yüz səksən doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı LPO QSC “Bank Standard” KB-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 111/00/260/19 saylı “restrukturizasiya müqaviləsi”-nin 1.1.2-ci maddəsinə əsasən restrukturizasiya müqaviləsi- fiziki şəxsin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədi ilə tərəflər arasında bağlanan, müqavilənin nömrəsini, tərəfləri və onların rekvizitlərini, restrukturizasiya olunan kreditin məbləği, qaytarılma şərtləri, habelə şərtlərlə qeyd edilən və edilməyən digər şərtləri nəzərdə tutan yazılı əqddir (sənəd). Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/127068/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 514,38 (beş yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-cü maddəsinə əsasən restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Həmin müqavilənin 3.9-cu maddəsinə əsasən restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il tarixidir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla restrukturizasiya müddətinə 0,1 faizdən çox olmamalıdır. İş materiallarında olan 111/00/260/19 saylı xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2019-xx.xx.2021-ci il tarixlərində cəmi 519,76 manat məbləğində kredit ödənişinin (514,38 manat əsas məbləğ, 5,38 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Hüsniyyə Nurəddin qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 111/00/260/2019 saylı kredit müqaviləsi üzrə 23 may 2023-cü il tarixli müqaviləyə əsasən 514,38 (beş yüz on dörd manat otuz səkkiz qəpik) əsas borc, 11,88 (on bir manat səksən səkkiz qəpik) manat faiz borcu, 16,62 (on altı manat altmış iki qəpik) cərimə, 46,41 (qırx altı manat qırx bir qəpik) gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumi borc 589,29 (beş yüz səksən doqquz manat iyirmi doqquz qəpik) manat təşkil edir. İşin materiallarında olan LPO QSC “Bank Standard” KB tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, QSC “Bank Standart” Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cərimə borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2019-cu il tarixli, 111/00/260/19 saylı restruktizasiya müqaviləsinə əsasən, 514,38 (beş yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 11,88 (on bir manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 16,62 (on altı manat, altmış iki qəpik) məbləğində cərimə borcu, 46,41 (qırx altı manat qırx bir qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 589,29 (beş yüz səksən doqquz manat iyirmi doqquz qəpik) manat məbləği və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5202/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5202/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver