Məhkəmə qərarları › İş №e-2(011)-5207/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5207/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5207/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE034388 saylı xx-xx-2024cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 447,99 ( dörd yüz qırx yeddi manat doxsan doqquz qəpik ) əsas borc, BL981533 saylı xx-xx-2023 il tarixli nisyə-satış müqaviləsinə əsasən yaranmış 551,98 ( beş yüz əlli bir manat doxsan səkkiz qəpik ) əsas borc, ümumilikdə 999,97 (doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BEa034388 saylı xxxx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən,cavabdeh həmin müqavilənin 1 saylıəlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 21 (iyirmi bir manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BLa981533 saylı xx-xx-2023 il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən,cavabdeh həmin müqavilənin 1 saylıəlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 35 (otuz beş manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək,aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE034388 saylı müqaviləyə əsasən 447,99 (dörd yüz qırx yeddi manat doxsan doqquz qəpik) əsas borc, BL981533 saylı müqaviləyə əsasən 551,98 (beş yüz əlli bir manat doxsan səkkiz qəpik) əsas borc, ümumilikdə 999,97 (doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) borcu qalmışdır. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “Satıcı”) ilə Cavabdeh (müqavilə üzrə “Alıcı”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli BE034388 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” bu müqaviləyə əsasən qiyməti 472.99 manat olan avadanlığı “Alıcı”-ya verməyi, “Alıcı” isə onu qəbul edib avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür . İş materiallarında olan malların siyahısından görünür ki, “Redmi 12” markalı telefon xx.xx.2024-cü il tarixli BE034388 saylı müqaviləyə əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli BE034388 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində hər ay 21 manat, xx.xx.2025-ci il tarixində 20 manat, xx.xx.2025-ci il tarixində 19 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində 18 manat, xx.xx.2025-ci il tarixində 16 manat və xx.xx.2026-cı il tarixində 15,99 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. Həmin Əlavədə olan qeydə əsasən ödəniş gecikdirildiyi halda hər gecikən gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə hesablanır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 447,99 manat əsas, 0,00 manat cərimə, ümumi olaraq 447,99 borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2024-cü tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “Satıcı”) ilə Cavabdeh (müqavilə üzrə “Alıcı”) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BL981533 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” bu müqaviləyə əsasən qiyməti 711.98 manat olan avadanlığı “Alıcı”-ya verməyi, “Alıcı” isə onu qəbul edib avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür . İş materiallarında olan malların siyahısından görünür ki, “Samsung A245” markalı telefon xx.xx.2023-cü il tarixli BL981533 saylı müqaviləyə əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli BL981533 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixində 35 manat, xx.xx.2023-cü il tarixində 34 manat, xx.xx.2024-cü il tarixində 33 manat, xx.xx.2024-cü il tarixində 32 manat, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 31 manat, xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində 30 manat, xx.xx.2025-ci il tarixində 29 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində 28 manat, xx.xx.2025-ci il tarixində 26 manat, xx.xx.2025-ci il tarixində 25 manat, xx.xx.2025-ci il tarixində 24 manat və xx.xx.2025-ci il tarixində 23,98 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. Həmin Əlavədə olan qeydə əsasən ödəniş gecikdirildiyi halda hər gecikən gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə hesablanır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 551,98 manat əsas, 0,00 manat cərimə, ümumi olaraq 551,98 borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2023-cü tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli BE034388 saylı müqaviləyə əsasən 447,99 (dörd yüz qırx yeddi manat doxsan doqquz qəpik) əsas borc məbləği, xx.xx.2023-cü il tarixli BL981533 saylı müqaviləyə əsasən 551,98 (beş yüz əlli bir manat doxsan səkkiz qəpik) əsas borc məbləği olmaqla, cəmi 999,97 (doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) borc məbləği və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar