Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5208/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cəmi borcu 27.600,90 (iyirmi yeddi min altı yüz ABŞ dolları 90 sent) ABŞ dolları - bundan 14.679,06 (on dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 06 sent) ABŞ dolları əsas, 5.822,66 (beş min səkkiz yüz iyirmi iki ABŞ dolları 66 sent) ABŞ dolları faiz, 4.981,66 (dörd min doqquz yüz səksən bir ABŞ dolları 66 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.117,52 (iki min bir yüz on yeddi ABŞ dolları 52 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 230,77 (iki yüz otuz manat 77 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 27 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1kredit verilərkən Cavabdeh2ilə Bank arasında 280011164/ZM №-li 27 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* №-li 27 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 03/15-ƏS saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 17.837,98 (on yeddi min səkkiz yüz otuz yeddi ABŞ dolları 98 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. ********* №-li 27 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılımış faiz və cərimə məbləği ilə birlikdə) 16.135,86 (on altı min bir yüz otuz beş ABŞ dolları 86 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik bağlanılır. Daha sonra ********* №-li 27 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə 31 may 2017-ci il tarixdə 03 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 17.833,45 (on yeddi min səkkiz yüz otuz üç ABŞ dolları 45 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 15.741,87 (on beş min yeddi yüz qırx bir ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 1.314,14 (bir min üç yüz on dörd ABŞ dolları 14 sent) ABŞ dolları faiz borcu və 777,44 (yeddi yüz yetmiş yeddi ABŞ dolları 44 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-İ-41-5137/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 27.600,90 (iyirmi yeddi min altı yüz ABŞ dolları 90 sent) ABŞ dolları təşkil edir. Bundan 14.679,06 (on dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 06 sent) ABŞ dolları əsas, 5.822,66 (beş min səkkiz yüz iyirmi iki ABŞ dolları 66 sent) ABŞ dolları faiz, 4.981,66 (dörd min doqquz yüz səksən bir ABŞ dolları 66 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 2.117,52 (iki min bir yüz on yeddi ABŞ dolları 52 sent) ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin izahatları: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, tələbin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək,əsassız olduğundan təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, ekspertiza rəyi əsassızdır, həmçinin hazırki iddia tələbi məhkəmədə qaldırılarkən qanuvericiliklə müəyyən edilmiş iddia müddəti tətbiq edilməlidir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 19000 USD məbləğində kredit verilmişdir İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 280011164/ZM nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli 03/15-ƏS nömrəli əlavə sazişdən görünür ki, müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti – xx.xx.2018-ci il tarixədək təyin olunur. xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli 03/15-ƏS nömrəli əlavə sazişdən görünür ki, müqavilənin 2.2-ci bəndinə əsasən kreditin müddəti – xx.xx.2018-ci il tarixədək təyin olunur. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə edilmiş xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş mzlanadığı tarixdən etibarən illik 10 %ödənilir. xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə edilmiş xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzlanadığı tarixdən etibarən illik 10 %ödənilir. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli 03 nömrəli Əlavə Sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restruktizasiya edilmiş kredit”) 17833.45 USD təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 15.741,87 USD əsas borc, 1.314,14 USD faiz borcu və 777,44 USD cərimə borcu təşkil edir. Həmçinin həmin saziş ilə restrukturizasiya edilmiş kreditin müddət xx.xx.2022-ci il tarixədək təşkil edir. 20011164/ZM saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli №3-li Əlavə Sazişdən görünür ki, Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restruktizasiya edilmiş kredit”) 17833.45 USD təşkil edir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 15.741,87 USD əsas borc, 1.314,14 USD faiz borcu və 777,44 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddət xx.xx.2022-ci il tarixədəkdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə LPO İddiaçı ASC-nə 14.679,06 USD əsas, 5822,66 USD faiz, 4981,66 USD cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2.117,52 USD faiz borcu yaranmışdır. Bildiriş məktubundan görünür ki, LPO İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli, **********14 nömrəli mədaxil qəbzindən görünür ki, LPO İddiaçıASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 230.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5208/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1562 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2016-cı il tarixli İddiaçı ASC ilə Cavabdeh1 arasında ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişin '‘Borcalan’’ qrafasındakı imza və xx.xx.2017-ci il tarixli İddiaçı ASC il Cavabdeh1 arasında ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 03 nömrəli əlavə sazişin 1-ci səhifəsinin aşağı sağ küncündəki imza, “Borcalan” qrafasında olan imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı LPO İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 19.000 USD məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan adıçəkilən müqaviləyə əlavə sazişlərlə dəyişiklilər edilmişdir. Son olaraq bağlanmış xx.xx.2017-ci il tarixli 03 nömrəli Əlavə Sazişdən görünür ki, Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restruktizasiya edilmiş kredit”) 17833.45 USD təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 15.741,87 USD əsas borc, 1.314,14 USD faiz borcu və 777,44 USD cərimə borcu təşkil edir. Həmçinin həmin saziş ilə restrukturizasiya edilmiş kreditin müddət xx.xx.2022-ci il tarixədək təşkil edir. Digər Cavabdeh2 ilə Bankla arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsi ilə həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşlar. Lakin cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh1, eyni zamanda bu öhdəliklərin icrasına zamin durmuş digər Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda lazımi qaydada ödənişlər etməmiş, nəticədə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin iddia tələbindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə əsas kredit müqaviləsi ilə eyni tarixdə - xx.xx.2015-cİ il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı da bu müqavilə üzrə borcun ödənilməsini həm əsas borclu, həm də zaminlərdən tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi zaminə münasibətdə əsassızdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçının zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi vermə və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə digər Cavabdeh2 qarşı iddia tələbi onlara aid hissədə rədd olunmalıdır Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, 14.679,06 USD məbləğində əsas borca münasibətdə cavabdehdən 4.981,66 USD cərimə pulunun tutulması, əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 200 USD cərimə borcu tutulmalıdır. Məhkəmə eyni zamanda kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% faiz dərəcəsi ilə hesablanmış borcun cavabdehdən tutulmalı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 10-cu bəndinə qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, kredit borcu tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli №3-li Əlavə Sazişə əsasən, 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablanmaqla tutulmalıdır. Belə ki, tərəflər ödəniş qaydasını bu formada müəyyən etmişlər və bu hal müqavilələrin azadlığı prinsipinə əsasən mülki qanunvericiliyə zidd deyildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 14.679,06 (on dörd min altı yüz yetmiş doqquz ABŞ dolları, altı sent) ABŞ dollarıəsas, 5.822,66 (beş min səkkiz yüz iyirmi iki ABŞ dolları altmış altı sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.117,52 (iki min bir yüz on yeddi ABŞ dolları, əlli iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.819,24 ABŞ dolları (iyirmi iki min səkkiz yüz on doqquz ABŞ dolları, iyirmi dörd sent) və 185,84 (yüz səksən beş manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət olaraq bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə saziş ilə kreditin müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı isə xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 185,84 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 127 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 14.679,06 (on dörd min altı yüz yetmiş doqquz ABŞ dolları, altı sent) ABŞ dolları əsas, 5.822,66 (beş min səkkiz yüz iyirmi iki ABŞ dolları altmış altı sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.117,52 (iki min bir yüz on yeddi ABŞ dolları, əlli iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.819,24 ABŞ dolları (iyirmi iki min səkkiz yüz on doqquz ABŞ dolları, iyirmi dörd sent) və 185,84 (yüz səksən beş manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə ilə təmin edilmiş 22.819,24 ABŞ dolları məbləğində kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 manat hesablansın. 127 (yüz iyirmi yeddi) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5208/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5208/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver