Məhkəmə qərarları › İş №e-2(011)-5248/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5248/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5248/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2, Cavabdeh Şıxəliyev (Əzizov) Sahil Səid oğlunun iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Cavabdeh2 qarşı 3480 (üç min dörd yüz səksən) manat məbləğində əsas borcun, 3654 (üç min altı yüz əlli dörd) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik məbləğində hesablanmaqla 50 (əlli) manat pulun və ödənilmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunn və 200 (iki yüz) manat məbləğində vəkil xərcinin cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin “RKS Spontini 110cc” markalı ağ rəngli L8YTCHPP0LKA00798 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin satışından əldə olunan pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Cavabdeh2 tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə müraciət edərək, 3480 (üç min dörd yüz səksən) manat məbləğində əsas borcun, 3154 (üç min yüz əlli dörd) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik məbləğində hesablanmaqla 50 (əlli) manat pulun və ödənilmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunn və 200 (iki yüz) manat məbləğində vəkil xərcinin cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Cavabdeh2 tutuluraq İddiaçı MMC-yə ödənilməini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı MMC ilə 33\21 saylı xx.xx.2021-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”-nın mülkiyyətinə vermiş, “Alıcı” isə 3780 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcı”-ya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə digər cavabdeh Şıxəliyev (Əzizov) Sahil Səid oğlu arasında 33/21 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Şıxəliyev (Əzizov) Sahil Səid oğlunun cavabdeh “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanməş cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”-nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən“Satıcı”-ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 33\21 saylı xx.xx.2021-ci il tarixli girov müqaviləsinə əsasən, 2020-ci il istehsalı, “RKS Spontini 110cc” markalı ağ rəngli L8YTCHPP0LKA00798 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-nə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından cavabdehlərin nisyə alqısatqı müqaviləsi üzrə əsas borcu 3480 (üç min dörd yüz səksən) manat təşkil edir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi halda “Satıcı”-nən ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və ziyan tam şəkildə ödənilməlidir.Dəfələrlə şifahi qaydada və xx.xx.2022-ci ildə yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olsa da, cavabdeh müxtəlif bəhanələr edərək ödənişi etməkdən boyun qaçırmışdır. 33\21 saylı xx.xx.2021-ci il nisyə alqı-satqı müqavilənin 3.2ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədikdə “Alıcı” “Satıcı”-ya ödənişi gecikdirdiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 3654 (üç min altı yüz əlli dörd) manat təşkil edir. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətə vurulan ziyanın ödənilməsi ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 33\21 saylı xx.xx.2021-ci il alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə cavabdehin mülkiyyətinə vermiş və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 290 manat məbləğində olmaqla, ilkin 300 manat ödəniş etməklə cəmi 3780 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 33\21 saylı xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Şıxəliyev (Əzizov) Sahil Səid oğlu İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 33\21 saylı xx.xx.2021-ci il alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməi üçün məsuliyyət daşıyır. İş materiallarında olan 33\21 saylı xx.xx.2021-ci il tarixli Girov müqaviləsinə əsasən 2020-ci il istehsalı, “RKS Spontini 110cc” markalı ağ rəngli L8YTCHPP0LKA00798 ban nömrəli nəqliyyat vasitəsini İddiaçı MMC-yə girov kimi təqdim emişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3480 manat əsas, 3654 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində borc zrə 50 manat ümumilikdə 7184 anat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borc məbləğlərinə mütənasib olmadığıdan 33\21 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 3654 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə gecikdirilmiş vaxt üçün illik məbləğində hesablanmaqla 50 (əlli) manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əssən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, gecikdirilmiş vaxt üçün illik məbləğində hesablanmaqla 50 (əlli) manat pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 92 manat məbləğində dövlət rüsumunun və 200 (iki yüz) manat məbləğində vəkil xərcinin cavabdehlərddən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər cavabdeh Şıxəliyev (Əzizov) Sahil Səid oğlunun mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncular mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Cavabdeh2 arasında bağlanılmış 33\21 saylı xx.xx.2021-ci il alqı-satqı müqaviləsi və 33\21 saylı xx.xx.2021-ci il zaminlik müqavilələrinə əsasən əsas borca görə 3480 (üç min dörd yüz səksən) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 50 (əlli) manat, ümumilikdə 3550 (üç min beş yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 (doxsan iki) manat, hüquqi xidmətə görə ödənilmiş haqqın əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Cavabdeh2 alınaraq “İddiaçı MMC -yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar