Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5253/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borc tələbinə dair” (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STN03-2592 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 188 manat əsas borc, 56,40 manat dəbbə pulu (cərimə borcu); MOB03-0998 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 266 manat əsas borc, 79,80 manat dəbbə pulu (cərimə borcu); STN03-2830 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 78 manat əsas borc, 23,40 manat dəbbə pulu (cərimə borcu); MOB03-1120 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 180 manat əsas borc, 54 manat dəbbə pulu (cərimə borcu); STN03-2953 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 237 manat əsas borc, 71,10 manat dəbbə pulu (cərimə borcu); STN03-3269 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 1000 manat əsas borc, 300 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 45,40 manat dövlət rüsumu ilə birlikdə ümumilikdə, 2579,70 (iki min beş yüz yetmiş doqquz manat yetmiş qəpik) manat pul məbləğinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixində STN03-2592 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 472 manat dəyərində 01 ədəd “Zilan ZLN 7993 (qəhvəyi)” markalı qəhvə üyüdən, 01 ədəd “X6 50 LT” markalı elektrikli soba, 01 ədəd “Zilan ZLN 8426” markalı mikser, 01 ədəd “Zilan ZLN 9124” markalı blender, 01 ədəd “Zilan ZLN 1693” markalı tərəzi və 01 ədəd “Zilan ZLN 8327 (qara) ” markalı toster almışdır. Hədiyyə verən X4 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-021/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2018-ci il tarixli STN03-2592 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə 16 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 188 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 38 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: xx.xx.2018-50,00 azn, xx.xx.2019-26,00 azn, xx.xx.2019-38,00 azn, xx.xx.2019-38,00 azn, xx.xx.2019-38,00 azn, xx.xx.2019-38,00 azn, xx.xx.2019-40,00 azn. Cavabdeh cəmi 268 azn ödəniş etmişdir. Qalıq borcu - 188 azn təşkil edir. Qalıq borc 188 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 56,40 azn təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. Bundan başqa təkrarən, X4 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində MOB03-0998 saylı alqısatqımüqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 456 manat dəyərində “Samsung SM-J330 Black” markalı mobil telefon almışdır. Hədiyyə verən X4 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-022/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2018-ci il tarixli MOB03-0998 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödənişsiz, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 456 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 38 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: xx.xx.2019-38,00 azn, xx.xx.2019-38,00 azn, xx.xx.2019-38,00 azn, xx.xx.2019-38,00 azn, xx.xx.2019-38,00 azn. Cavabdeh cəmi 190 azn ödəniş etmişdir. Qalıq borcu - 266 azn təşkil edir. Qalıq borc 266 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 79,80 azn təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. Bundan başqa təkrarən, X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN03-2830 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 234 manat dəyərində “Kenwood BM230” markalı Çörək bişirən almışdır. Hədiyyə verən X4 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-023/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2019-cu il tarixli STN03-2830 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödənişsiz, 6 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 234 azn ümumi məbləği 6 ay ödəniş etmək şərti ilə, har ay 39 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: xx.xx.2019-39,00 azn, xx.xx.2019-40,00 azn, xx.xx.2019-30,00 azn, xx.xx.2019-8,00 azn, xx.xx.2019-39,00 azn. Cavabdeh cəmi 156 azn ödəniş etmişdir. Qalıq borcu - 78 azn təşkil edir. Qalıq borc 78 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 23,40 azn təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. Bundan başqa təkrarən, X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində MOB03-1120 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 240 manat dəyərində “X7 8GB Black” markalı mobil telefon almışdır. Hədiyyə verən X4 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-024/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2019-cu il tarixli MOB03-1120 saylı alqısatqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödənişsiz, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 240 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 20 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: xx.xx.2019-20,00 azn, xx.xx.2019-20,00 azn, xx.xx.2019-20,00 azn. Cavabdeh cəmi 60 azn ödəniş etmişdir. Qalıq borcu - 180 azn təşkil edir. Qalıq borc 180 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 54 azn təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. Bundan başqa təkrarən, X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN03-2953 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 312 manat dəyərində “Zilan ZLN 9294” markalı qazan almışdır. Hədiyyə verən X4 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-025/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2019-cu il tarixli STN03-2953 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödənişsiz, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 312 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 25 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: xx.xx.2019-25,00 azn, xx.xx.2019-25,00 azn, xx.xx.2019-25,00 azn. Cavabdeh cəmi 75 azn ödəniş etmişdir. Qalıq borcu - 237 azn təşkil edir. Qalıq borc 237 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 71,70 azn təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. Bundan başqa təkrarən, X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN03-3269 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 1000 manat “Samsung WW65K52E69S” markalı paltar-yuyan almışdır. Hədiyyə verən X4 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-026/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2019-cu il tarixli STN03-3269 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödənişsiz, 10 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 1000 azn ümumi məbləği 10 ay ödəniş etmək şərti ilə, har ay 99 azn ödəniş etməli idi. Cavabdeh heç bir ödəniş etməmişdir. Qalıq borcu - 1000 azn təşkil edir. Qalıq borc 1000 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 300 azn təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. STN03-2592 № alqı-satqı müqavilə üzrə - 188 azn əsas borc, 56,40 azn dəbbə pulu (cərimə borcu), MOB03-0998 № alqı-satqı müqavilə üzrə- 266 azn əsas borc, 79,80 azn dəbbə pulu (cərimə borcu), STN03-2830 № alqı-satqı müqavilə üzrə - 78 azn əsas borc, 23,40 azn dəbbə pulu (cərimə borcu), MOB03-1120 № alqı-satqı müqavilə üzrə - 180 azn əsas borc, 54 azn dəbbə pulu (cərimə borcu), STN03-2953 № alqı-satqı müqavilə üzrə - 237 azn əsas borc, 71,70 azn dəbbə pulu (cərimə borcu) və STN03-3269 № alqısatqı müqavilə üzrə - 1000 azn əsas borc, 300 azn dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 45,40 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 2579,70 (iki min beş yüz yetmiş doqquz manat yetmiş qəpik) azn ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. TAB MMC, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianı qəbul etdiyini bildirdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2018-ci il tarixli, STN03-2592 №-li alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh “Zilan ZLN 7993” markalı qəhvə üyüdən, “X6 50 LT” markalı elektrikli soba, “Zilan ZLN 8426” markalı mikser, “Zilan ZLN 9124” markalı blender, “Zilan ZLN 1693” markalı tərəzi və “Zilan ZLN 8327” markalı toster kredit yolu ilə satılmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli, STN03-2592 №-li təhvil-təslim aktınnan görünür ki, Zilan ZLN 7993” markalı qəhvə üyüdən, “X6 50 LT” markalı elektrikli soba, “Zilan ZLN 8426” markalı mikser, “Zilan ZLN 9124” markalı blender, “Zilan ZLN 1693” markalı tərəzi və “Zilan ZLN 8327” markalı toster cavabdehə təhvil verilmişdir. STN03-2592 №-li xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əlavəyə əsasən ödənişin hər gecikdirilən gün üçün aylıq ödənişin 1%-i həcmində əlavə məbləğ tutulur. xx.xx.2018-ci il tarixli, MOB03-0998 №-li alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh “Samsung J330” markalı telefon kredit yolu ilə satılmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli, MOB03-0998 №-li təhvil-təslim aktınnan görünür ki, “Samsung J330” markalı telefon cavabdehə təhvil verilmişdir. MOB03-0998 №-li xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əlavəyə əsasən ödənişin hər gecikdirilən gün üçün aylıq ödənişin 1%-i həcmində əlavə məbləğ tutulur. xx.xx.2019-cu il tarixli, STN03-2830 №-li alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh “Kenwood BM230” markalı çörək bişirən kredit yolu ilə satılmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, STN03-2830 №-li təhvil-təslim aktınnan görünür ki, “Kenwood BM230” markalı çörək bişirən cavabdehə təhvil verilmişdir. STN03-2830 №-li xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əlavəyə əsasən ödənişin hər gecikdirilən gün üçün aylıq ödənişin 1%-i həcmində əlavə məbləğ tutulur. xx.xx.2019-cu il tarixli, STN03-2953 №-li alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh Qazan Zilan ZLN 9294 kredit yolu ilə satılmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, STN03-2953 №-li təhvil-təslim aktınnan görünür ki, Qazan Zilan ZLN 9294 cavabdehə təhvil verilmişdir. STN03-2953 №-li xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əlavəyə əsasən ödənişin hər gecikdirilən gün üçün aylıq ödənişin 1%-i həcmində əlavə məbləğ tutulur. xx.xx.2019-cu il tarixli, MOB-1120 №-li alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh “X7 8gb” markalı telefon kredit yolu ilə satılmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, MOB-1120 №-li təhvil-təslim aktınnan görünür ki, “X7 8gb” markalı telefon cavabdehə təhvil verilmişdir. MOB-1120 №-li xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əlavəyə əsasən ödənişin hər gecikdirilən gün üçün aylıq ödənişin 1%-i həcmində əlavə məbləğ tutulur. xx.xx.2019-cu il tarixli, STN03-3269 №-li alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh “Samsung” markalı paltar-yuyan kredit yolu ilə satılmışdır. Göstərilən müqaviləyə əsasən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, STN03-3269 №-li təhvil-təslim aktınnan görünür ki, “Samsung” markalı paltar-yuyan cavabdehə təhvil verilmişdir. STN03-3269 №-li xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əlavəyə əsasən ödənişin hər gecikdirilən gün üçün aylıq ödənişin 1%-i həcmində əlavə məbləğ tutulur. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 188 manat ödənilməmiş hissə və 56,40 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 266 manat ödənilməmiş hissə və 79,80 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 78 manat ödənilməmiş hissə və 23,40 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 180 manat ödənilməmiş hissə və 54 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 237 manat ödənilməmiş hissə və 71,70 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1000 manat ödənilməmiş hissə və 300 manat cərimə borcu yaranmışdır. İşin materiallarında olan “İddiaçı MMC tərərfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh göndərilmiş pretenziya məktublarının surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 45,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 687 manat qalıq borcu və 285.65 manat cərimə borcu yaranmışdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cəmi 1949 manat məbləğində əsas borca münasibətdə cavabdehdən cəmi 584.7 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cəmi 192 manat cərimə tutulmalıdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 1949manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1949 manat əsas borc, 192 manat cərimə, cəmi 2141 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh STN03-2592 № alqı-satqı müqaviləsinə əsasən – 188 manat əsas borc, 18 manat dəbbə pulu (cərimə borcu); MOB03-0998 № alqı-satqı müqaviləsinə əsasən – 266 manat əsas borc, 26 manat dəbbə pulu (cərimə borcu); STN03-2830 № alqı-satqı müqaviləsinə əsasən – 78 manat əsas borc, 7 manat dəbbə pulu (cərimə borcu); MOB03- 1120 № alqı-satqı müqaviləsinə əsasən – 180 manat əsas borc, 18 manat dəbbə pulu (cərimə borcu); STN03-2953 № alqı-satqı müqaviləsinə əsasən – 237 manat əsas borc, 23 manat dəbbə pulu (cərimə borcu); STN03-3269 № alqı-satqı müqaviləsinə əsasən – 1000 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu), ümumilikdə 2141 manat pul məbləği alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,40 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5253/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5253/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver