Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5256/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV, HP notebook üçün 1387,40 manat ödənilməmiş hissə, 429 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********58699 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic ətçəkən, Modem TP- LİNK üçün 147 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Lenovo notebook üçün 1101,40 manat ödənilməmiş hissə, 331,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG qabyuyan üçün 398,80 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1313,20 manat ödənilməmiş hissə, 407 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, PlayStation-4 üçün 422,60 manat ödənilməmiş hissə, 133 manat dəbbə pulu olmaqla, cəmi 6236 manat borcun və 82,36 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Samsung LED TV, HP notebook, İMEİ kodu **********58699 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic ətçəkən, Modem TP-LİNK, Lenovo notebook, LG qabyuyan, Samsung LED TV və PlayStation4 almış və nəticədə 6236 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6248,20 manat təşkil etmişdir. Cavabdehlə aralarında olan telefon danışığı zamanı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasınında Cavabdeh izahatında göstərdi ki, qeyd olunan əşyaları iddiaçıdan götürüb hədiyyə vermişdir. Həmin dövrdə işləyir və borcunu ödəyirdi. Lakin indi işləmədiyindən ödəyə bilmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış:
1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 3327.40 manat olan (18 ay x 179.3 manat + 100 manat ilkin ödəniş) Samsung LED TV, HP notebooku;
2. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 901.20 manat olan (12 ay x 75.1 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********58699 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic ətçəkən, Modem TP- LİNK-i;
3. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 2310.40 manat olan (12 ay x 184.2 manat + 100 manat ilkin ödəniş) Lenovo notebooku;
4. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1768.80 manat olan (12 ay x 134.90 manat + 150 manat ilkin ödəniş) LG qabyuyanı;
5. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1819.20 manat olan (12 ay x 151.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV-ni;
6. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 891.60 manat olan (12 ay x 74.3 manat + 0 manat ilkin ödəniş) PlayStation 4-ü cavabdehə satmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1261 manat təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV, HP notebook üçün 1387,40 manat ödənilməmiş hissə, 429 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********58699 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic ətçəkən, Modem TP-LİNK üçün 147 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Lenovo notebook üçün 1101,40 manat ödənilməmiş hissə, 331,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG qabyuyan üçün 398,80 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1313,20 manat ödənilməmiş hissə, 407 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, PlayStation-4 üçün 422,60 manat ödənilməmiş hissə, 133 manat dəbbə pulu olmaqla, cəmi 6236 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, dəbbə pulunun məbləği xx.xx.2020-ci il tarixli müqavilə üzrə 49 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 45 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 31 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 47 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 33 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 80 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 82,36 manat məbdəğində dövlət rüsümunun yəni 65,90 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV, HP notebook üçün 1387,40 manat ödənilməmiş hissə, 49 manat dəbbə pulu olmaqla, cəmi 1436,40 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********58699 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic ətçəkən, Modem TP-LİNK üçün 147 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu olmaqla, cəmi 192 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Lenovo notebook üçün 1101,40 manat ödənilməmiş hissə, 31,60 manat dəbbə pulu olmaqla, cəmi 1133 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG qabyuyan üçün 398,80 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 418,80 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1313,20 manat ödənilməmiş hissə, 47 manat dəbbə pulu olmaqla, cəmi 1360,20 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, PlayStation-4 üçün 422,60 manat ödənilməmiş hissə, 33 manat dəbbə pulu olmaqla, cəmi 455,60 manat, ümumilikdə 4996 (dörd min doqquz yüz doxsan altı) manat borc və ödənilmiş dövlət rüsumunun 65,90 (altmış beş manat 90 qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev