Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5265/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – STN06-0403 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında - 848 manat əsas borc, 254,40 manat dəbbə pulu, STN06- 0481 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında - 450 manat əsas borc, 135 manat dəbbə pulu və STN03-4337 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında - 190 manat əsas borc, 57 manat dəbbə pulu və məhkəməyə ödənilən 39,40 manat dövlət rüsumu ilə birlikdə 1973,80 manat pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN06-0403 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 1512 manat dəyərində “LG GLB 552 GLPL” markalı soyuducu almışdır. Hədiyyə verən X1 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-006/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2019-cu il tarixli STN06-0403 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödənişsiz 18 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 1512 manat ümumi məbləği 18 ay ödəniş etmək şərti ilə, har ay 83 manat ödəniş etməli idi. Cavabdeh cəmi 664 manat ödəniş etmişir. Qalıq borcu 848 manat təşkil edir. Qalıq borc 848 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 254,40 manat təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmuşdur. Bundan başqa təkrarən, X1 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN06-0481 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 750 manat dəyərində “Whirlpool” markalı kondisioner almışdır. Hədiyyə verən X1 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-007/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2019-cu il tarixli STN06-0481 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödənişsiz, 15 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 750 manat ümumi məbləği 15 ay ödəniş etmək şərti ilə, har ay 50 manat ödəniş etməli idi. Cavabdeh cəmi 300 manat ödəniş etmişdir. Qalıq borcu - 450 manat təşkil edir. Qalıq borc 450 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 135 manat təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun "TAB” MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. Bundan başqa təkrarən, "TAB” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN03- 4337 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 240 manat dəyərində “Philips HR1855” markalı şirəçəkən almışdır. Müqavilə ilkin ödənişsiz, 6 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 240 manat ümumi məbləği 6 ay ödəniş etmək şərti ilə, har ay 40 manat ödəniş etməli idi. Cavabdeh cəmi 50 manat ödəniş etmişdir. Qalıq borcu - 190 manat təşkil edir. Qalıq borc 190 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 57 manat təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmuşdur. STN06-0403 № alqı-satqı müqavilə üzrə - 848 manat əsas borc, 254,40 manat dəbbə pulu (cərimə borcu); STN06-0481 № alqı-satqı müqavilə üzrə- 450 manat əsas borc, 135 manat dəbbə pulu (cərimə borcu) və STN03-4337 № alqısatqı müqavilə üzrə - 190 manat əsas borc, 57 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 39,40 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 1973,80 manat ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. TAB MMC, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə “Texnoplus” mağazası arasında xx.xx.2019-cu il tarixdə STN06-0403 saylı, xx.xx.2019-cu il tarixdə STN06-0481 saylı, xx.xx.2019-cu il tarixdə STN03-4337 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, “LG GLB 552 GLPL” markalı soyuducu, “Whirlpool” markalı kondisioner, “Philips HR1855” markalı şirəçəkən Cavabdeh satılmışdır. X1 BM-006/21 saylı xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə pul tələbini İddiaçı MMC-nə güzəşt etmişdir. Cavabdeh borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğlərdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə məbləğinin 80 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə məbləğinin 40 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə məbləğinin 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Odur ki, iddia tələbləri cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 39,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 17 aprel 2019-cu il tarixli müqaviləyə görə 848 (səkkiz yüz qırx səkkiz) manat ödənilməmiş borc, 80 (səksən) manat cərimə, 20 iyun 2019-cu il tarixli müqaviləyə görə 450 (dörd yüz əlli) manat ödənilməmiş borc, 40 (qırx) manat cərimə, 16 dekabr 2019-cu il tarixli müqaviləyə görə 190 (yüz doxsan) manat ödənilməmiş borc, 20 (iyirmi) manat cərimə borcu və 39,40 (otuz doqquz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1667,40 (min altı yüz altmış yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-5265/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5265/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver