Məhkəmə qərarları › İş №e-2(011)-5289/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5289/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5289/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nə aid, guya, İddiaçı ilə bağladığını bəyan etdiyi, xx.xx.2013-cü il tarixli, 314 k/k nömrəli Kredit müqaviləsinin bağlanmamış hesab edilməsi, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin İddiaçı ilə bağlanmamış xx.xx.2013-cü il tarixli, 314 k/k nömrəli Kredit müqaviləsi üzrə iddiaçıya hazırki anadək qanunsuz hesabladığı bütün borcun (əsas, faiz,cərimə) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2206/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “LPO Cavabdeh ASC-nin hüquqi ünvanı iddia ərizəsində ünvan 1də, LPO Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 olduğu müəyyən edilmişdir”. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2206/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı aidiyyətlə bağlı məsələdə məhkəmələr arasında fikir ayrılığına səbəb olduğundan məsələnin həlli məqsədilə mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 314k/k nömrəli kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və həmin kredit müqaviləsinə görə əsassız hesablanmış borcun silinməsi barədədir, iddia ərizəsindən və “Elektron məhkəmə” İnformasiya sistemi vergi ödəyiciləri məlumatları barədə elektron Çıxarışdan görünür ki, Cavabdeh ASC-nin (ləğv prosesindədir) hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev 31”-dir. Bundan başqa, İddiaçı hazırkı tələb ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-2(011)-2598/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmış, həmin qərardaddan isə şikayət verilməmişdir. Göründüyü kimi iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə məhkəmə tərəfindən icraata qəbul edilmiş, məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməsi barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən cavabdehin olduğu ünvanının Xətai rayonu ərazisi olmadığı halda, əsassız olaraq mülki iş baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, məhkəmə işi əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa, iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa, hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş, ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar