Məhkəmə qərarları › İş №e-2(011)-5306/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5306/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5306/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdeh Tasdemir Erhana qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ İddiaçı cavabdehdən 30 000 manat əsas borc məbləğinin, 6000 manat bank xidmət haqqı, 180 manat məhkəmə xərcinin, 2000 manat faiz borcu, ümumilikdə 32 240 manat pul məbləğinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 30 000 manat pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə 30 000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə aralarında notarial qaydada Bakı şəhəri 12 saylı notariat ofisində xüsusi notariusu H.Z.Hüseynov tərəfindən bağlanmış xx.xx.2021-ci il tarixli (3M-300 nömrə ilə qeydə alınan) Kredit (Borc) müqaviləsinə əsasən, tərəfimdən sonuncuya xx.xx.2021-ci il tarixinədək 30.000 (otuz min) manat məbləğində pul verilməşi nəzərdə tutulmuşdur. Tərəfimdən həmin gün “Günay Bank" ASC-nin 4 saylı filialında tərəfindən bu vəsait cavabdehə ödənilmişdir. Lakin cavabdeh öz öhdəliklərini qərəzli şəkildə pozaraq, borc müqaviləsi əsasında ona ödənilən vəsaiti geri qaytarmaqdan qərəzli şəkilədə yayınır. Tərəfindən dəfələrlə bu vəsaitin geri qaytarılması sonuncuya bildirilsə də o, bu günə kimi 16 ay müddətində ona olan borcunu könüllü şəkildə qaytarmamış və bununla da tərəfindən ondan faiz borcu olaraq əlavə 2000 manat tələb edilməsini qanuna müvafiq hesab edir. Notarial qaydada müqavilə bağlanarkən cavabdeh xarici vətəndaş ünvan 1 ünvanında qeydiyyatda olmaqla bu mənzildə yaşayırdı. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. İşin hallarından da göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 30 000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 2000 manat faiz məbləğinin tələb edilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin iddianın 60 manat bank xidmət haqqının və 180 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 30 000 manat məbləğində borc, 2000 manat faiz borcu, 60 manat bank xidmət haqqı və 180 manat dövlət rüsumu, cəmi 32 240 manat pul Tasdemir Erhandan tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar