Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5310/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 ABŞ dolları (8.500 manat) və 141 manat beh müqaviləsi ilə ödənilmiş zərərin, qaldırılmış iddiaya görə vəkilə ödənilmiş 220 manat məbləğinin, müvəqqəti təminat tədbiri barədə qərardaddan edilmiş şikayətlərə görə ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 100 manat məbləğinin, hazırki iddianın qaldırılması üçün vəkilə ödənilmiş 320 manat olmaqla, cəmi 9.281 manat pul məbləğinin və 124 manat dövlət rüsumunun, mənəvi zərərə görə 2.000 manat məbləğinin alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X7 və X3 qarşı pul tələbi və avtomobilin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək 28.380 ABŞ dolları və 2 illik 5 faiz dəbbə pulu – 2.838 ABŞ dolları olmaqla, cəmi 31.210 ABŞ dollarına ekvivalent olaraq 53.057 manatın müştərək qaydada cavabdehlər X10 və X2 tutularaq iddiaçılara ödənilməsi və ya “Lexus LX570” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin satılmasına dair xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilərək avtomobilin iddiaçıların mülkiyyətinə qaytarılması barədə qətnamənin qəbul olunmasını xahiş etmiş, həmin mülki işin gedişində iddiaçının mülkiyyətində olan “Lexus LX570” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri barədə ərizə vermiş, Nərimanov Rayon Məhkəməsinin e-16(005)-79/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, e-2(005)-1017/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək “Lexus LX570” markalı, JTJHY00W904084230 ban nömrəli, ******* mühərrik nömrəli 2012-ci il buraxılışlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra olunması qərara alınmışdır. İddiaçı cavabdehlərin əsassız iddiaları səbəbindən həmin mülki işdə vəkil tutmuş, bu səbəbdən pul ödəməli olmaqla yanaşı həmin dövrdə ailə ehtiyacları üçün avtomobilini satmaqla bağlı bağladığı beh müqaviləsinə görə aldığı pul qarşılığında avtomobili sənədləşdirə bilmədiyindən avtomobili satmaqla bağlı beh müqaviləsi bağladığı şəxsin iddiaçını məhkəməyə verməsi səbəbindən məhkəmə qətnaməsi ilə ona iki qat pul qaytarmalı olmuşdur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2309/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 5.000 ABŞ dolları behin iki misli olan 10.000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı alınıb iddiaçı X4 verilməsi, ödənilmiş dövlət rüsumunun ona aid edilməsi, İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Cavabdehlərə ailə ehtiyacları səbəbindən avtomobili təcili satmalı olduğunu və həbs səbəbindən sata bilmədiyindən, həbs qərardadından şikayətlərin təmin edilmədiyindən yalnız özlərinin həbs qərardadını ləğv edə biləcəyindən həbsin götürülməsini xahiş etsə də xahişini yerinə yetirməmiş və iddiaçıya xeyli maddi və mənəvi zərər vermişdirlər. Belə ki, iş üzrə yekun məhkəmə qətnaməsi ilə iddiaçının avtomobilinin alqı-satqısı ləğv edilməməklə yanaşı, nə ondan, nə də avtomobilini aldığı adamdan pul tutulmamışdır. Cavabdehlərin iddia ərizəsindən və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən də göründüyü kimi cavabdehlərin bütün iddiaları Zaur Xıdırovun onları aldadaraq qəzalı avtomobil satması və həmin alqı-satqı ilə bağlı yaranmış narazılıq olduğu halda onlar əsassız olaraq iddiaçının avtomobilini 1 ilə yaxın müddətdə satmağına və mülkiyyət hüququnu həyata keçirməyə əsassız mane olmuş və bu səbəbdən ona xeyli maddi və mənəvi zərər vurmuşdurlar. Belə ki, iddiaçı həm həmin mülki işin gedişində vəkilə pul ödəməli olmuş, həm ailə ehtiyacları üçün avtomobilin satılmasına görə bağladığı beh müqaviləsinə görə iki qat pul ödəməli olmuş, həm dövlət rüsumları ödəməli olmuş, həm də bu səbəbdən xeyli stress çəkməklə mənəvi zərərə uğramışdır. Onların iddiaçıya vurduqları zərər aşağıdakılardır:
1. 5000 ABŞ dolları aldığı behə görə əlavə qaytardığı zərəri və 141 manat iddiaçıya ödədiyi dövlət rüsumunu, 2. Cavabdehlərin qaldırdıqları iddiaya görə Nərimanov Rayon və Bakı Apellyasiya məhkəməsində təmsil olunmağı üçün vəkilə ödədiyi 220 manat, 3. Müvəqqəti təminat tədbiri barədə qərardaddan etdiyi şikayətlərə görə ödədiyi dövlət rüsumlarının əvəzi kimi 100 manat, 04. Hazırki iddianın qaldırılması üçün vəkilə ödədiyi 320 manat və 120 manat dövlət rüsumu olmaqla ümumilikdə 9.401 manat maddi zərər və 2.000 manat mənəvi zərər. İddiaçı onu da qeyd edir ki, bu hadisələr zamanı onun səhhətində xeyli problem yaranmasından əlavə, ailəsində baş vermiş qəzaya görə qarşı tərəfə vurduqları zərərləri ödəmək üçün vacib pul lazım olduğundan mülkiyyətində olan avtomobili sata bilməmiş xeyli sarsıntı keçirməklə yanaşı xeyli borca və maddi zərərə uğramışdır. Cavabdehlər isə bu zərərləri ödəməkdən imtina etdiyindən o, Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin zərərlərin məhkəmə qaydasında alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar məhkəməyə gəlməmişlər və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə etirazdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 16(005)-79/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə təmin olunmuş müvəqqəti təminat tədbiri barədə ərizənin iddia tələbi ilə səbəbli əlaqəsi yoxdur. Belə ki, cavabdehin ərizəsi və hərəkətlərində heç bir qanun pozuntusu olmamış və bu məhkəmə qərardadı ilə müəyyən olunmuşdur. Cavabdehin həm MTT ərizəsi, həm də iddia ərizəsi ilə pozulmuş hüquqlarını bərpa etmək niyyətində olmuş və buna qismən nail olmuşdur. Belə olan halda iddiaçının iddia tələbi tamamilə əsassızdır və ona cavabdeh tərəfindən heç bir ziyan vurulmamışdır. Bundan əlavə iddiaçı beh müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğin iki mislini Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2309/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsilə X5 qaytarmış və bu məbləği də qaytarmasında cavabdehi təqsirli hesab edir. Cavabdeh2 və onun arvadının iddiaçıya qarşı hər hansı qanunsuz hərəkəti olmamış, müvəqqəti təminat tədbirinin görülməsi barədə müraciəti iddia tələblərinə müvafiq olmuşdur. İddia tələbi həmçinin status kvonun bərpa edilməsi və mübahisəii avtomaşının faktiki onların sahibliyinə qaytarılması barədə idi. Əlavə olaraq yuxarıda qeyd edilmişdir ki, iddiaçıya qarşı edilən hər hansı hüquq pozuntusu varsa belə, həmin pozuntu cavabdeh tərəfindən törədilmədiyi üçün mənəvi zərər də cavabdehdən tələb edilə bilməz və bu qanunla yolverilməzdir. Belə olan halda iddiaçıya dəymiş zərərin kim və hansı səbəbdən törədilməsi araşdırılmalıdır. İddiaçı avtomaşını satmaq üçün beh almazdan əvvəl satdığı əmlak üzərində yüklülük olub-olmamasını yoxlamalı, yalnız bundan sonra müqavilə bağlamalı idi. Belə beh müqaviləsi bağlamışsa da ona qarşı qaldırılan iddiaların əsassızlığını (əqdin baş tutmamasında onun təqsiri olmamasını) sübut etməli idi. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(005)-1017/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X8 və X7 qarşı, mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb olunmaqla, “müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının mülkiyyətinə geri qaytarılması və ya pulun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – 28.380 ABŞ dolları və 2.838 ABŞ dolları pul tələbinin rədd edilməsinə aid hissədə ləğv edilmiş, iddia tələbi qismən tələb təmin olunmuş, 17.700 ABŞ dolları və həmin pulun gecikdirilməsinə görə 1.770 ABŞ dolları, cəmi 19.470 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla X6 alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(102)-555/2024 saylı qərarından görünür ki, cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 15 sentyabr 2023-cü il tarixli 2(103)-5319/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində dəyişdilmədən saxlanılması qərara almışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2309/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 5000 ABŞ dolları behin iki misli olan 10.000 (on min) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınıb iddiaçı X4 verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsini qət etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-16(005)-79/2023 saylı qərardadından görünür ki, e-2(005)-1017/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək “Lexus LX570” markalı, JTJHY00W904084230 ban nömrəli, ******* mühərrik nömrəli 2012-ci il buraxılışlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-16(005)-79/2023 saylı qərardadından görünür ki, maraqlarına toxunulan şəxs İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş müvəqqəti təmin tədbirinin ləğvi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-16(005)-79/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(005)-79/2023 saylı qərardadından cavabdeh X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-16(005)-79/2023 saylı qərardadından görünür ki, maraqlarına toxunulan şəxs İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş müvəqqəti təmin tədbirinin ləğvi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddia tələbindən göründüyü kimi İddiaçı özünün üçüncü şəxs kimi cəlb edildiyi iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X3 və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının mülkiyyətinə geri qaytarılması və ya pulun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə baxılarkən “Lexus LX570” markalı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi nəticəsində ona dəymiş zərərin cavabdehlərdən tutulmasını tələb edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus avtomobili X1 bilməməsi nəticəsində sonuncunun verdiyi behi məhkəmə qətnaməsinə əsasən ikiqat qaytarmalı olmuşdur və bununla da zərərə məruz qalmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mülki qanunvericiliyin qeyd edilən müddəalarının mənasına əsasən, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün üç əsas ünsürünün məcmu halda mövcud olması lazımdır – zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Bu o deməkdir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi cavabdehlərin qanunsuz iddiaları nəticəsində nəticəsində ona maddi və mənəvi zərər dəydiyini sübuta yetirməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, Nərimanov Rayon Məhkəməsində baxılan mülki iş üzrə mübahisənin predmeti olan “Lexus LX570” markalı avtomobilin satılmasına dair müqavilənin etibarsızlığı və həmin avtomobilin geri qaytarılmasına dair iddia tələbləri irəli sürülmüş və buna müvafiq olaraq müvəqqəti təminat tədbiri görülmüşdür. Müvəqqəti təminat tədbirinin məhkəmə tərəfindən tətbiq olunması qanunvericiliyin tələblərinə zidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Mülki-Prosessual Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, həmçinin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. Göründüyü kimi, məhkəmə tərəfindən mübahisə müddətində mübahisə predmetinin qorunub saxlanılması və iddianın təmin edildiyi təqdirdə maraqlı şəxslərin hüquqlarının pozulmasının aradan qaldırılmasından ötrü müvəqqəti təminat tədbiri qismində mübahisəli əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlərin törətdikləri qanun pozuntusuna (pozuntularına) görə iddiaçıya maddi və mənəvi zərərin vurulması öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddia tələbləri həm maddi, həm də mənəvi zərərin vurulması hissələrində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 ABŞ dolları (8.500 manat) və 141 manat beh müqaviləsi ilə ödənilmiş zərərin, qaldırdıqları iddiaya görə vəkilə ödənilmiş 220 manat, müvəqqəti təminat tədbiri barədə qərardaddan olunan şikayətlərə görə ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 100 manat, hazırki iddianın qaldırılması üçün vəkilə ödənilmiş 320 manat olmaqla, cəmi 9.281 manat pulun və 124 manat dövlət rüsumunun, mənəvi zərərə görə 2.000 manatın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddia tələbləri təmin ediməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva