Məhkəmə qərarları › İş №e-2(011)-5314/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5314/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5314/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 4277,18 manat əsas borc, 284.71 manat cari faiz borcu və 240.00 manat cari dəbbə borcu olmaqla,cəmi 4 801.89 manat kredit borcunun və 68.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırılmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” X1 Cavabdeh1 arasında bağlanmış aprel 2022-ci il tarixliGARA-2996-1702 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 21% faizlə 36 ay müddətinə 7 000.00 (yeddi min) manat kredit verilmiş və kreditin aylıq 264.00 manat olmaqla ödənilməsimüəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 13 aprel 2022-ci il tarixli GARA-2996-1702+MARD-355 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 22 may2024-cü il tarixinədək verilmiş kredit üzrə 4 277.18 manat əsas borc, 284.71 manat cari faiz borcu və 240.00 manat cari dəbbə borcu olmaqla, cəmi 4 801.89 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında qeyd edilir ki: “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Hazırda əsas borc məbləğinin ödənilməsini tələb edirlər, faiz məbləğinin bildirişdə göstərilən məbləğdə tutulmasına etiraz etmir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, "xxxx" MMC-yə 4362,42 AZN əsas, 207 AZN faiz borcu olmasını etiraf etmiş, iddia tələbini cərimə hissədə qəbul etmədiyini qeyd etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli GARA-2996-1702 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli GARA-2996-1702+MARD-355 saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 ilə Cavabdeh1 arasında borclunun öhdəliyini lazımınca və vaxtında icra etmədiyi təqdirdə kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin qarşısında birgə məsuliyyət daşımağı təsdiq edən Zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qrafikinə əsasən, Cavabdeh1 xx.xx.2025-ci il tarixinə qədər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə hissə-hissə əsas məbləğ qismində 7000 manat, faiz qismində isə 2493,21 manat ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə əsas borcun 2722,82 manat hissəsi, faiz borcunun 2049,67 hissəsini, 436,73 manat dəbbə borcu, ümumilikdə isə 5209,22 manat ödəmişdir. Həmin ödənişlər nəticəsində borclunun 4277,18 manat əsas borcu, 284,71 manat faiz borcu, 240 manat dəbbə borcu, ümumilikdə isə 4801,89 manat borcu ödənilməmiş qalmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən borclu Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməklə onlardan xx.xx.2022-ci il tarixli GARA-2996-1702 saylı Kredit müqaviləsi üzrə, 4362,42 manat əsas borc, 207,74 manat cari faiz borcu və 111,12 manat cari dəbbə borcu olmaqla,cəmi 4681,28 manat kredit borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 156,34 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında Cavabdeh1 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən 36 ay müddətinə 7000 manat məbləğində kreditin ayrılması barədə xx.xx.2022-ci il tarixli GARA- 2996-1702 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borclu Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli GARA-2996-1702+MARD-355 saylı Zaminlik müqaviləsi imzalayaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin qarşısında birgə məsuliyyət daşımaqları ilə bağlı öhdəlik götürmüşlər, cavabdehlər müvafiq müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu yaranmışdır, iddiaçı 4277,18 manat əsas borc, 284.71 manat cari faiz borcu və 240.00 manat cari dəbbə borcunu tələb edir, iddiaçı tərəfindən cavabdehlərə borcunun olması və onun ödənilməsi barədə bildiriş göndərilmişdir, həmin bildirişdə 4362,42 manat əsas borc, 207,74 manat cari faiz borcu və 111,12 manat cari dəbbə borcu olmaqla,cəmi 4681,28 manat kredit borcunun 5 gün müddətində 4362,42 manat əsas borc, 207,74 manat cari faiz borcu və 111,12 manat cari dəbbə borcu olmaqla, cəmi 4681,28 manat kredit borcunun 5 gün müddətində ödənilməsi tələb edilmişdir, cavabdehlərdən Cavabdeh1 iddia tələbini qismən (4362,42 AZN əsas, 207 AZN faiz borcunu) qəbul edir. Bununla belə, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğinin 4277,18 manat olmasını və cavabdehin əsas borc məbləğini qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, xx.xx.2022-ci il tarixli GARA-2996-1702 saylı kredit müqaviləsi üzrə 4277,18 manat əsas borc məbləği cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən faiz məbləğinə münasibətdə qeyd edir ki, cavabdehlərə göndərilmiş bildirişdə həmin məbləğ 207,74 manat kimi göstərildiyindən və bildirişin göndərilməsi ilə də müqavilə ləğv edilmiş hesab edildiyindən, eləcə də, cavabdeh 207 manat faiz borcunu etiraf etdiyindən, xx.xx.2022-ci il tarixli GARA-2996-1702 saylı kredit müqaviləsi üzrə 207,74 manat faiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2022-ci il tarixli GARA-2996-1702 saylı müqavilə üzrə 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli GARA-2996-1702 saylı kredit müqaviləsi üzrə 4277,18 manat əsas, 207,74 manat faiz, 100 manat dəbbə pulu, cəmi 4584,92 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilmiş iddia tələbinin həcmi (4584,92) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 65,85 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan çox 1000 manatdan az olduqda, 30 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli GARA-2996-1702 saylı kredit müqaviləsi üzrə 4277,18 manat əsas, 207,74 manat faiz, 240 manat dəbbə pulu, cəmi 4584 (dörd min beş yüz səksən dörd) manat 92 (doxsan iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 (altmış beş) manat 25 (səksən beş) qəpik məbləğdə pul Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada alınaraq iddiaçı "TBC Kredit BOKT” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar