Məhkəmə qərarları › İş №e-2(011)-5365/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5365/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5365/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış xx.xx.2022-ci il tarixli, LM072200831№-li Kredit verilməsinə dair Razılaşma müqaviləsinə əsasən ona illik 13.99 faiz dərəcəsi ilə 22.000 manat məbləğində kredit verilmişdir. Kredit verilməsinə dair Razılaşma müqaviləsinin 1-ci bəndinə əsasən Cavabdehməqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür.

2. Müqaviləsinin 4-cü bəndinə əsasən kredit 48 ay müddətinə verilir və həmin müqavilənin 5-ci bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylıƏlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Müqaviləsinin 4-cü bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır.

3. 21 may 2024-cü il tarixə Cavabdeh Banka əsas borc üzrə 15.983,42 manat, faiz borcu üzrə 998,66 manat, cərimə qalıq 57,59 manat, cəmi 17.039,67 manat məbləğində borcu yaranmışdır.

İddiaçının tələbi:

4. Kredit verilməsinə dair Razılaşma müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22 may 2024-cü il tarixə əsas borc üzrə 15.983,42 manat, faiz borcu üzrə 998,66 manat, cərimə qalıq 57,59 manat olmaqla, cəmi 17.039,67 manat məbləğində kredit borcun və ödənilmiş 141,12 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxararılmasını xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz və yaxud digər sənəd məhkəməyə daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 öz izahatında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LM072200831№-li Kredit verilməsinə dair Razılaşma müqaviləsinə əsasən cavabdehə kredit 48 ay müddətinə, illik 13.99 faiz dərəcəsi ilə 22.000 manat məbləğində kredit verildiyini bildirmişdir. 21 may 2024-cü il tarixə Cavabdeh Banka əsas borc üzrə 15.983,42 manat, faiz borcu üzrə 998,66 manat, cərimə qalıq 57,59 manat, cəmi 17.039,67 manat məbləğində borcu yaranmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2022-ci il tarixli, LM072200831 №-li kreditin verilməsinə dair razılaşmaya əsasən, Cavabdeh 48 ay müddətinə, illik 13,99 % dərəcəsi ilə 22000 manat məbləğində kredit verilmişdir.

9. 29 iyul 2022-ci il tarixli ödəniş cədvəlinə əsasən, kreditin aylıq ödənişi 601,07 manat məbləğindədir.

10. İş materiallarına əlavə edilmiş bilidriş-xəbərdarlığa (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2024-cü il tarixə Cavabdeh gecikdirilmiş əsas borc üzrə 15983,42 manat, faiz borcu üzrə 812,29 manat, cərimə qalıq üzrə 35,77 manat olmaqla, cəmi 16831,48 manat məbləğində borcu olduğu bildirilmişdir. Banka borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda kredit müqaviləsinin xitam edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2022-ci il tarixli, LM072200831 №-li kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 15983,42 manat, 22 may 2024-cü il tarixinə faiz borcu üzrə 998,66 manat, 22 may 2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu 57,59 manat, borc üzrə iddia tələbinin cəmi məbləği 17039,67 manat məbləğindədir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Müraciətedənin qənaətinə görə, borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).

17. Məhkəmə qeyd edir ki, 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, borcalana bildiriş verilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirmiş olur. Mülki iş materiallarına əlavə edilmiş bilidriş-xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2024-cü il tarixə Cavabdeh gecikdirilmiş əsas borc üzrə 15983,42 manat, faiz borcu üzrə 812,29 manat, cərimə qalıq üzrə 35,77 manat olmaqla, cəmi 16831,48 manat məbləğində borcu olduğu bildirilmişdir.

18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, LM072200831 №-li kredit müqaviləsinə əsasən, əsas borc üzrə 15983,42 manat, faiz borcu üzrə 812,29 manat, cərimə qalıq üzrə 35,77 manat olmaqla, ümumilikdə 16831,48 (on altı min səkkiz yüz otuz bir manat qırx səkkiz qəpik) manat məbləğində borc ”AFB Bank” ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 140,50 (yüz qırx manat əlli qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, LM072200831 №-li kredit müqaviləsinə əsasən, əsas borc üzrə 15983,42 manat, faiz borcu üzrə 812,29 manat, cərimə qalıq üzrə 35,77 manat olmaqla, ümumilikdə 16831,48 (on altı min səkkiz yüz otuz bir manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”AFB Bank” ASC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 140,50 (yüz qırx manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı ”AFB Bank” ASC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar