Məhkəmə qərarları › İş №e-2(011)-5367/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5367/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5367/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən Playstation 5, PS5 Dualsense, PS5 Dualsense Charging üçün 1418,5 (min dörd yüz on səkkiz manat əlli qəpik) manat ödənilməmiş hissə, 141,5 (yüz qırx bir manat əlli qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00614 olan İphone 11 markalı telefon, Canyon Jessıe qol saatı üçün 1354,09 (min üç yüz əlli dörd manat doqquz qəpik) manat ödənilməmiş hissə, 134,91 (yüz otuz dörd manat doxsan bir qəpik) manat cərimə, ümumilikdə 3049 manat borc, 50.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Playstation 5, PS5 Dualsense, PS5 Dualsense Charging, İMEİ kodu **********00614 olan İphone 11 markalı telefon, Canyon Jessıe qol saatı almış və nəticədə 3049 (üç min qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1650 (min altı yüz əlli manat əlli qəpik) manat (yəni 12 ay x 137,5 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5, PS5 Dualsense, PS5 Dualsense Charging üçün, ümumilikdə 1560 (min beş yüz altış) manat olmaqla ondan, 1418,5 (min dörd yüz on səkkiz manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 141,5 (yüz qırx bir manat əlli qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1975,86 (min doqquz yetmiş beş manat səksən altı qəpik) manat (18 ay x 109.77 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********00614 olan İphone 11 markalı telefon, Canyon Jessıe qol saatı üçün ümumilikdə, 1489 (min dörd yüz səksən doqquz) manat olmaqla ondan, 1354,09 (min üç yüz əlli dörd manat doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 134,91 (yüz otuz dörd manat doxsan bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 853,27 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2022ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli 03645187 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" müştəriyə PS5 X2, Playstation 5 825 GB və PS5 X1 adlı malları satmış, o isə həmin malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli 03083280 saylı müqaviləyə əsasən "xxxx" müştəriyə İphone 11 (128 GB) - White (İMEİ kod: **********00614), Canyon Jessie KW-32 Pink/CNE-KW32PP və Paket Apple adlı malları satmış, o isə həmin malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktlarından görünür ki, PS5 X2, Playstation 5 (825 GB), PS5 X1, İphone 11 (128 GB) – White (İMEİ kod: **********00614), Canyon Jessie KW-32 Pink/CNE- KW32PP və Paket Apple adlı mallar Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 1650 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 137,5 manat, ilkin ödəniş 0 AZN olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, Cavabdeh toplam məbləği 1975,91 manat olan malı 18 ay müddətinə, aylıq ödənişi 109,77 manat, ilkin ödəniş 0 AZN olmaq şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 1418,5 manat ödənilməmiş hissə, 141,5 manat cərimə olmaqla, cəmi 1560 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1354,09 manat ödənilməmiş hissə, 134,91 manat cərimə olmaqla, cəmi 1489 manat, ümumilikdə 3049 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC, Cavabdeh müqavilə üzrə borcunu 3 iş günü müddətdə ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 50,49 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında PS5 X2, Playstation 5 (825 GB) və PS5 X1 adlı məhsullar üzrə xx.xx.2023-cü il tarixdə və İphone 11 (128 GB) - White (İMEİ kod: **********00614), Canyon Jessie KW-32 Pink/CNE-KW32PP və Paket Apple adlı məhsullar üzrə xx.xx.2022-ci il tarixdə alqı-satqı müqavilləri bağlanmışdır, iddiaçı, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə müqavilələrin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya borcu xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 1418,5 manat ödənilməmiş hissə, 141,5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1354,09 manat ödənilməmiş hissə, 134,91 manat cərimə olmaqla, ümumilikdə 3049 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1418,5 manat ödənilməmiş hissə, 141,5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1354,09 manat ödənilməmiş hissə, 134,91 manat cərimə olmaqla, ümumilikdə 3049 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilən 50,49 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 1418,5 manat ödənilməmiş hissə, 141,5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1354,09 manat ödənilməmiş hissə, 134,91 manat cərimə olmaqla, ümumilikdə 3049 (üç min qırx doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat 49 (qırx doqquz) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar