Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-537/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Nağızadə Gülnaz Nasir qızını katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. ünvan 1 İddiaçı mərhum atam X4 məxsus olmuş və iddiaçı 1977-ci ildən həmin mənzildə qeydiyyatdadır. xx.xx.1994-cü ildə həmin mənzil ilkin olaraq mərhum H.Əliyevin adına qeydiyyatdan keçmişdir. H.Əliyev dünyasını dəyişəndən sonra həmin mənzil xx.xx.2001-ci il tarixində vərəsəlik hüququ əsasında Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir.
İlkin iddia üzrə iddiaçının tələbi:
2. ünvan 1-ə istifadə hüququnun tanınması, rəsmi reyestrdə buna dair qeydiyyatın aparılması, onun və övladlarının həmin mənzildən istifadə etməyinə dair maneələrin aradan qaldırılması və mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İlkin iddi üzrə cavabdehin etirazı və qarşılıqlı iddia:
3. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun yetkinlik yaşına çatmayan övladına ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən müvafiq konpensasiya verilməsi ilə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin 3 illik kirayə haqqının, yəni 19800 manat məbləğində konpensasiya ödənilmsəsi şərtilə İddiaçı mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz izahatında bildirmişdir ki, 1976-cı ildən həmin evdə qeydiyyatda olmuşur. Hazırda 22 ildir ki, həmin evdə yaşamır və buna görə də kirayələrdə qalmaq məcburiyyətində qalmışdır. Bacısı və anası ilə münasibətləri korlandığı üçün evdən çıxmaq məcburiyyətində qalmışdır. Mübahisəli mənzildən 2003-cü ildə çıxmışdır. Hazırda evə köçürülmək və ya 60000 manat məbləğində kompensasiya ödənilməsini istədiyini bildirmişdir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz izahatıdan bildirmişdir ki, gəlini onun başını yarmışdır. Bundan sonra oğlu ilə münasibətləri pozulmuşdur. Onlar bir müddət küs qalandan sonra qardaşı onları barışdırmaq istəmişdir. Oğlunun övladlarından heç biri həmin evdə doğulmamışdır. Oğlu uzun müddətdir ki, evi tərk etmişdir. Hazırda oğlunun istifadə hüququna xitam verilməsini xahiş etmiş və 20000 manat məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 41 ünvanında yerləşən 31 saylı mənzildə qeydiyyatdadır.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il taixli məktuba əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 41 ünvanında yerləşən 31 saylı mənzil xx.xx.1994-cü il tarixində X3, xx.xx.2001-ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçirilmişdir.
9. Xəta rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 89 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı Heydər oğlu xx.xx.1977-ci il tarixindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 41 ünvanında yerləşən 31 saylı mənzildə qeydiyyatdadır.
10. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 088633 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 41 ünvanında yerləşən 31 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1598 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 41 ünvanında yerləşən köhnə tikili 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 m2 olan 4 otaqlı, 31 saylı mənzilin və həmin ərazidə ona oxşar şəraitli mənzillərin bir aylıq kirayə haqqının orta bazar qiyməti təxminən 550 manat müəyyən edilmişdir.
12. Digər sənədlər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
14. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
16. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
123. İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
17. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarı.
18. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarı.
19. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasinin Qanununun 5-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə ilkin iddia ərizəsini, eləcə də tərəflərin izahını və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 088633 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 41 ünvanında yerləşən 31 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. (§10) Həmçinin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğludur.
25. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırki mübahisələr 2001-ci ildən əvvəlki tarixdə yaranmış, iddiaçı mübahisəli mənzili 2003-cü ildə tərk etmiş və o zamandan ayrı yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (§17).
26. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.
27. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
28. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əvvəllər valideynlərinin həmin evdən istifadə hüququ yarandığı üçün istifadə hüququ yaranmışdır. Lakin hazırda o, uzun müddətdir ki, həmin mənzildə yaşamır. Məhəkəm iclasında verdiyi izah zamanı evdən 2003-cü ildə evdən zorla çıxarılamsı, daha sonra evə qayıtmaq üçün hər hansı cəhd etməsi ilə bağlı hər hansı sübutu məhəkəməyə təqdim etməmiş, ağıabatan izah verməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının şərhindən də göründüyü kimi, iddiaçının həmin mənzilə istifadə hüququ mövcud deyil, bu səbəbdən də ilkin iddia təmin edilməmilidr.
29. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun yetkinlik yaşına çatmayan övladına ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən müvafiq konpensasiya verilməsi ilə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. (§3)
30. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqların tanınması hissəsində rədd edildiyidən, qarşılıqlı iddia tələbi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməlidir.
31. İlkin iddia tələbibinin araşdırılması zamanı ilkin iddiaçının həminmənzilə istifadə hüququnun itirilməsi müəyyən ediləsə də, məhəkəm mülkiyyətçinin kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı təklifini iddiaçının kirayədə qalması, mülkiyyətçinin ailə üzvü olması hallarını nəzərə alaraq əsaslı hesab edir. Baxmayaraq ki, mülkiyyətçi yazılı müraciətində 19800 manat kompensasiya məbləğini təklid etsə də məhkəmə iclas zalında kompensasiya məbləğinin 20000 manat olması ilə bağlı da protokol qaydasında təklif irəli sürmüşüdür. (§6) Məhəkəmə təklif edilən məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1598 nömrəli ekspert rəyinə əsasən də ağlabatan və ədalətli hesab edir. (§11)
32. Məhkəmə qarşılıqlı iddia tələbini əsaslı hesab edir və təmin edir.
33. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi mülkiyyətçi Cavabdeh mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə kommunal xərclərə səbəb olur. Eyni zamanda İddiaçı qeydiyyatı formal xarakter daşıdığından onun həmin mənzildə qeydiyyatda qalması Cavabdeh mülkiyyət hüquqlarını məhdudlaşdırır.
34. Məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. (§19)
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, tərəflərin ödənilmiş dövlət rüsumunun qarı tərəfdən tutulması ilə bağlı tələbləri olmadığından ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.
37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də aiddir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin olunduğu üçün keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 50 manat hissəsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İlkin iddia rədd edilsin.
2. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilsin.
3. Qarşılıqlı iddia qismən təmin edilsin.
4. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 31 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin.
5. Qarşılqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin.
6. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 50 manat hissəsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilsin.
7. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.
8. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova