Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5381/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-si tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «ABC TELECOM” MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN LED TV, Sonorous Sureflix 142 asqı, İMEİ kodu **********63851 olan X1 9S markalı telefon, İMEİ kodu **********60958 olan Samsung Galaxy A32 markalı telefon və aksesuar, İMEİ kodu **********53138 və **********29097 olan 2 ədəd Samsung Galaxy A10S markalı telefon almış və nəticədə 1756 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 872.2 manat (18 ay x 47.4 manat + 19 manat ilkin ödəniş) olan HOFFMANN LED TV, Sonorous Sureflix 142 asqı üçün ümumilikdə 259.4 manat olmaqla ondan, 236.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 795.6 manat (18 ay x 44.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********63851 olan X1 9S markalı telefon üçün ümumilikdə 437 manat olmaqla ondan, 398 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 39 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 759 manat (12 ay x 63 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********60958 olan Samsung Galaxy A32 markalı telefon və aksesuar üçün ümumilikdə 693 manat olmaqla ondan, 630 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 742.4 manat (12 ay x 49.7 manat + 146 manat ilkin ödəniş) İMEİ kodu **********53138 və **********29097 olan 2 ədəd Samsung Galaxy A10S markalı telefon üçün ümumilikdə 366.6 manat olmaqla ondan, 333.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.3 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1571.5 manat təşkil edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 284.1, 284.2-ci maddələri ilə əsaslandıraraq, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV, Sonorous Sureflix 142 asqı üçün 236.4 manat ödənilməmiş hissənin, 23 manat cərimə borcunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63851 olan X1 9S markalı telefon üçün 398 manat ödənilməmiş hissənin, 39 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A32 markalı telefon və aksesuar üçün 630 manat ödənilməmiş hissəsinin, 63 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53138 və **********29097 olan 2 ədəd Samsung Galaxy A10S markalı telefon üçün 333.3 manat ödənilməmiş hissəsinin, 33.3 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1756 manat borcun, 37.56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən və müqavilələrə əlavədən görünür ki, cavabdehə HOFFMANN LED TV, Sonorous Sureflix 142 asqı, İMEİ kodu **********63851 olan X1 9S markalı telefon, İMEİ kodu **********60958 olan Samsung Galaxy A32 markalı telefon və aksesuar, İMEİ kodu **********53138 və **********29097 olan 2 ədəd Samsung Galaxy A10S markalı telefon satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-si ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 236.4 manat ödənilməmiş hissə, 23 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 398 manat ödənilməmiş hissə, 39 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 630 manat ödənilməmiş hissəsi, 63 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 333.3 manat ödənilməmiş hissəsi, 33.3 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1756 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 236.4 manat ödənilməmiş hissə, 23 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 398 manat ödənilməmiş hissə, 39 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 630 manat ödənilməmiş hissəsi, 63 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 333.3 manat ödənilməmiş hissəsi, 33.3 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1756 manat tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 236.4 manat ödənilməmiş hissə, 23 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 398 manat ödənilməmiş hissə, 39 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 630 manat ödənilməmiş hissəsi, 63 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 333.3 manat ödənilməmiş hissəsi, 33.3 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1756 manat borc və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5381/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5381/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver