Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5395/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, NAVEE V40 PRO ELECTRİC SCOOTER üçün 908.40 manat ödənilməmiş hissə, 90.84 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün 266.20 manat ödənilməmiş hissə, 26.62 manat cərimə borcu olmaqla, ümumilikdə 1292.06 manat borc pulun və 32.93 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh NAVEE V40 PRO ELECTRİC SCOOTER və APPLE AİRPODS 2 qulaqlıq əldə etmiş və nəticədə 1292.06 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 990.96 manat (12 ay * 82.58 manat + 0 manat ilkin ödəniş) olan NAVEE V40 PRO ELECTRİC SCOOTER üçün ümumilikdə 999.24 manat olmaqla ondan, 908.40 manat ödənilməmiş hissə, güzəşt olunaraq 90.84 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 399.36 manat (12 ay * 33.28 AZN + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS 2 qulaqlıq üçün ümumilikdə 292.82 manat olmaqla, ondan 266.20 manat ödənilməmiş hissə, güzəşt olunaraq 26.62 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 215.72 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarında cavabdehin məhsulu tam və qüsursuz şəkildə təhvil aldığı görünür. Cavabdehlə olan telefon danışığı, həmçinin ona göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh öz öhdəliklərini yenə də icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08503440 saylı müqavilədən görünür ki, APPLE AİRPODS 2 MV7N2RU/A adlı mal və ÖDƏNİŞİN TƏMİNATİ xidməti bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Müqavilənin 2.2-ci bəndi). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilənin 2.6-cı bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 08503440 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, APPLE AİRPODS 2 MV7N2RU/A adlı mal və ÖDƏNİŞİN TƏMİNATİ xidməti üçün toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 399.39 AZN (12 ay * 33.28 AZN + 0 AZN ilkin ödəniş) təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir (Əlavənin 2-ci bəndi). İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 08503440 saylı Müqavilə üzrə APPLE AİRPODS 2 MV7N2RU/A adlı malı və ÖDƏNİŞİN TƏMİNATİ xidmətini tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 404889 saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir (Müqavilənin 1.2-ci bəndi). Müqavilənin predmetini təşkil edən mal və ona dair məlumat, habelə malın dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə (lər) ilə müəyyənləşdirilir (Bənd 3.1). Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 3.5). Müqavilə üzrə ödəniş qaydası Əlavədə qeyd olunur (Müqavilənin 4.7-ci bəndi). İş materiallarında olan 404889 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, NAVEE V40 PRO ELECTRİC SCOOTER NKT2208-A25 adlı mal və ÖDƏNİŞİN TƏMİNATİ xidməti üçün ümumi məbləğ 990.99 manat (12 ay * 82.58 manat + 0 manat ilkin ödəniş) təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh 404889 nömrəli Müqavilə üzrə NAVEE V40 PRO ELECTRİC SCOOTER NKT2208-A25 adlı malı və ÖDƏNİŞİN TƏMİNATİ xidmətini tam və qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu 3 (üç) iş günü müddətində ödəməsi, əks halda tərəflərinfən məhkəməyə müraciət olunacağına dair xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 1174.6 AZN məbləğində əsas, 117.46 manat cərimə borcu olmaqla, ümumilikdə 1292.06 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 32.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında NAVEE V40 PRO ELECTRİC SCOOTER NKT2208-A25 adlı mal, ÖDƏNİŞİN TƏMİNATİ xidməti və APPLE AİRPODS 2 MV7N2RU/A adlı mal, ÖDƏNİŞİN TƏMİNATİ xidməti üçün xx.xx.2024-cü il tarixli, 08503440 saylı və 404889 saylı alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktlarından göründüyü kimi, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu ödənilməmiş məbləğ 1174.6 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış 08503440 saylı və 404889 saylı müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 60 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 08503440 saylı və 404889 saylı müqavilələrə əsasən, 1174.6 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu olmaqla, ümumilikdə 1234.6 manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (1234.6 AZN) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32.35 manat cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 08503440 saylı və 404889 saylı müqavilələrə əsasən, 1174.6 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu olmaqla, ümumilikdə 1234 (min iki yüz otuz dörd) manat 60 (altmış) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 35 (otuz beş) qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5395/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5395/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver