Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5396/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: “X2” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1200 AZN əsas, 66,66 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1266,66 AZN borcun və dövlət rüsumuolaraq ödənilmiş 32.67 AZN məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından və iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh göstərilmişdir, lakin EMİS-dən Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Qanunvericiliyə əsasən, yalnız iddia tələbinin yönələ bildiyi şəxs cavabdeh ola bilər, lakin iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh ölmüş olduğundan və nəticədə ona qarşı tələb irəli sürmək mümkünlüyü aradan qalxdığından hazırkı iddia tələbinə də məhkəmə qaydasında baxıla bilməz və ona görə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 284-4.1.1-ci maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı “X2” ASC tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz 32,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edildiyindən ödənilmiş 32,67 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 153, 261-264, 266-268-ci və 284-4.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat 67 (altmış yeddi) qəpik dövlət rüsumu “X2” ASC-ə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5396/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5396/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver