Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5397/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehlər “X3-Bakı” QSC-nin və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdeh “X3-Bakı” QSC və Cavabdeh1 qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh “X3-Bakı” QSC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər “X3-Bakı” QSC-dən və Cavabdeh1 sağlamlığa vurulmuş ziyana görə 24700 manat və dövlət rüsumu kimi ödənilmiş 164,10 manat pulun müştərək qaydada tutularaq İddiaçı (X5) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X3-Bakı” QSC-dən və Cavabdeh1 tibbi xidmətlərə görə ödənilmiş 14700 manat, mənəvi ziyana görə 10000 manat və dövlət rüsumu kimi ödənilmiş 164,10 manat pulun müştərək qaydada tutularaq İddiaçı (X5) ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Zöhrə Məmmədova 02–xx.xx.2024cü ildə cavabdeh “X3-Bakı” QSC-nin Bakı şəhəri, Xətai rayonu, Babək pr, 92№ ünvanında yerləşən “X18” xəstəxanasında hər iki qaşın sallanması səbəbindən üz gərmə və hər iki süd vəzisinin kiçildilməsi əməliyyatı keçirib. Əməliyyat plastik, estetik və rekonstruktiv cərrah – Cavabdeh1 tərəfindən icra olunub. Əməliyyatdan bir neçə gün əvvəl iddiaçı ilə söhbətində həkim Cavabdeh1 qüsurların tam aradan qaldırılacağına təminat verib və əməliyyat xərci kimi 13000 manat pul nəğd olaraq ona ödənilib. Bu məbləğə görə iddiaçıya kassa sənədi verilməyib. xx.xx.2024-cü ildə ilkin müayinə xərcinə görə 200 manat ödənilib və yalnız bu məbləğə görə mədaxil qəbzi verilib. İddaçı əməliyyatdan sonra sarğıları açılan zaman üz-göz və sinə nahiyəsində aşkar qüsurların olduğunu görərək Cavabdeh1 müraciət edib və o da iddiaçını müayinə olunması üçün Milli İdman Tibb və Reabilitasiya İnstutuna göndərib. xx.xx.2024-cü ildə həmin İnstitutda aparılmış elektroneyromioqrafiya müayinəsinin nəticəsi aşağıdakı kimi olub: 1. Sağ üz siniri müayinəsində mus. orbicularis üzərindən əldə edilən birləşmiş əzələ aksiyal potensialları amplitudu solla müqayisədə azalmışdır; 2. Mus. Frontalis iynə EMG zamanı sakitlikdə patoloji spontan potensiallar – fibrillyasiya (+), pozitiv kəskin dalğalar (++), fassikulyasiya (+) müşahidə edildi. Hərəki vahid əldə etmək mümkün olmadı. Nəticə: bu elektrofizioloji əlamətlər sağ üz sinirinin zygomatic şaxəsinin aksonal xarakterli neyropatiyası işarə edir. İddiaçı xx.xx.2024-cü ildə “X18”da yenidən müayinədən keçib və nəticə aşağıdakı kimi olub: Bu EMG incələməsində hər iki üz sinirinin periferik sinirlərində ötürücülük çalışması və iynə EMG-si aparılıb. Sağ frontalis və orbicularis oculi qeydli sinir işləməsində cavab amplitudu sola görə 50 % kiçik qeydə alınıb. İynə EMG incələməsində sağ frontalis əzələsində aktiv denervasiya əlamətləri, pozitiv dikən, fibrilyasiya əlamətləri izlənilib. Maksimal gərilmə sırasında MUP izlənməyib. Nəticə: bu əlamətlər sağ üz sinirinin parsiyal aksonal zədələnməsini göstərir. İddiaçı əməliyyatdan sonra yaranmış qüsurların aradan qaldırılması üçün X10 və Reabilitasiya Mərkəzində elektroterapiya müalicəsi alıb və hər seans üçün 75 manat olmaqla 20 senas üçün 1500 manat pul xərcləyib. Bundan başqa, iddiaçı həkim müayinəsi üçün bir neçə dəfə Türkiyə və Rusiyaya gedib. Gediş-gəliş, otel, qidalanma və müayinə üçün 10000 manat xərc çəkib. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı təyin olunmuş ekspertiza rəyində göstərilir ki, cərrahiyə əməliyyatı taktiki cəhətdən düzgün aparılmayıb. Belə ki, nevropatoloqun müayinəsi zamanı aparılmış EMG müayinəsinə əsasən sağ üz sinirinin parsiyal, aksonal zədələnməsinin olduğu, həmçinin mütəxəssis, plastik-rekonstruktiv cərrahın müayinəsi zamanı süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriyanın olduğu müəyyən edilib. Cərrahiyə əməliyyatının taktiki cəhətdən düzgün icra olunmaması ilə əlaqədar əsasən sağ üz siniri parsiyal, aksonal zədələnib və süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriya yaranıb. Səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 №-li əmrlə təsdiq olunmuş “Tibb müəssisələrində çalışan tibb, əcaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvə vəzifə təlimatları”nın 24.1 bəndinin tələbləri pozulub. Buna məsul şəxs əməliyyatı icra edən həkimdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə uyğun olaraq izahat verərək, cavabdehlər “X3-Bakı” QSC-dən və Cavabdeh1 tibbi xidmətlərə görə ödənilmiş 14700 manat, mənəvi ziyana görə 10000 manat və dövlət rüsumu kimi ödənilmiş 164,10 manat pulun müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, ekspertiza rəyi ilə razı deyillər, rəy əsassızdır, keçən iclasda məhkəmə iclasında iştirak edən ekspert öz rəyinə münasibətdə ziddiyətli ifadələr vermişdir, odur ki, məhkəmədən ekspertiza rəyinin əsaslı sübut kimi qiymətləndirilməməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, məhkəmə iclasında iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi və bildirdi ki, ekspetiza rəyi əsassız olduğundan iddia təmin edilməməlidir, habelə məhkəməyə təqdim edilmiş səs-yazmalar demək olar monoloqdur, əsaslı sübutlar deyildir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, tərəfindən 164,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X6 xx.xx.2024-xx.xx.2024-cü il tarixdə “X18” xəstəxanasında həkim Cavabdeh1 tərəfindən edilən üz gərmə və hər iki süd vəzinin kiçildilməsi əməliyyatından sonra sağlamlığında bir sıra problemlərin yaranması və əməliyyatın uğursuz aparılması barədə müraciəti əsasında toplanmış 51-C-25 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, o, 2004-cü il tarixdə Azərbaycan Tibb Universitetinin tibb fakültəsinin müalicə işi ixtisasına qəbul olmuşdur. 2010-cu il tarixdə həmin universiteti müvəffəqiyyətlə bitirərək 2010-2011 -ci illər ərzində “X17 Akademiyasf’da klinik cərrahiyyə üzrə internatura keçmişdir. O, 2022-ci ilə qədər müxtəlif klinikalarda işləmişdir. 2022-ci ilin fevral ayından hazıradək isə “X18”da plastik cərrah kimi fəaliyyətini davam etdirir. xx.xx.2020- ci il tarixində plastik cərrah kimi sertifıkasiyadan keçmiş və həmin sertifikat xx.xx.2025-ci il tarixinə qədər qüvvədədir. xx.xx.2024-cü il tarixdə X9 revizion (təkrar) üz gərmə və revizion (təkrar) mammoplastika (sinə dikləşdirmə) əməliyyatını icra etmişdir. Əməliyyatdan bir gün sonra Zöhrə Mamedovanın vəziyyəti kafi olduğundan evə buraxılmışdır. O, Zöhrənin onun barəsində şikayəti ilə tanış olaraq, Zöhrənin şikayətinin tamamilə əsassız olduğunu bildirmişdir. Çünki, Zöhrənin ilkin əməliyyatından sonra sonuncunun sinəsində deformasiyalar olmuşdur. Buna görə də, əməliyyatın nəticəsində yarana biləcək fəsadlarla bağlı Zöhrəyə məlumat verilmiş və bu barədə sonuncudan iltizam alınmışdır. O, ekspertiza rəyində, onun tərəfindən icra edilmiş əməliyyatın taktiki cəhətdən düzgün icra edilməməsi ilə bağlı verilmiş nəticə ilə razılaşmaşdığını bildirmişdir. Çünki, plastik əməliyyatdan minimum 9 ay və ya i il sonra tam nəticəni əldə etmək olur. Lakin ekspert rəyi əməliyyatdan təxminən 4-5 ay sonra verilmişdir. Bundan başqa, o, Zöhrə Mamedovanın sağ üz sinirinin aksonal. parsiyal zədələnməsi fizioterapiya və iynə terapiyası ilə düzələ bilən zədə olduğunu göstərmişdir. O, bunun əməliyyatdan sonra baş verə biləcək ağırlaşma olduğunu və həmin zədələnmənin qalıcı deyil, məhz müalicələrdən sonra aradan qalxacaq bir zədələnmə olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “X18”-nın hesabına 200 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Rəhimə Atəş fizioterapiya mərkəzinin hesabına 75 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Rəhimə Atəş fizioterapiya mərkəzinin hesabına 75 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Rəhimə Atəş fizioterapiya mərkəzinin hesabına 75 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Rəhimə Atəş fizioterapiya mərkəzinin hesabına 75 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Rəhimə Atəş fizioterapiya mərkəzinin hesabına 75 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Rəhimə Atəş fizioterapiya mərkəzinin hesabına 70 manat pul vəsaiti ödənilmişdir. “X3-Bakı” QSC tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinə verilən xx.xx.2025ci il tarixli, 3489/24 saylı arayışdan görünür ki, məhkəmə zərurəti ilə bağlı şifahi sorğu əsasında bildirilir ki, pasiyent İddiaçı (X11) xx.xx.2024-cü il tarixdə X3-Bakı” QSC-yə müraciət edərək tam üz gərmə (Ritidektomiya) və süd vəzilərinin dikləşdirilməsi (Mamoplastika) əməliyyatlarının keçirilməsini xahiş etmişdir, müayinə zamanı pasiyent X2 qaş gicgah nahiyyəsində üz sinirinin temporal şahəsinin üzərini əhatə edən şaquli uzun çapıq aşkarlanmışdır, həmin izlə bağlı dəqiqləşdirilmə aparılarkən pasiyent X11 cavab verməkdən yayınmışdır, eyni zamanda, pasiyent X4 daha əvvəl boyun liposaksiyası və implant əlavə edilməklə hər iki süd vəzisinin dikləşdirilməsi (Mamoplastika) əməliyyatı icra edildiyini qeyd etmiş və əməliyyatlardan narazı olduğunu bildirmişdir, pasientin bildirməsinə görə mamoplastika əməliyyatdan sonraki dövrdə sallanma və asimmetriya əlamətləri müşahidə edilmişdir, pasiyent X1 istəyi ilə müvafiq qaydada məlumatlandırılmış razılıq protokolunu imza etdikdən sonra xx.xx.2024-ci il tarixdə tibbi klinik protokollara uyğun olaraq anamnez toplanıldıqdan sonra onun üzərində “X3-Bakı” QSC-də həkim Cavabdeh1 tərəfindən tam üz gərmə və revizion mamoplastika əməliyyatları icra edilmişdir .Əməliyyat sonrakı dövr fəsadsız keçmişdir. AH №038555 saylı Prektik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Azərbaycan Ribb Universiteti tərəfindən verilmiş BB-İ №014473 diplomdan görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli qərarla ona həkim ixtisası verilmişdir. CMS-“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan əlaqə məlumatlarından görünür ki, +**********66 nömrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə +**********66 nömrə ilə WhatsApp tətbiqindəki yazışmadan görünür ki: İddiaçı- “uzurlu sayın narahat edirəm Zohre xanımdır sabah əməliyyat olunacaq pasiyentiniz mən 13 min toparlaya bildim, utanıram sizə yazmağa da veriləcək vardı ala bilmədim, əgər razı olmasaz da sizi başa düşəcəm, razı olsanız çox sevinərdim səhər gələrdim” Cavabdeh (+**********66) - “Salam, istəyirsiniz sinəni sonra edək bədəni edəndə ağır olar biraz sizə düşünərəm, narkoz seloflorandır, almamış kimi olacaqsınız,o qiymətə olmaz təəssüf, yadıma düşdü kolleqasınız,edərik sonra ödəyərsiniz elədə etmək olar” İddiaçı- “mən borcla istəmirəm, canınız sağolsun” Cavabdeh (+**********66) -“Edərik day kolleqasınız” İddiaçı- “Ay çox sağolun” Cavabdeh (+**********66) -O zaman sabah saat 8:00 da klinikada olun” “X18” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixində xəstəyə Ümumi anesteziya altında “Tam üz gərmə” və “mamaplastika” əməliyyatı icra olunmuşdur, əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir, xx.xx.2024-cü il tarixində xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5397/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ tərəfindən 732/KEŞ saylı, xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X6 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, “X18”da Zöhrə Mamedovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixdə onun üzərində “Tam üz gərmə və mamoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir, Zöhrə Mamedovanm üzərində aparılmış “Tam üz gərmə və mamoplastika” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, nevropatoloqun müayinəsi zamanı aparılmış EMG müayinəsinə əsasən, sağ üz sinirinin parsiyal, aksonal zədələnməsinin olduğu, həmçinin mütəxəssis, plastik-rekonstruktiv cərrahın müayinəsi zamanı süd vəzinin gilələrinin dairəvi ölçülərində asimmetriyanm olduğu müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında dindirilmiş mütəxəssis X7 bildirdi ki, tibbdə iki ünsür var, malpraktis və komplikasiya, malpraktis həkimin təcrübəsinin və ya diqqətinin çatışmazlığı nəticəsində, tibbi standartlara uyğun olmayan müdaxilə yəni səhv diaqnoz, müalicə və ya qulluq edərək xəstəyə zərər verməsidir, komplikasiya isə baş verməsi qabaqcadan müəyyən edilə bilməyən fizioloji ağırlaşmadır, komplikasiya, həkimin səhvi olmadan, gözlənilən risklərin reallaşmasıdır, malpraktis isə birbaşa qüsurlu tətbiqdir. Üz nahiyəsində şaxəli sinirlər var ki, bir kəsiləndə digəri funksiyanı bərpa edir, lakin iki sinir var ki, təkdirlər, alt çənəyə gedən marjers, yuxarı qaşa gedən frontal sinirlər, bunlar zədələndikdə bərpa edilməsi qeyri-mümkündür, sinirin başqa dalları olmadığı üçün belə halda üzdə assimetriya əmələ gəlir. tibbdə 2-9% hallarda xəstələr üz gərmə əməliyyatından sonrakı dövrdə keçici neyropatiya yaşaya bilərlər.Belə sıxılmalar iki halda yarana bilər, belə ki, üz gərmə əməliyyatı saplarla icra edilmir, aşağı üz toxumalarının yuxarı üz toxumalarına yapışıdırılır həmin vaxt ödəm olur əmələ gələn fibroz sıxılanda sinirlər keçici olaraq ləngiməyə başlayır, yada əməliyyat səhv icra olunmuşdur, əməliyyat səhvi nəticəsində baş verərsə bu halı bərpa etmək mümkün deyil, həmişəlik assimetriya qalır, fibrozdan yaransa isə zaman keçdikcə bərpa edilə bilir, bunu sübut etmənində ancaq bir yolu var oda qalınönlü MRT-dir, lakin həmin alət ölkədə mövcud deyildir, rəydədə qeyd olunduğu kimi EMG müayinəsinə əsasən, sağ üz sinirinin parsiyal aksonal zədələnməsinin olduğu aydın görünür. Süd vəzinin gilələrinin dairəvi ölçülərində asimmetriyanın olduğuda görünür, xəstə əvvəldə əməliyyat olduğunu bildirmiş, lakin buna dair hər hansı sənəd mütəxəssisə verilməmişdir, xəstə müayinə olunan zaman əvvəldə əməliyyat olduğu, implant qoyulduğu müəyyən edilmişdir, süd vəzinin gilələrinin dairəvi ölçülərində asimmetriya olması bir çox əməliyyatlarda qarşlına bilən haldır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 5-ci maddəsinə əsasən qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. Həmin Qanunun 24-cü maddəsinə əsasən pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər Həmin Qanunun 34-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. Həmin Qanunun 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-plastik cərrahın nümunəvi vəzifə təlimatının 6-cı bəndindən görünür ki, həkim-plastik cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. Həmin Təlimatın 7-ci bəndindən görünür ki, müvafiq aydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqtaların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir. Həmin Təlimatın 9-cu bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və proflaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. Həmin Təlimatın 25-ci bəndinə əsasən həkim-plastik cərrah əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Mammadova Zokhranın üzərində xx.xx.2024-cü il tarixdə “X18”-da həkim Cavabdeh1 tərəfindən ümumi anesteziya altında “Tam üz gərmə” və “mammoplastika” əməliyyatları icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstəni müalicə üçün evə yazmışlar, iddiaçı tibb müəssisəni tərk etmişdir. Qeyd olunan hallar “X18” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli epikriz ilə öz təsdiqini tapır. Daha sonra iddiaçı dəfələrlə həkimə müraciət edərək, əməliyyatdan sonra üz-göz və sinə nahiyəsində aşkar qüsurların olduğunu, üzünün bir hissəsini hiss etmədiyini bildirmiş, cavabdeh həkim Cavabdeh1 iddiaçını müalicə olunması üçün Milli İdman Tibb və Reabilitasiya İnstituna göndərmişdir. İş materiallarından da müəyyən edilir ki, iddiaçı fizioterapiya müalicəsi almışdır, həmçinin mülki işə əlavə edilən foto şəkillərdən də qeyd edilən qüsurların olduğu müəyyən edilir. Hazırda iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, tibbi xidmətlərə görə ödənilmiş 14700 manat, mənəvi ziyana görə 10000 manat məbləğində pulun ödənilməsini məhkəmə qaydasında tələb etmişdir. İrəli sürülən faktiki halları nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müvafiq müddəalarının mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5397/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və ekspertin verdiyi rəy kompleks şəkildə qiymətləndirilməlidir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Məhkəmə 732/KEŞ saylı, xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Belə ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən hər hansı sübut növü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ tərəfindən 732/KEŞ saylı, xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X6 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, “X18”da Zöhrə Mamedovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixdə onun üzərində “Tam üz gərmə və mamoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir, Zöhrə Mamedovanm üzərində aparılmış “Tam üz gərmə və mamoplastika” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, nevropatoloqun müayinəsi zamanı aparılmış EMG müayinəsinə əsasən, sağ üz sinirinin parsiyal, aksonal zədələnməsinin olduğu, həmçinin mütəxəssis, plastik-rekonstruktiv cərrahın müayinəsi zamanı süd vəzinin gilələrinin dairəvi ölçülərində asimmetriyanm olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının sağlamlığına zərərin mövcud olması iş materialları ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin mənasına görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Bu hissədə məhkəmə qeyd edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etsə də, iddiaçıya vurulan zərərin cavabdehin təqsiri üzündən baş vermədiyini sübuta yetirməmiş, məhkəməyə əsaslı fakt, sübut, dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia yalnız Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə +**********66 nömrə ilə WhatsApp tətbiqindəki yazışmalardan görünür ki, iddiaçı ilə cavabdeh əməliyyatların 13000 manata icra olunmasına razılaşmışlar. Lakin cavabdeh iddiaçıya ödənişin “X18”-nın hesabına köçürməsinə dair kassa məxaric sənədi təqdim edilməmişdir. Həmçinin iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatından da, görünür ki, iddiaçı razılışdırılmış pul məbləğini xəstəxanaya deyil, həkim Cavabdeh1 nağd qaydada ödəmişdir. CMS-“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan əlaqə məlumatlarından görünür ki, +**********66 nömrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli Plenum Qərarının 4.72-ci bəndinə əsasən tərəflər arasında yaranmış münasibətlər podrat münasibətləridir. Bu da o deməkdir ki, tərəflərin şifahi razılaşması əsasında podrat müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, tibbi xidmətlərə görə ödənilmiş 13000 manat pul vəsaiti Cavabdeh1 alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 10000 manat mənəvi zərərin ödənilməsinə dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Məhkəmə mənəvi təzminatın həcminin hesablanması zamanı iddiaçının əməliyyatdan sonra keçirdiyi ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabı nəzərə alaraq hesab edir ki, Cavabdeh1 İddiaçı xeyrinə 2000 manat tutulmalıdır. Belə ki, iddiaçı estetik baxımdan gözəlləşmək arzusunda olmuş və bunun üçün həkimə müraciət etmiş, lakin o əməliyyatdan sonra əvvəlki vəziyyətindən daha ağır vəziyyətlə qarşılaşmış, kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirərək daha ağır fəsadlarla üzləşmişdir, bu hal isə onu həm şəxsi həyatında, həmdə sosial mühitdə kompleksə salaraq, psixoloji cəhətdən sarsıtmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli Plenum Qərarının 5.3-cü bəndinə əsasən mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. X14 5.9-cu bəndinə əsasən mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. X14 7.1-ci bəndinə əsasən, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. X14 7.2-ci bəndinə əsasən, maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Bununla belə məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli Plenum Qərarının 4.72-ci bəndindən görünür ki, bu qərarın 4.63-ci bəndində göstərilən, habelə növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir. Həmin Qərarın 4.73-cü bəndinə əsasən, keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. Həmin Qərarın 4.74-cü bəndinə əsasən, Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Həmin Qərarın 4.76-cı bəndinə əsasan nəticəsinə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərinə cavab verməməsindən (məsələn, burnun estetik əməliyyatında gözlənilən nəticənin əldə olunmaması) doğan mənəvi zərər tələbləri isə yalnız şəxsin özü tərəfindən irəli sürülə bilər. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin ediməli, Cavabdeh1 tibbi xidmətlərə görə ödənilmiş 13000 manat və mənəvi ziyana görə 2000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumundan 135 manat pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 tibbi xidmətlərə görə ödənilmiş 13000 (on üç min) manat pul vəsaiti, mənəvi ziyana görə 2000 (iki min) manat və 135 (yüz otuz beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 15135 (on beş min yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5397/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5397/2025
08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver