Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-542/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı “X4” Bakı filialının nümayəndəsi Nümayəndə Arif oğlunun iştirakı ilə, İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmş faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X4” ASC-si cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “X4” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 03 avqust 2021-ci il tarixli 760 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% olmaqla 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı Cavabdeh2 arasında 1000 saylı zaminlik müqaviləsi imzalanmışdır.Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başalayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı şərti pozulduqda Bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır.Müqavilə şərtlərinə uyğun olaraq borcalan 10 noyabr 2022-ci il tarixə Banka kredit borcu üzrə 5498,40 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi borcalan tərəfindən banka 3803 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir.Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka 29% ödəməlidir. 10 noyabr 2022-ci il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 8403,87 manat təşkil edir. Bundan 7853,86 manat əsas borc və 550,01 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da,onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1 ilə bağlanmış 03 avqust 2021-ci il tarixli 760 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 1.000 saylı zaminlik müqaviləsi imzalanmışdır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 8403,87 manat (bundan 7853,86 manat əsas borc və 550,01 manat faiz borcu təşkil edir) məbləğində 10 noyabr 2022-ci il tarixinə olan kredit borcunun və 104,04 manat dövlət rüsumunun tutularaq “X4” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “X4” Bakı filialı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə göstərmişdir ki, iddia ərizəsi təqdim edildiyi tarixdən sonra cavabdeh tərəfindən 08 dekabr 2022-ci il tarixdə 500 Azn ödəniş yerinə yetirmişdir. Eyni zamanda qalıq borc üzrə faizlər hesablanmışdır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 8422,78 manat (bundan 7853,86 manat əsas və 568,92 manat isə hesablanmış faiz borcu təşkil edir) kredit borcunun tutularaq “X4” Bakı filialına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Arif oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Əhmədzadə Ələkbər Cahangir oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X4” ASC-si ilə cavabdehlər Cavabdeh1 və Əhmədzadə Ələkbər Cahangir oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 illik 19.9 faiz olmaqla 36 ay müddətinə 9100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X4” ASC-si tərəfindən verilmiş maliyyə arayışına əsasən məlum olur ki, X1 15 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7853,86 manat əsas, 568,92 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8422,78 manat borcu vardır. İş materiallarında olan “X4” Bakı filialının cavabdehlər Cavabdeh1 və Əhmədzadə Ələkbər Cahangir oğluna ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, borcun 5 gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Əhmədzadə Ələkbər Cahangir oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehlərdən 15 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7853,86 manat əsas, 568,92 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8422,78 manat kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Əhmədzadə Ələkbər Cahangir oğlundan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7853,86 manat əsas, 568,92 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8422,78 manat kredit borcu və 109.55 manat dövlət rüsumu iddiaçı “X4” Bakı filialının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-542/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-542/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver