Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5431/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11 sentyabr 2022-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzində yerləşən notariat ofisində notariat qaydada təsdiq edilmiş kredit müqaviləsi əsasında verdiyi 3.480 (üç min dörd yüz səksən) manatın, habelə ödənilmiş 54,8 manat dövlət rüsumunun, ümumilikdə 3.534,8 (üç min beş yüz otuz dörd manat, səksən qəpik) manat pul vəsaitin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 sentyabr 2022-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisində Cavabdeh notariat qaydada təsdiq edilmiş kredit müqaviləsi əsasında həmin tarixdən xx.xx.2023-cü il tarixdək (7 aya qaytarmaq şərti ilə) 3.540 (üç min beş yüz qırx) manat borc pul vermişdir. Pul verdikdən sonra cavabdeh ona cəmi 60 manat pul qaytarmışdır. Sonrakı dövrlərdə əlaqə yaratmağa çalışsa da, həmin pulu qaytarmamışdır. Hazırda onun 3.480 manat borcu qalmışdır. Bununla bağlı ona rəsmi qaydada pretenziya məktubu da göndərilmişdir. Kredit müqaviləsi üzrə birbaşa məhkəməyə müraciət etmək hüququndan istifadə etməyinin səbəbi odur ki, onun barəsində icra tədbirləri aparılmasa cavabdeh pulu ödəməyəcəkdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” 3.540 manat məbləğində pul borc verir. “Borc verən” borcu “Borc alan”a notariusun bankda açıldığı depozit hesabı vasitəsi ilə verir, “Borc alan” borcu “Borc verən”ı notariusun bankdan açıldığı depozit hesabı vasitəsi ilə qaytarmalıdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən kreditin faizsiz verilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli orderdən görünür ki, 3.540 manat məbləği İddiaçı köçürülmüşdür. Beləliklə məhkəmə, iddia ərizəsini və mülki işin materillarını araşdıraraq, habelə iddiaçının verdiyi izahatlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi əsasında Cavabdeh iddiaçıdan aldığı 3.540 manat vəsaiti xx.xx.2023cü il tarixədək qaytarmağı öz üzərinə öhdəlik kimi götürmüşdür. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı verdiyi pul məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 54,8 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 54,8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3.480 (üç min dörd yüz səksən) manat məbləğində pul vəsaiti və 54,8 (əlli dörd manat səksən qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5431/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-5431/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver