Məhkəmə qərarları › İş №e-2(011)-5482/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5482/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5482/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" ASC ilə (bundan sonra - Bank) X1 (bundan sonra – Borc alan) arasında xx.xx.2016-cı il tarixdə 22-xx-xx-065817 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank Borcalan illik 29% olmaq şərtilə, 60 ay müddətinə, xx.xx.2021-ci il tarixədək 1623 manat məbləğində kredit verilməyi, Borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri, o cümlədən müqavilədən irəli gələn digər pul öhdəliklərini (cərimə, dəbbə) qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 51,51 (sonuncu ay üzrə 51,52) manat müəyyən edilmişdir.

2. Borc alan xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Səma Ələkbərova tərəfindən xx.xx.2021-ci il tarixində 67-2021 saylı vərəsəlik işi açılmış və cavabdehə Borc alandan miras qalmış ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

3. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış “Kredit müqavilələri üzrə tələb hüquqnun ödənilməsinə dair” müqaviləyə əsasən Borc alanın Banka olan kredit öhdəliyi iddiaçıya güzəşt edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2016-cı il tarixdə 22-xx-xx-065817 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 670,22 mqnqt əsas, 10.28 manat faiz olmaqla, 680,5 manat pulun, ödənilmiş 30 manat dövlət rusumunun, habelə 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Borc alan xx.xx.2016-cı il tarixdə, illik 29% omaqla, 60 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə iddiaçı arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” üqaviləyə əsasən Borc alanın "xxxx" ASC qarşısında olan kredit öhdəliyi mövcud olduğu həcmdə iddiaçıya güzəşt eilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə Borc alan krediti və ona hesablanmış faizləri ödəməlidir. Borc alan xx.xx.2020-ci il tarixdə öldüyündən mirası onun vərəsəsi olan cavabdeh qəbul etmiş, lakin buna baxmayaraq ona çatası pay həcmində kredit öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilsə də, yenə də öhdəliyini yerinə yetirməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

13. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

14. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

15. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

16. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.

17. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Bunyatova Kubraxanım İsmayıl qızı arasında xx.xx.2016-cı il tarixdə 22-xx-xx-065817 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 60 ay müddətinə, illik 29% ödəmək şərti ilə ona 1623 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan Bunyatova Kubraxanım İsmayıl qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdehə Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

24. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bunyatova Kubraxanım İsmayıl qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində cavabdeh Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, Kubraxanım Bunyatovanın vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır.

25. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 670,22 manat məbləğində əsas, 10,28 manat faiz olmaqla, cəmi 680,50 manat pul məbləği, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar