Məhkəmə qərarları › İş №e-2(011)-5497/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5497/2025

04.09.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5497/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Qarşılıqlı iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İlkin İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, mənzilə köçürülmə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda və öhdəlikdə payın müəyyən edilməsi, uşağa çəkilmiş tibbi və digər xərclərin ödənilməsi qarşılıqlı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 54 B, M4, 2 saylı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə rəsmi nikahı xx.xx.2017-ci ildə bağlanmış, cavabdehin ona qarşı nikahın ləğvi, uşağın onun yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Xətai Rayon Məhkəməsinin icraatındadır, cavabdehlə birgə yaşadıqları müddətdə ipoteka yolu ilə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 54 B, M4, 2 saylı iki otaqlı mənzilini əldə etmişlər, ipoteka və sair xərcləri birlikdə işləyib ödəmişlər, indiyədək də cavabdehlə həmin mənzildə birlikdə yaşayırlar, cavabdeh ona qarşı nikahın pozulmasına dair iddia qaldırdığından, o da mənzilin ona düşən hissəsini tələb edir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən 2024 oktyabr ayından 2025 iyul ayına qədər (10 ay) üçün aylıq 1009.38 (bir min doqquz, 38 qəp.) manat, ümumilikdə 10x1009.38=10093.8 (on min doxsan üç, 80 qəp) manat məbləğin yarısı, yəni 5046.9 (beş min qırx altı, 90 qəp) manatın iddiaçıdan cavabdehin xeyrinə tutulması, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq kredit borcunun ½ hissəsinin, yəni 11037.39 (on bir min otuz yeddi, 39 qəp) manatın iddiaçıya aid edilməsi, qızı X5 tibbi xərclərinin ödənilməsi üçün tərəfindən ödənilmiş 1950 manatın yarısı yəni 975 (doqquz yüz yetmiş beş) manat iddiaçıdan cavabdehin xeyrinə tutulması, qızı X5 müxtləlif ehtiyacları üçün tərəfindən xərclənmiş 4378.8 (dörd min üç yetmiş səkkiz, 80 qəp) manatın yarısı, yəni 2189.4 (iki min yüz səksən doqquz, 40 qəp) manat iddiaçıdan cavabdehin xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 54 B, M4, m2 ünvanında yerləşən mənzil üzərində İddiaçı 1/4 və Cavabdeh 3/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar, nikahdan xx.xx.2018-ci ildə X6rı doğulmuşdur.Ər– arvad münasibəti pozulmuşdur, bu səbəbdən nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət edilmiş və hal-hazırda məhkəmə işi (e2(011)-3831/2025) davam etməkdədir. Cari ilin mart ayından etibarən faktiki olaraq ayrı yaşayırlar, birgə nikah dövründə cavabdeh tərəfindən ailə ehtiyacları üçün kredit götürülmüşdür. Kredit № CL- EE004366567 saylı, xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" bankdan götürülmüş və ümumi kredit məbləği 30000.00 (otuz min) manat təşkil etmişdir. Tərəflər faktiki olaraq 2025-ci ilin mart ayından ayrılmışlar və ayrı yaşayırlar. Bu dövrdə Cavabdeh tərəfindən 2024 oktyabr ayından 2025 iyul ayına qədər (10 ay) üçün aylıq 1009.38 (bir min doqquz, 38 qəp.) manat, ümumilikdə 10x1009.38=10093.8 (on min doxsan üç, 80 qəp) manat ödənilmişdir. Həmin ödənilmiş məbləğin yarısı, yəni 5046.9 (beş min qırx altı, 90 qəp) manat İddiaçı onun xeyrinə tutulmalıdır. Həmçinin, bundan sonra qalıq kredit borcunun ½ hissəsi, qalıq ümumi 22024.79 (iyirmi iki min iyirmi dörd min, 79 qəp) manat məbləğində borcun yarısı, yəni 11037.39 (on bir min otuz yeddi, 39 qəp) manat qalıq borc İddiaçı aid edilməlidir. X2 nitqində qüsur olduğu üçün mütəmadi olaraq loqopet yanına getməkdədir. 2025-ci ilin mart ayından münasibətlərinin korlanması ilə əlaqədar uşaq həm loqoped, həm də psixoloq yanına getmək məcburiyyətində qalmışdır. 2025-ci ilin mart ayından bu günə qədər uşağın bütün tibbi xərclərini Cavabdeh ödəmişdir,hal-hazırda tərəfindən ödənilmiş məbləğ 1950 (bir min doqquz yüz əlli) manat təşkil edir. Məbləğin tam yarısını, yəni 975 (doqquz yüz yetmiş beş) manatı X3 onun xeyrinə tutulmalıdır.Həm birgə nikah dövründə həm də mart ayından bu günə qədər uşağın bütün ehtiyacları onun tərəfindən ödənilir, bu məqsədlə uşağın müxtləlif ehtiyacları üçün tərəfindən 4378.8 (dörd min üç yetmiş səkkiz, 80 qəp) manat xərclənmişdir. Həmin ödənilmiş məbləğin yarısı, yəni 2189.4 (iki min yüz səksən doqquz, 40 qəp) manat İddiaçı onun xeyrinə tutulmalıdır. İddiaçının ərizəsində qeyd etdiyi ünvan 2 ünvanında yerləşən mənzil isə, iddiaçının qeyd etdiyi kimi birgə nikah dövründə əldə edilməmişdir. Belə ki, mənzilin alınması ilə bağlı 0290 saylı müqavilə 25 aprel 2017-ci il tarixdə, yəni tərəflərin birgə nikaha daxil olmadığı vaxta əldə edilmişdir. Nikah isə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. 25 aprel 2017-ci il tarixli, 0290 saylı müqavilə üzrə mənzilin ümumi dəyəri 27936 manat olmuşdur. Cavabdeh müqavilə şərtlərinə görə 8000 (səkkiz min) manat olmaqla ilkin ödəniş və may-avqust aylarına görə ayı 664 (altı yüz altmış dörd) azn olmaqla 2656 (iki min altı yüz əlli altı) manatı mənzil üçün ödəmişdir. Beləliklə, o, nikaha qədər mənzil məbləğinin təxminən 40%-ni ödəmişdir. Bu səbəbdən ilkin iddia ərizəsində qeyd etdiyi kimi mənzilin ½ hissədə bölünməsi mümkün deyil.iddiaçı mənzil payının ən yaxşı halda 30% münasibətdə sahiblənə bilər. Mənzilin bütün dəyəri onun əmək haqqı və atasının maliyyə vəsaitinə əsasən ödənilmişdir. Yəni, İddiaçı mənzilin alınmasında hər hansı maliyyə vəsaiti xərcləməmişdir. Daha sonra ilkin İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, ünvan 3 ünvana köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırlmışdır ki, onunla Cavabdehova birgə aktiv nikah dövründə hər ikisinin vəsaiti ilə aldıqları mənzil ümumi mənzilləridir, həmin mənzil əldə edilərkən kimin çox, kiminsə az vəsait ödəməsinin heç bir fərqi yoxdur. Cavabdeh bank kreditini 25 sentyabr 2025 ci ildə götürmüşdür, həmin vaxt o, Cavabdeh ilə birgə təsərüfat aparmırlardı, faktiki olaraq hazırkı vaxta qədər ayrılıqda yaşayırlar,arada qızıyla görüşmək üçün həftədə bir dəfə mənzilə gəlib-gedir. Həmin məbləg ailə ehtiyacları üçün yox, Cavabdeh qardaşının ehtiyacları üçün götürülən kreditdir. O, qarşılıqlı iddiadakı 30 min manatlıq kredit borcu ilə bağlı ona qarşı verilmiş tələblə qəti olaraq razı deyildir, cavabdeh onların ailəsini məhz həmin kreditə görə dağıtmışdır, belə ki cavabdeh daim bankdan kredit götürmək istəsə də ona mane olmuş, xx.xx.2025-ci ildə bankdan götürdüyü bank kreditindən onun xəbəri yoxdur,çünki cavabdehin həmin krediti götürən vaxtlarda onlar faktiki olaraq ayrılmışlar və bir yerdə yaşamırlar. Onun ailədən getməsi də məhz kredit almaqda Cavabdeh mane olmaq istəməsidir.Çünki bilmişdir ki, cavabdeh həmin krediti ailəsi üçün yox, öz qardaşı üçün almaq istyəyir. O,ailədən gedən kimi Cavabdeh həmin krediti götürmüşdür, həmin kredit müqaviləsində imzası yoxdur. Beləliklə, Cavabdeh qarşılıqlı iddia üzrə irəli surduyu tələblər əsassızdır və təmin edilməməlidir. Əksinə, o, iddia tələbinin həcmini artıraraq mübahisəli mənzilə köçürülməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, qarşılıqlı iddiaya yazılı etiraz göndərərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə ilkin iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş qaşılıqlı iddiaçının vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etmişdir, eyni zamanda izahatında bildirmişdir ki, "xxxx" KMT ilə mənzilə dair müqavilə nikahdan əvvəl bağlanmış, həm ilkin ödəniş, həm nikaha qədər ödənişlər Cavabdeh tərəfindən edilmişdir, nikahdan sonra da mənzilin ödənişlərini Elnarə xanım öz vəsaiti hesabına ödəmişdir. Ona görə də mənzil üzərində ən yaxşı halda 3/4 hissədə arvadın, 1/4 hissədə ərin pay hüququ tanına bilər. Həmçinin Elnarə xanım faktiki ayrıldıqları vaxtdan uşağın əlavə tibbi xərcləri də daxil olmaqla, bütün xərclərini təkbaşına özü ödəmişdir, həmin xərclər də tərəflər arasında bölünməlidir. Kredit borcu ilə bağlı hissədə isə qeyd etmişdir ki, mənzil 2017-ci ildə alınsa da təmizsiz olmuşdur. Sonradan Elnarə xanım atasından borc alaraq mənzili təmir etdirmişdir. Hazırki kredit müqaviləsi üzrə pul vəsaiti də məhz Elnarə xanımın atasından alınan borcun qaytarılması məqsədi ilə götürülmüşdür. İş materiallarında olan: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Məmmədova (Əliyeva) Elnarə Süleyman qızı xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə blok 1, 4-cü mərtəbədə yerləşən iki otaqlı, tam sahəsi 77,60 kv.m, yaşayış sahəsi 41,41 kv.m olan 102 saylı mənzilinə dair müqavilə bağlanılmış, "xxxx" MTK mənzili təhvil verməyi, Cavabdeh mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 27936 manat təşkil etmiş, müqavilə imzalanan gün mənzilin ümumi dəyərinin 8000 manat məbləğində ilkin ödəniş edilməsi, qalan 19936 manatın müqavilə imzalandığı gündən 30 ay ərzində ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli aylıq ödəniş qrafikindən görünür ki, cəmi məbləğ 27936 manat olmaqla, ilkin ödəniş 8000 manat olmuş, qalıq 19936 manatın 30 ay ərzində, 29 ay hər ay 664 manat, 30-cu ay 680 manat ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X1 konsultasiya olunub və terapiya keçməyə başlamışdır, terapiyalar davam edir, seanslar üçün xx.xx.2025-ci il tarixindən arayış verilən tarixə cəmi 1965 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 36 ay müddətinə illik 12,9 faiz dərəcəsi ilə 30000 manat məbləğində istehlak məqsədi ilə kredit götürmüşdür. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, eyni tərəflər arasıda məhkəmənin icraatında nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment tələbinə dair mülki iş mövcuddur. Həmin tələblərlə bağlı mediasiyanın tətbiqi barədə təklif xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. İlkin və qarşılıqlı iddia tələblərinin bir hissəsi birgə nikah dövründə əldə edilmiş mənzil üzərində ər-arvadın payının müəyyən edilməsi ilə bağlıdır. İlkin iddiaçı mənzil üzərində payların bərabər müəyyən edilməsini, qarşılıqlı iddiaçı isə 3/4 hissədə arvadın, 1/4 hissədə ərin payının müəyyən edilməsini xahiş edir. İş materialları ilə sübut olunur ki, mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydə alınsa da, "xxxx" MTK ilə Cavabdeh arasında həmin mənzilə dair müqavilə, xx.xx.2017-ci il tarixdə bağlanmış, ilkin ödəniş 8000 manat, o cümlədən, ilk 3 ayın ödənişi, hər ay 664 manat olmaqla, cəmi 1992 manat tərəflər nikaha daxil olanadək Cavabdeh tərəfindən ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, mənzilin ümumi dəyəri olan 27936 manatın 9992 manatı (8000+1992) nikahdan əvvəl Cavabdeh tərəfindən ödənilmiş, yerdə qalan 17944 manat isə birgə nikah vaxtı tərəflərin birgə gəlirləri hesabına ödənilmiş, yəni, həmin ödənişdə tərəflərin payları bərabər (17944:2=8972 manat) olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ümumi dəyəri 27936 manat olan mənzilin dəyərinin ödənilməsində arvadın payının 18964 manat (nikaha qədər ayrıca vəsaiti hesabına ödədiyi 9992 manat və nikah vaxtı bərabər payına düşən 8972 manat), ərin payının 8972 manat olması nəzərə alındığında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m2 ünvanında yerləşən mənzil üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənzil üzərində İddiaçı 1/3 hissədə mülkiyyət hüququ tanındığından, onun mənzilin paylı mülkiyyətçisi kimi öz mülkiyyətindən istifadə etmək, o, cümlədən, mənzilə köçərək yaşamaq hüququ vardır. Odur ki, ilkin iddia tələbi İddiaçı mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin Cavabdeh tərəfindən tərəflərin birgə nikahından doğulmuş uşağa çəkilən xərclərin eləcə də tibbi xərclərin yarısının İddiaçı tutulması hissəsində məhkəmə hesab edir ki, qarşılıqlı iddia yalnız tibbi xərclərin bölünməsi hissəsində təmin ediməlidir. Belə ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması, gündəlik təlabatlarının qarşılanması xərclərində digər valideynin iştirakını təmin etmək üçün qanunvericilik həmin xərclərin sonradan bölünməsi barədə deyil, aliment tələbi ilə bağlı iddia qaldırmaq və alimentin məhkəmə müraciət edildiyi vaxtdan təyin edilməsi hüququnu tanıyır ki, hazırda da tərəflər arasında nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatındadır. Lakin qanunvericilik alimentdən əlavə uşağın sağlamlığı, səhhəti ilə bağlı əlavə çəkilmiş faktiki xərclərin digər valideyndən tutulması imkanını da nəzərdə tutmuşdur. İş materialları ilə təsdiq olunur ki, Cavabdeh tərəflərin birgə nikahından doğulmuş uşağın nitq qüsurlarının aradan qaldırılması üçün tərəflər faktiki ayrıldıqdan sonra 1965 manat xərc çəkmişdir. Odur ki, həmin məbləğin yarısı (qarşılıqlı iddia ərizəsində tələb edilən 975 manat) İddiaçı tutulmalıdır. Qarşılıqlı iddia tələbinin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyində İddiaçı 1/2 hissədə payının tanınması və həmin kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən edilmiş ödənişlərin yarısının İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, birgə nikah dövründə yaranmış öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Hazırki halda kredit müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır, xx.xx.2025-ci il tarixdə isə Cavabdeh nikahın pozulması tələbinə dair mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Yəni, kredit müqaviləsi bağlanandan 5 aydan az müddət sonra tərəflər arasında münasibətlər pozulmuşdur, həmin qısa müddət ərzində 30000 manat pulun ailə ehtiyacları üçün sərf edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi izahatında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcun ailə ehtiyacları üçün xərclənməsinə dair yalnız onu qeyd etmişdir ki, tərəflərin 2017-ci ildə alınan mənzili təmirsiz olmuş, mənzil Cavabdeh atasından alınan borc vəsaiti hesabına təmir edilmişdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əldə edilən pul vəsaiti də qarşılıqlı iddiaçının atasına olan həmin borcun qaytarılması üçün xərclənmişdir. Lakin qeyd edilən hallar da iş materialları ilə təsdiqlənmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Birgə nikah dövründə əldə edilmiş mənzil üzərində payların müəyyən edilməsi tələbinə dair ilkin və qarşılıqlı iddialar qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m2 ünvanında yerləşən mənzil üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh payları müəyyən edilsin. Mənzilə köçürülmə hissəsində ilkin iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m2 ünvanında yerləşən mənzilə köçürülsün. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia uşağa görə çəkilmiş əlavə xərclərin ödənilməsi hissəsində təmin edilsin. İddiaçı 975 manat tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar