Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5498/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ kodu **********65355 olan İPHONE 15 PRO markalı telefon üçün 902.72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 90.27 manat cərimə pulu olmaqla, ümumilikdə, 1016.59 manat borc və 30.17 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65355 olan İPHONE 15 PRO markalı telefon almış və nəticədə 1016.59 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4572 manat (12 ay * 381 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ kodu **********65355 olan İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə 1016.59 AZN, ondan 902.72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 manat və müştəriyə güzəşt olunaraq 90.27 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3669.28 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəliklərin lazımınca icra edilməli olduğu bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03985339 saylı Müqavilədən görünür ki, bu müqavilənin predmetini İmei kodu **********65355 olan İPHONE 15 PRO 256 GB BLUE və QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Bu mala dair geniş məlumat və onun qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Müqavilənin 2.2-ci bəndi). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilənin 2.6-cı bəndi). Müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaaydada icra etmədiyi halda "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər (Müqavilənin 3.4-cü bəndi). Alınan bütün mallar üzrə yaranmış borc toplam borc məbləği hesab olunur. İstənilən mal əsasında və ya bu müqavilə şərtləri əsasında yaranmış ödəniş öhdəliyində gecikmənin olması ümumi borc üzrə gecikmə hesab olunur. Müştərinin ümumi borc üzrə "xxxx" MMC qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda "xxxx" MMC dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (Müqavilənin 3.14-cü bəndi). Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqadar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər (Müqavilənin 3.5-ci bəndi). Bu müqavilədən irəli gələn bütün mübahisəli məsələlər tərəflər arasında danışıqlar yolu ilə həll edilir, əks halda yaranan mübahisələr AR-in məhkəmə sistemində AR-in qanunvericiliyinə uyğun həll edilir (Müqavilənin 4.1-ci bəndi). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03985339 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə-Ödəniş cədvəlindən görünür ki, İmei kodu **********65355 olan İPHONE 15 PRO 256 GB BLUE və QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidmətinin toplam məbləği (ilkin ödəniş də daxil olmaqla) 4572 AZN (12 ay * 381 AZN + 0 AZN ilkin ödəniş) təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********65355 olan İPHONE 15 PRO 256 GB BLUE adlı məhsul və QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu 3 iş günü ərzində ödəməsi, əks halda tərəflərindən məhkəməyə müraciət olunacağına dair xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********65355 olan İPHONE 15 PRO 256 GB BLUE markalı telefon və QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti üçün 902.72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 90.27 manat cərimə pulu olmaqla, ümumilikdə, 1016.59 manat borcu yaranmışdır. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin 812.45 manatı müştəriyə güzəşt edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İmei kodu **********65355 olan İPHONE 15 PRO markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 manat rüsum ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30.17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında İmei kodu **********65355 olan İPHONE 15 PRO 256 GB BLUE markalı telefon və QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti üçün xx.xx.2023-cü il tarixli, 03985339 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli Təhviltəslim aktından göründüyü kimi, həmin müqavilə üzrə satıcı nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Müqavilənin 3.14-cü bəndinə əsasən, müştərinin ümumi borc üzrə "xxxx" MMC qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda "xxxx" MMC dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.14-cü bəndlərinin icrası ilə əlaqadar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. Buna görə də "xxxx" MMC İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Hazırda cavabdehin iddiaçıya olan borcu ödənilməmiş məbləğ 902.72 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum olmaqla, ümumilikdə 926.32 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03985339 saylı müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 60 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 03985339 saylı müqaviləyə əsasən, 902.72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumunun əvəzi qismində 23.6 manat, 60 manat cərimə pulu olmaqla, ümumilikdə 986.32 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (986.32 AZN) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda, iddia ərizəsinin verilmsinə görə 30 manat dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03985339 saylı müqaviləyə əsasən, 902.72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumunun əvəzi qismində 23.6 manat, 60 manat cərimə pulu olmaqla, ümumilikdə 986 (doqquz yüz səksən altı) manat 32 (otuz iki) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5498/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5498/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver