Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5517/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən 5772 manat məbləğində əsas borcu, 143 manat faiz borcu olmaqla, cəmi 5915 manat məbləğində borc və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındığından, iddiaçının ödədiyi 79,60 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon Məhkəməsinə ödənilmiş 79,60 manat məbləğində dövlət rüsumu "xxxx" BOKT ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-5517/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5517/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver