Məhkəmə qərarları › İş №e-2(011)-5518/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5518/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5518/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Fen Philips, Epilyator Philips, İmei kodu **********70160 olan Xiaomi Poco X3 Pro markalı telefon almış və nəticədə 626 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 705.6 manat (18 ay x 39.2 manat + 0 manat ilkin ödəniş) olan Fen Philips, Epilyator Philips üçün ümumilikdə 487 manat olmaqla ondan, 442.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 44.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1153.8 manat (18 ay x 64.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********70160 olan Xiaomi Poco X3 Pro markalı telefon üçün ümumilikdə 139 manat olmaqla ondan, 126.8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.2 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1290 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-cü il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Fen Philips, Epilyator Philips üçün, 442.6 manat ödənilməmiş hissə, 44.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********70160 olan Xiaomi Poco X3 Pro markalı telefon üçün 126.8 manat ödənilməmiş hissə, 12.2 manat cərimə olmaqla, ümumilikdə 626 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış 21 iyun 2021-ci il və 05 iyul 2021-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İmei kodu **********70160 olan Xiaomi Poco X3 Pro markalı telefon, Fen Philips və Epilyator Philips satılmışdır. İş materiallarında olan 17 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 21 iyun 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1153,8 manat (18 ay x 64,1 manat + 0 manat ilkin ödəniş ) İmei kodu **********70160 olan Xiaomi Poco X3 Pro markalı telefon üçün ümumilikdə 139 manat olmaqla, ondan 126,8 manat ödənilməmiş hissə, 12,2 manat cərimə, 05 iyul 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 705,6 manat (18 ay x 39,2 manat +0 manat ilkin ödəniş ) Fen Philips, Epilyator Philips üçün ümumilikdə 487 manat olmaqla, ondan 442,6 manat ödənilməmiş hissə, 44,4 manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 30 avqust 2023-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan “X6” MMC tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh müraciəti əsasında ES-EL8A model ********** nömrəli epilyator yoxlanılmış, texniki qüsur aşkar olunmuş, cihazın düzgün istismar olmaması nəticəsində başlığın dişlikləri sıradan çıxmışdır. İş materiallarında olan X5 Xidmət Mərkəzi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli aparılan işlər barədə məlumatdan görünür ki, müştəri Cavabdeh məxsus Philips Epilyator yoxlanılmış, qüsur aşkar edilməmişdir. Cihaz parametrlərə uyğun çalışır, qüsur başlıqdadır (aksesuar). Sözügedən qüsur istifadə zamanı yaranmış qüsurdur. Başlıq (aksesuar) istehsal zəmanətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21 iyun 2021-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavəyə əsasən cavabdehə dəyəri 1153,8 manat İmei kodu **********70160 olan Xiaomi Poco X3 Pro markalı telefon, 05 iyul 2021-ci il tarixli tarixli müqaviləyə və həmin müqaviləyə əlavəyə əsasən dəyəri 705,6 manat Fen Philips, Epilyator Philips satılmış, təhvil-təslim aktlarına əsasən həmin əşyalar Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. Məhkəmənin əvvəlki iclasında cavabdeh Dadaşova X2 Philips markalı məhsulda qüsur yarandığını bildirsə də, iş materiallarında olan “X6” MMC tərəfindən verilmiş 12 iyul 2021ci il tarixli texniki rəydən müəyyən edilmişdir ki, epilyatorda texniki qüsur aşkar olunmuş, cihazın düzgün istismar olmaması nəticəsində başlığın dişlikləri sıradan çıxmışdır. Cavabdeh həmin qüsurların əvvəlcədən möcvud olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 21 iyun 2021-ci il və 05 iyul 2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 21 iyun 2021-ci il tarixli müqavilə üzrə 126,8 manat ödənilməmiş hissə, 12,2 manat cərimə, 05 iyul 2021-ci il tarixli müqavilə üzrə 442,6 manat ödənilməmiş hissə, 44,4 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 626 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 21 iyun 2021-ci il tarixli müqavilə üzrə 126,8 manat ödənilməmiş hissə, 12,2 manat cərimə, 05 iyul 2021-ci il tarixli müqavilə üzrə 442,6 manat ödənilməmiş hissə, 44,4 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 626 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar